Qazaxda məmur üsyanı: Babaşovun “GESTAPO” rejimi icra aparatını dağıdır
17-11-2016, 01:41
Qazax İcra başcısı Rəcəb Babaşovun söyüş, təhqirlərindən və dözülməz “Gestapo” rejimindən cana doymuş icra hakimiyyətinin işciləri bir bir öz ərizələriylə işdən çıxırlar. Aparatın boş qalma ehtimalı var. Bezənlər aparatdan çıxır yeni işə girənlərsə çox qısa bir zamanda peşman olurlar. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, növbəti qurban bu günlərdə İctimai-siyasi və humanitar məsələlər şöbəsində işləyən Əhmədov Rəşad Aydın oğlu aparata xidmət etməkdən imtina edib.
Rayondan verilən məlumata görə icra başçısı Rəcəb Babaşovla işləməkdən imtina edənlər sırasında R.Əhmədov ilk deyil. Buna qədər də öz istəyi ilə vəzifədən imtina edən bir neçə məmur olub. Belə ki, cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, bir neçə gün əvvəl icra hakimiyyəti yanında kənd təsərufatı şöbəsinin müdiri Aqil müəllim də Babaşovun əlindən aparatdan öz ərizəsiylə çıxmışdır. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin şöbə müdiri Abışov Gündüz işdən çıxmaq haqqında ərizə yazsada sonradan bu fikirindən dönmüşdür və hələlik Babaşov iztirablarından bir müddət qurtulmaq üçün məzuniyyətə çıxmışdır. Öz ərizəsiylə işdən çıxmış digər işcilərin adını bilmədiyimiz üçün onlar haqqında məlumat verə bilmirik.rr
Artıq heç kəsə sirr deyil ki belə bir dözülməz şəraitdə işləmək şərəf və ləyaqətin alçalmasıyla nəticələnir. Ona görədə özünə hörmət edən şəxs belə bir irgənci iş şəraitindən uzaqlaşmalıdır. Ziyalı ailəsində böyüyən Əhmədov Rəşad sakit təbiətiylə səbr və təmkiniylə seçilən bir şəxs olduğunu onu tanıyan hər bir şəxs təsdiq edə bilər. Belə bir şəxsin aparatdan bezib qaçması çox ciddi bir siqnaldır. Aqressiv və qərəzli davranış, çətin xarakterinə uyğun idarəçilik, söyüş və təhqir dövlətin etik davranış qaydaları haqqında qanunların tam əksinə getməkdir.
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az