“Nikoilbank” sahibkarları necə soyur, xərac alır, aldadır və müflis edir?

17-11-2016, 17:20           
“Nikoilbank” sahibkarları necə soyur, xərac alır, aldadır və müflis edir?
II qrup Qarabağ əlili və sahibkarın başına gətirilənlər

Azərbaycanda fəaliyyət göstərən bankların əhaliyə kredit verdikdən sonra onların başına oyun açması yeni söhbət deyil. 21 fevral və dekabr devalvasiyasından sonra banklar müştərilərinə münasibətdə daha sərt yanaşmalar ortaya qoyur. Bu da, banklarla müştərilər arasında mövcud olan uçurum bir qədər də dərinləşdirir. Mətbuatımızda banka krediti olduğu və tərəflər arasında razılıq əldə olunmadığı səbəbindən hətta vətəndaşın intihar etdiyi haqda xəbərlər olub. Məsələn, Bakı şəhər sakini Elvin Mehdiyev 24 dekabr 2015-ci ildə özünü “Nikoil” bankının Puşkin küçəsi, 30 ünvanında yerləşən ofisinin qarşısında yandırmağa cəhd edib, lakin xoşbəxtlikdən onun istəyi baş tutmayıb. Ancaq buna baxmayaraq bu bank öz siyasəti ilə sahibkarları intihara sürükləməkdə davam edir.


Əldə olunan son xəbərlər isə deməyə əsas verir ki, “Nikoilbank” bu sahədə bir qədər də irəli gedib. Bu bankdan olan şikayətlər insanların, xüsusilə sahibkarların soyulduğunu deməyə əsas verir.

Kiçik bir sahibkarın timsalında bu bankın sahibkarlara, sadə vətəndaşlarla-ən əsası öz müştəriləri ilə necə ünsiyyət qurduğunu Elşad İsayevin timsalında oxuculara təqdim etməyə çalışacağıq.

II qrup Qarabağ əlili, şəhid qardaşı Elşad İsayev 2015-ci ilin sentyabrında “Nikoilbankdan” 10 min ABŞ dolları kredit götürüb. Elşad Bakıda sahibkarlıqla, kiçik qızıl alqı-satqısı ilə məşğul olur. Sahibkar bankdan kredit götürərkən girov kimi qızıl-zinət əşyaları qoyub. Bank rəhbərliyi ilə razılaşma belə olub ki, mütəmadi olaraq girov qoyduğu qızılları dəyişdirəcək, çünki bu işin ticarəti ilə məşğul olduğundan belə etməyə məcburdur. Əks təqdirdə işi getməz. Krediti verən “Nikoilbank” isə bununla razılaşıb və heç bir problem görməyib. Beləcə sahibkar krediti götürdükdən sonra hər ay onun faizlərini və maliyyənin baza hissəsindən ödənişləri həyata keçirməyə başlayıb…

“Nikoilbankın” 20 manatlıq əməliyyatı….

2015-ci ilin sonlarında isə ölkədə devalvasiya baş verib. Bundan sonra vəziyyətin kəskin pisləşdiyini görən Elşad İsayev “Nikoilbankın” rəhbərliyi ilə görüşüb, real durumu onlara anladıb. Bundan sonra belə razılıq əldə edilib ki, Elşad İsayevin krediti manata çevriləcək və sahibkar onu 1 manat 5 qəpik (P.S birinci devalvasiyadan sonra 1 ABŞ dolları 0.78 qəpikdən 1 manat 05 qəpiyə qalxmışdı ) ABŞ dolları kursu ilə ödəyəcək. Bu razılaşmadan sonra sahibkar hər ay banka 400-410 manat AZN ödəyir. Bununla paralel olaraq hər dəfə banka qoyduğu qızıl-zinət əşyalarını dəyişərkən ondan əlavə 20 manat pul (indiyə qədər 700 manat) tutulur. Bu pul bank “xərcləri” adı altında tutulub. Araşdırmalar isə göstərir ki, “Nikoilbank” əksər sahibkarlardan bank “xərcləri” adı altında ayda 20 manat tutur. Ən azından 60-70 nəfər banka beləcə “xərac” ödəyir. Bu isə ayda minlərlə manat havayı qazanc deməkdir. Sözsüz ki, bu xərac sahibkarların və ya sadə vətəndaşlardan əsassız alınan 20 manatlar hesabına əldə olunur.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.