“Dress-Ledy” MMC-nin xüsusilə külli miqdarda vergi borcu yaranıb.
Valyuta.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 998 966,77 manat təşkil edir.
Qeyd edək ki, “Dress-Ledy” MMC 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi İsmayılova Gövhər Mikayıl qızıdır. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.