Qusarın icra başçısı vətəndaşı belə aldatdı - ŞİKAYƏ/T

10-11-2016, 12:43           
Qusarın icra başçısı vətəndaşı belə aldatdı - ŞİKAYƏ/T
teref.az olaraq Qusar rayonunda baş verən qanunsuzluqlardan çox yazmışıq. Əfsuslar olsun ki, Qusr rayon icra hakimiyyətindən bu şikayətlərə bir cavab ala bilməmişik. Bu şikayət məktubu Qusar rayon sakinindəndir. İcra başçısının qanunsuz əməllərindən şikayət edən Hacımirzə Ağamirzəyev yazır:
Qusar RİHB-sı Şair Alxasov yaşayış evimi özünün tapşırığı əsasında sökdürülməsi faktını təsdiqləyərək, özü tərəfindən vurulmuş zərərə görə kompensasiya ödəcəyini bildirsə də, sözünə əməl etmədi, yalançı çıxdı.
Qusar rayonun Samur qəsəbəsi ərazisində 1992-1993-cü illərdə əzab -əziyyətlə, külli miqdarda vəsait xərcləməklə tikdiyim 5 otaqlı yaşayış evim, 02.06.2010-cu il tarixdə Qusar RİHB-sı Şair Alxasovun şifahi tapşırığı əsasında, İH-in əməkdaşları tərəfindən məhkəmənin qərarı olmadan ekskavatorla sökülməklə, bütün əmlakım qəsdən məhv edilməklə. evimdə, seyfdə saxladığım 30000 manat, 8000 ABŞ dollar pulum oğurlanmasına şərait yaradılmaqla, Azərbaycan Respublikası CM-nin 157, 177.2.3. 186.2.1, 308.1, 309.-ci maddələrdə nəzərdə tutulan cinayət tərkibli hərəkətə yol verilmişdir. Müraciətlərim dəfələrlə İNTERAZ TV-də, ATV TV-də, qafqazinfo xəbərlər agentliyi və digər K.İ.V-i tərəfindən işıqlandırılmaqla ictimaiyyətə çatdırılmışdır. Qusar RİHB-sı Şair Alxasov tərəfindən edilmiş bütün qanunsuz hərəkətlər, dəqiqliklə. ardıcıl olaraq bir daha K.İ.V-i tərəfindən işıqlandırılmaqla ictimaiyyətə çatdırılmasını xahiş edirəm. Mənim 60 yaşım vardır. Ali təhsilli olmaqla, 3 övlad atasıyam. Qusar RİHB-nın Samur İ. Ə.D-si üzrə səlahiyyətli nümayəndəsi Babayev Elxan Baba oğlu 01.06.2010-cu il tarixdə mobil telefonla mənə zəng edərək, Samur qəsəbəsində mövcud həyətyanı torpaq sahəmin müəyyən hissəsindən yeni çəkiləcək Bakı-Rostov mərkəzi magistral yolun çəkilişinin planlaşdırıldığı üçün, mülkiyyətimdə olan 0,46 ha torpaq sahənin ətrafına çəkilmiş çəpəri bir neçə metr aşağı hissəyə çəkmək zərurətini yarandığına görə məndən Samur qəsəbəsinə gəlməyimi xahiş etmişdir. Mən özümə məxsus avtomaşınla 02.06.2010-cu il tarixdə Samur qəsəbəsinə gəldikdə uzaqdan gördüm ki, Qafqaz adlı restoranın ətrafında çoxlu vətəndaşlar toplaşmış, həmin əraziyə yaxınlaşanda gördüm ki, həmin ərazidə Qusar RİHB-nın birinci müavini Şahid Fərəməzov, İH-in əməkdaşları Elşad Əlimuradov, Nadirşah Məmmədov, Mahir Mustafayev, Qusar RPŞ-nin Samur PB-nin sabiq rəisi Ədalət Qafarov. həmin bölmənin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Laçın Hacıyev və çoxlu mülki şəxslər var idi. Həmin vaxt Qusar RİHB-nın birinci müavini Elşad Əlimuradov mənə yaxınlaşaraq məndən yaşayış evimi sökəcəyini bildirməklə, məndən evimin sənədlərini tələb etmişdir. Mən ona dedim ki, sənədlərin təqdim edilməsi barədə mənə heçkəs hec nə deyilməyib, əgər ehtiyac varsa sənədlərimi 1-2 saat ərzində Sizə təqdim edə bilərəm. Həmin vaxt Elşad Əlimuradov hörmət əlaməti olaraq , məni şəxsən tanıdığına görə, məni kənara çəkərək dedi ki, sizin eviniz mütləq söküləcək, evinizin sökülməsi tapşırığını da biz şifahi olaraq Qusar RİHB-sı Şair Alxasovdan almışıq. İnanmırsansa Şair Alxasovun yanına gedə bilərsiniz. Mən onlara məhkəmə qərarının olub-olmamasını soruşduqda isə, heç bir məhkəmə qərarının onlarda olmadığını bildirməklə, evimi mütləq sökəcəyini bəyan etdilər. Mən isə Elşasd Əlimuradova dedim ki, sizdə evimin sökülməsi üçün heç bir qərar yoxdur, məhkəmənin qərarı olmadan vətəndaşın evini sökmək olaz. evimə dəyməyin , evimdə pulum, malım külli miqdarda əmlakım vardır. Həmin sözləri deməklə, qanunsuz söküntü işinə narazılığımı bildirdikdən sonra, özümə məxsus avtomaşınla həmin ərazidən 07 km-lik məsafədə olan, qoca valideynlərim yaşayan qoca valideynlərimə baş çəkməyə getdim. Təxminən 1-2 saatdan sonra Samur bələdiyyəsinin sabiq sədri evimin sökülüb qurtarması barədə mənə mobil telefonla məlumat verərək, təcili Samur qəsəbəsinə gəlməyimi xahiş etmişdir. Mən özümü itirərək, şok vəziyyətdə söküntü aparılmış əraziyə gələndə gördüm ki, yaşayış evim Pold Hümbətov tərəfindən idarə edilə ekskavatorla sökülərək bütün əmlakım qəsdən məhv edilmişdir. Evimi sökmüş ekskavator söküntü aparılmış ərazidə qalmaqla, İH-in əməkdaşları Nadirşah Məmmədov və Mahir Mustafayev ekskavatorun yanından baxaraq, Elşad Əlimuradovla mübahisə etməyimi izləyirdi. Elşad Əlimuradov, Samur PB-nin sabiq rəisi Ədalət Qafarov həyətyanı torpaq sahəmin ətrafına çəkilmiş çəpərin yanından söküntü aparılmış əraziyə baxırdı. Elşad Əlimuradova, Samur PB-nin əməkdaşlarına qarşı narazılıqlarını bildirdikdən sonra, mənə qarşı edilmiş qanunsuz hərəkətlər barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına, Baş prokuror Zakir Qaralov cənablarına. D.İ.N-ri Ramil Usubov cənablasrına, Milli Məclisin sədri Oktay Əsədov cənablarına. Azərbaycan Respublikasının İnsan Hüquq və Azadlıqlarının Qorunması Üzrə Müvəkkili, OMBUDSMAN Elmira xanım Süleymanovaya, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının 1-ci xanımı Mehriban Arif qızı Əliyevaya. Qusar rayon prokuroru Zahid Vəliyev cənablarına müraciət edilsə də, müraciətlərim icra edilməsi. köməklik göstərilməsi üçün Qusar RİHB-sı Şair Alxasova. Qusar rayon prokurorluğuna göndərilsə də onlar tərəfindən icra edilməyərək arxivə göndərilmişdir. Qusar RİHB-dan kompensaiya tələb etdikdə isə. mənə kompensaiya ödəcəyini bildisə də. mənə heç nə ödəməmişdir.Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevaya edilmiş müraciətim Prezident aparatı vasitəsi ilə. köməklik göstərilməsi məqsədilə Qusar RİH-nə göndərilmiş, Qusar RİHB-nın 1-ci müavini həmin müraciətimlə əlaqədarməni Qusar RİH-nə dəvət etmişdi. Şahid Fərəməzov məni İH-ə çağıranda çox sevinmişdim, hesab edirdim ki. mənə vurulan zərərə görə Qusar RİHB-sı kompensasiya ödəyəcəkdir. lakin belə bir hal baş vermədi, hər şey ürəyimdə qaldı. Şahid Fərəməzov məni qəbul etdikdən dərhal sonra , Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevaya tərəfimdən müraciət edilib-edilmədiyini dəqiqləşdirdikdən dərhal sonra sökülmüş evimin sənədlərini məndən tələb etdi. Həmin vaxt mən ona dedim ki. bütün sənədləri gətirmişəm. olmazdımı ki, əgər yaşayış evimin sökülməsi üçün hər hansı zərurət vardısa. evimi məhkəmənin qərarı əsasnda. iştirakım təmin olunmaqla. kompensasiya ödənildikdən sonra sökəydiniz. Bu sözləri dedikdən sonra.Şahid Fərəməzov qəzəbli halda üstümə gələrək.mənə dedi ..Sən dəridən qabıqdan çıxsan da, evinizin həmin ərazidə mövcud olması faktını sübuta yetirə bilməzsən. heç kəs sənin həmin ərazidə evinizin olması faktını təsdiqləyə bilməz, evinizin bünövrəsini də. şibilliyə atdırmışıq. Şahid Fərəməzov tərəfindən etik davranış qaydalarını pozmaqla mənə qarşı hörmətsizlik etməklə. mənimlə ədalətsiz rəftar etdiyinə görə ondan narazı qalmaqla, kabinetin qapılarını çrpmaqla İH-dən evimə gəldim.Dəfələrlə Qusar RİHB-nın qəbulu günlərində kompensasiya tələbi ilə qəbula getsəmsəm də. Qusar RİHB-sı Şair Alxasov qəbulda iştirak etməmiş, vətəndaşların qəbulunu da İH-in hüquq şöbəsinin 5-6 kv-metrlik darısqal otağında keçirməklə, heç bir vətəndaşın müraciəti həll edilmədən, vətəndaşlar narazı halda yola salınmışdır.Qəbul günlərindən bir gün təkrarən Qusar RİHB-nın qəbuluna düşmək istəsəm də. məni Şair Alxasovun yanına buraxmamış. evimin söküntüsü ilə əlaqədar. qəbulda iştirak edən Qusar RİH-in Memarlq-Tikinti şöbəsinin müdiri Şahabbas Saruxanovdan mənə vurulan zərərə görə kompensasiya tələb etdikdə isə, Şahabbas Şaruxanov nalayiq formada. etik davranış qaydalarını pozmaqla. evimi skən adama ana söyüşləri söyməklə, bir daha dedi ki. eviniz mənim tapşırığım əsasında sökülməmiş, mənim adım əsasız hallandırılmaqla mənə şər atıblar.Həmin gün Şhabbas Saruxanov evimi sökən adamı nalayiq formada söydüyünə görə qəbula rəhbərlik edən İH-in şöbə müdiri Ənvər Balabəyovdan xahiş etməklə, Şahabbas Saruxanovdan şikayət etmək məqsədilə ,Qusar RİHB-sı Şair Alxasovun qəbuluna getmişəm. Şair Alxasov məni Ənvər Balabəyovun iştirakı ilə. padşahlar qəbul etdiyi formada. özü bizdən hündür taxtda oturmaqla. bizi özü oturan yerdən xeyli aşağı məsafədə olan kiçik jurnal stolun ətrafına qoyulmş yerdə oturtmaqla, etik davranış qaydalarına əməl etmədən. mənəviyyatima toxunmaqla , hörmətsiz qaydada, İsrail səfiri tərəfindən Türkiyə səfirinin qəbul etdiyi qaydada məni qəbul etməklə şəxsiyyətimi alçaltmışdır, Qəbul vaxtı Ənvər balabəyovun yanında Şahabbas Saruxanovdan şikayət edərək, qəbul günü qəbula gələn vətəndaşların, qəbulda olan İH-i əməkdaşların yanında kobud formada evimi sökəni nalayiq formada söydüyünü bildirdikdə. Şair Alxasov 2 dəfə evimin söküntüsü tapşırığını özü verdiyini bir daha Ənvər Balabəyovun yanında təsdiqləmişdir. Şahabbas Saruxanov qəbul günü qəbulda olarkən evimi sökən adamı nalayiq formada ana söyüşləri söydiyinə görə, ondan xüsusi ittiham qaydasında Qusar rayon məhkəməsinə də şikayət etmişdim. Məhkəmədə bir daha Şahabbas Saruxanov bildirdi ki, o. məni söyməmiş, evimi sökəni söymüş, evimin söküntüsünə heç bir tapşırıq verməmiş. nə də ki, evimin söküntüsü günü Samur qəsəbəsində olmamışdır.Qusar RİHB-sı Şair Alxasov məni yayındıraraq, yalnış istiqaqmətə yönəltmək məqsədilə, evimin söküntüsü tapşırığını Şahabbas Saruxanov verdiyini bildirdiyi üçün ona qarşı məhkəmələrdə mülki iddia da qaldırmışdım. Məhkəmə baxışları vaxtı məlum oldu ki, Şahabbas Saruxanov tərəfindən evimin söküntüsünə heç bir tapşırıq verilməmiş, yaşayış evim Qusar RİHB-sı Şair Alxasovun şifahi tapşırığı əsasında sökülmüşdür.Ona görə də təkrarən Qusar RİH-də qəbulda olarkən yaşayış evimi sökməkdə Şahabbas Saruxanov tərəfindən heç bir tapşırıq verilmədiyi üçün İH-in əməkdaşları yanında ondan üzr istəmişəm, Qusar RPŞ-nin Samur PB-nin Samur PB-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə mövcud qərarlar, həmin qərarlardan məhkəməyə müraciətlərim əsasında məhkəmələr tərəfindən ləğv edilərək, materiallar ibtidai təhqiqata prosessual rəhbərliyi həyata keçirən Qusar rayon prokurorluğuna geri qaytarılmışdır. Hal-hazırda da, Qusar rayon prokurorluğun prosessual rəhbərliyi ilə Qusar RPŞ-nin Samur PB-nin təhqiqatçısı tərəfindən təkrarən 5-ci dəfə təhqiqat aparılır. Ümüdvaram ki, yaşayış evimi sökməklə . külli miqdarda pulumun oğurlanmasında təqsirkar hesab ediləcək vəzifəli şəxslər kimliyindən asıllı olmayaraq Qusar rayon prokurorluğun müvafiq qərarı ilə cinayət məsuliyyətinə cəlb ediləcəkdir.
Qusar şəhər sakini Hacımirzə Ağamirzəyev
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.