Sərxan Məmmədova qapını göstərməyin zamanıdır
5-11-2016, 00:09
6 saylı Lənkəran Vergi İdarəsinin rəisi vergi ödəyiciləri ilə, iş adamları, sahibkarlarla özü bildiyi metodla davranır Ölkə başçısı İlham Əliyev hakimiyyətə təzəcə gəldiyi zaman keçirdiyi müşavirələrin birində üzünü məmurlara tutaraq “Kim siyasətlə məşğul olmaq istəyirsə, qapı açıqdır gedə bilər”. Doğrudan da, ranqından, rütbəsindən asılı olmayaraq dövlət məmurunun siyasətlə məşğul olması yolverilməzdir. Çünki ölkə siyasətini dövlət başçısı müəyyən edir. Onu icra etmək isə məmurların vəzifə borcudur. Ölkə başçısı yuxarıdakı fikri əbəs yerə deməmişdir. Ötən əsrin 90-cı illərində kimin siyasətlə, kimin məmur işi ilə məşğul olduğunu ayırd etmək olmurdu. Məmurların bir çoxu müxtəlif partiyalara qulluq edərək ümumi işə ziyan vururdular. Bu dövlətçilik üçün çox ziyanlı tendensiya idi. Məhz bunu nəzərə alan cənab İlham Əliyev bu məsələni biryolluq qapatdı. Həm də çox konstruktiv formada: Hansı məmur siyasətlə məşğul olmaqistəyirsə, buyurub getsin… Ancaq prezidentin bu qəti və konkret tapşırığına baxmayaraq bu gün bəzi məmurlar hələ də gizli formada olsa da müxtəli partiyalara himayədarlıq edirlər. Gundelik-Baku.com olaraq qeyd edək ki, belə məmurlardan biri də Vergilər Nazirliyinin 6 saylı Lənkəran Vergi İdarəsinin rəisi Sərxan Məmmədovdur. Sözün düzü, vergilər naziri cənab Fazil Məmmədovun ölkənin vergi sisteminin formalaşdırılmasında, müasir tələblərə cavab verən elektron sistemlərin quraşdırılmasında, vergi ödəyiciləri üçün hər cürə şərait yaradılmasında kifayət qədər xidmətləri var. Bu danılmazdır. Ancaq gözdən uzaq 6 saylı Lənkəran Vergi İdarəsində baş verən qanunsuzluqlar ümumi işə kölgə salır. Rəis Sərxan Məmmədov vergi ödəyiciləri ilə, iş adamları, sahibkarlarla özü bildiyi metodla davranır. Hətta VÖİN-siz iş üsulu da tətbiq edir. Əsas məsələ rəisi “razı” salmaqdır. Gundelik-Baku.com-a məlumat verən mənbənin bildirdiklərinə görə, Sərxan Məmmədov sözügedən rayonun idarə, müəssisə və təşkilat rəhbərlərini, eləcə də iş adamlarını əlavə problemlərlə üz-üzə qoyub. Beləliklə, 6 saylı Vergilər İdarəsinin rəisinin bir sıra məsələləri məhz «təşəkkür» yolu ilə həllə etdiyini iddia edən mənbənin sözlərinə görə, Sərxan Məmmədov ona həvalə olunan postdan məhz şəxsi maraqlarının təmin olunması üçün istifadə edir. Rəis bu yolla qazandıqları pulların hesabına paytaxt Bakıda mənzil, bağ evi və biznes strukturlarına sahiblənib. Bütün bunlar azmış kimi Sərxan Məmmədov siyasət aləminə də baş vurub. Rəisin neçə ildir AXCP sədri Əli Kərimliyə himayədarlıq etməsi, quruma göstərdiyi maliyyə yardımları heç kimə sirr deyil. Belə olan halda Sərxan Məmmədov üçün qapını göstərməyin zamanı çatıb. Son söz cənab nazir Fazil Məmmədovundur.
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.