Mirməhəmməd Seyidovun “FETÖ” terror təşkilatından sonra PKK ilə sıx əlaqələri üzə çıxdı

22-11-2016, 01:47           
Mirməhəmməd Seyidovun “FETÖ” terror təşkilatından sonra PKK ilə sıx əlaqələri üzə çıxdı
Redaksiyamıza Sədərək Gömrük İdarısinin rəisi Mirməhəmməd Seyidov haqqında sensasiyalı məlumatlar daxil olmaqda davam edir.

Sonuncu bir məlumatda bildirilir ki, PKK-nın gömrük bölgə sorumlusu Başkan ləqəbli Hamid adlı türk vətəndaşı Seyidovun yaxın dostu imiş. Bu şəxsin ölkəmizə girişi qadağan olsada 4 gün bundan öncə Sədərək gömrüyünə gəlmiş və Mirməhəmməd Seyidovla 3 saatlıq görüşü olmuşdur. Bunu gömrük kameralarında görmək mümkündür. Görüşdə Naxçıvandan Türkiyəyə keçən qaçaq yanacağın azalması və burdan daşınan narkotika, silah və digər qaçaq malların keçirilməsi eyni zamanda PKK üzvlərinin bu məntəqədən sərbəst keçirilməsinin biraz çətinləşməsi olub. Qeyd edək ki, bu məntəqə Azərbaycanla Türkiyə arasında terror təşkilatı üzvlərinin və sənədi olmayan eyni zamanda axtarışda olan şəxslərin keçidi üçün illərdir fəaliyyət göstərir. Bu müzakirəyə ehtiyac Mirməhəmməd Seyidovun ailə dostu İgdir Vilayətinin kaymakamı İlhanın 1 ay öncə Fetö terror təşkilatının aparıcı adamı kimi həbs olunandan sonra yaranıb. Kaymakamın gömrüyə təzyiqi əsasında istənilən qədər qaçaq mal keçirilirdi. Hamid bu qaçaqçılıqdan əldə etdiyi bütün gəlirlə PKK-nı maliyyələşdirir. Bununla bağlı Türk hökuməti Naxçıvana bir neçə dəfə irad bildirmiş Sədərək gömrüyündən yanacaq idxalına qadağa qoyulmuşdur. 3 ay bundan öncəsə Türk polisi tərəfindən Sədərəkdən Türkiyəyə qaçaq keçmiş 78 ton qırmızı ətin tutulması da Türk mediasını silkələmişdi. Mirməhəmməd Hamidlə ona alıb verdiyi katel 060 540 95 88 nömrəli telefonla əlaqə saxlayır. Seyidov İğdir vilayətinin Kaymakamı İlhan və Hamidin vasitəsi ilə Naxçıvan tərəfdən rahatlıqla keçirdikləri qaçaq malları türk gömrüyündən keçirirlər.

Naxçıvandakı Sədərək gömrüyü uzun illərdir çox böyük miqyasda qaçaqmalçılığın, rüşvətin, korrupsiyanın və özbaşınalığın tüğyan etdiyi məkan kimi qalır. Sədərək gömrüyü Azərbaycandan Türkiyəyə yanacaq və digər qaçaqmalçılıqlar üçün əsas məntəqədir. Bu məntəqədə heç bir qanun işləməyib. Rüşvət verməyən iş adamlarının malları müsadirə olunub və şərlənərək həbs olunublar çıxdıqdan sonra Naxçıvandan qaçmalı belə olublar. Sədərək gömrük idarəsi beynəlxalq qaçaqmalçılıq məntəqəsi kimi fəaliyyət göstərir. Dəqiqləşmiş məlumata əsasən Mirməhəmməd Seyidov " İğdir Turizm " firmasının sahibi Turqay Arasla kirvə və ortaq olmaqla bərabər eyni zamanda onlarla şirkətə sahibdir. Məhz bu şirkətlər vasitəsi ilə qaçaq mallar daşınır. Bunlardan biridə Rza Zərrabın qızıllarının bu məntəqədən daşınmasıdır.

Hamidin Naxçıvana girişinə kimlər niyə şərait yaradir? Buna müvafiq orqanlar nə üçün göz yumur? Bu qaçaqçılıqdan Mirməhəmməd Seyidov hansı sərvətləri qazanıb? Azərbaycan Naxçıvan limitlərin nə üçün dayandırdı? Möhtərəm prezidentimizin " gömrükdə şəffaflığı təmin edin" tapşırığına Mirməhəmməd Seyidov nə üçün əməl etmir? Mirməhəmməd Seyidovun gizli qoruyucusu kimdir? Sədərəkdən idxal olunan mallar niyə rəsmiləşmir? Şapka kimi alınan pullar nə üçün büdcədən yayınır? Büdcədən yayınan pulların aqibəti necə olur? Naxçıvanda bu özbaşınalıqlara dur deyən olacaqmı? Araz.az
Ardı var ...
Qeyd edək ki dəqiqləşdirilmiş məlumata əsasən Mirməhımməd Seyidovun qardaşı Binəqədi rayonunun sabiq prakroru Elşad Abdullayev işində adı hallanan və cinayət məcəlləsinin 178 ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Mirələkbər Seyidovdur. Mirələkbər Seyidov iki il sınaq müddəti olmaqla 7 il müddətinə azadlıqdan məhrum edilib. O Elşad Abdullayevi aldadaraq 700 000 $ almaqda ittiham olunub.
teref.az olaraq qarşı təəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.