Rəcəb Babaşovun "Qara Kassa" əməliyyatı - və ya Qazaxda deşifrə olunmuş icra başçısı

23-11-2016, 10:42           
Rəcəb Babaşovun "Qara Kassa" əməliyyatı - və ya Qazaxda deşifrə olunmuş icra başçısı
Redaksiyamıza Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovla bağlı ilginc iddiaların yer aldığı məqalə göndərilib. DİA.AZ olaraq hənmin məqaləni təqdim edirik:

"Bir insanın gələcək fəaliyyətini müəyyən etmək üçün onun keçmişinə nəzər yetirmək kifayətdir. Çünki hər kəs öz arşınıyla ölçür. Babaşovun əməlləri get gedə deşifrə olunmaqdadır. Babaşov 2016-cı ilin mayın 19-da prezidentin sərəncamıyla Qazaxa başcı təyin olundu. Onun birinci planı rəhbərliyin tam etimadını qazanmaq yerini bərkitmək sonra isə rahatlıqla “Qara kassa”-nın Qazax planını həyata keçirmək imiş.

Rəcəb Babaşovun Qazax rayonunda xüsusi xof yaratmasının əsl səbəbi get gedə üzə çıxmaqdadır. Vaxtilə Cavid Qurbanovun qara kassası işləmiş Babaşov əsas işinə zəmin yaratmaq məqsədiylə Qazaxda öz fəaliyyətini davam etdirmək niyyəti varıymış. Babaşovun aqressiv davranışıyla xof və qorxu yaratması və Qazaxda bəzi obyektlərin bağladılması o cümlədən büdcə təşkilatları işcilərinin xeyli sayda işdən kənarlaşdırılması plani nəyə hesablandığı məlum olub. Sən demə bu xof və qorxunun məqsədi “BOYÜK YIĞIM” sezonuna hazırlıqdır. Kəndli diliylə desək, bu əkin suvarma dərmanlama və ala döymə prosesi “qara kassir”- in “BÖYÜK YIĞIM” kompaniyasının ilkin mərhələsiymiş. Yəni xof və qorxu yaratdıqdan sonra “qara kassanın” doldurulma prosesi asanlaşacaq. Məhz buna görədə Rəcəb Babaşov sözün əsl mənasında özünə aqressiv və “zalım diktator” obrazı yaratmağa çalışır və hardasa buna nail ola bilib.

Qazaxda işinə yeni başlayanda Babaşov müşavirələrdə tez tez deyirdi ki “Mən pul almıram, sizdə almayacaqsınız”. Qara kassirdən belə bir antikorrupsion jest bir o qədərdə səmimi və inandırıcı görsənmir. Hər halda Babaşovun rayonda korrupsiyanın kökünü tamamilə kəsmək niyyətinin olmağına inanmaq ağılsızlıq olardı. Bəs bu sözlərin arxasında hansı məqsəd dayana bilər? Variantlardan biri odur ki məmurlar yalnız maaşla dolana bilməyəcəyini dərk edib qara kassaya “Qarşılıqlı maraqlar” təklif edə. Maraqlı təklifdən isə heç kəs imtina etməz, xüsusəndə əgər söhbət “qara kassa” mütəxəssisindən gedirsə. İkinci variant belə ola bilər ki kənar gəlirdən məhrum olmuş məmurlar könüllü şəkildə işdən çıxıb bununlada qara kassirə kadr alveri üçün şərait yarana.

Babaşov iri sahibkarlıq obyektlərinə və yeyinti çox olan büdcə təşkilatlarının müdirlərinə manipulyasiya etmək yoluyla onları tasa düşməyə təhrik edir. Deyə bilərik ki hələki bu onda çox ustalıqla alınır. Çünki bu sahədə onun praktik bşyük təcrübəsi olduğu ictimayyətə bəllidir. Vaxtiylə İri vergi ödəyiciləri şöbəsində müdir müavini işləyən Babaşov indi əlinə daha böyük vəzifə və daha böyük səlahiyyət keçib. Onun təbilincə desək bundan yararlanmamaq günah olardı. İlk tasa düşənlərdən birincisi səhiyyə şefi Arzu Novruzov oldu. Axı Babaşov harada daha çox yeyinti olduğunu çox gözəl bilir. Baş həkim, Babaşovun siftəsiydi. Necə deyərlər siftə səndən bərəkət Allahdan. Amma görünür Arzu həkim tasa ürəklə düşməyib ona görədə əli düşərli olmadı. Yəqin ona görədə Babaşovun Gömrük şefini tasa otuzdurmaq planı puça çıxdı və deyilənlərə görə bir iki kötəkdə yeməli olub.

Qazaxda bir neçə dövlət işcisinin işindən çıxması və bəzi obyektlərin bağlanması xüsusi manipulyasiya mexanizminin tərkib hisəsi kimi başa düşmək olar. Belə ki işində qalmaq istəyənlər və obyektlərinin bağlanmamasını arzulayanlara psixoloji təsir və manipulyasiya məqsədi güdürdü. Qara kassa düşünür ki bundan sonra onları tasa düşürmək elə də çətinlik yaratmayacaq.

Bir neçə gün əvvəl Babaşov yeni bir qurbanını hədəf alaraq ona manipulyasiya etdi. Qazaxda dairəvi yol deyilən yerdə bir neçə aydır ki fəaliyyətə başlayan 3 mərtəbəli “Əsədoğlu” marketdir. Babaşov Əsədoğlu marketin müdiriyyətini çağırıb onlara irad bildirib ki obyekt çox təhlükəli yerdə tikilib ona görədə oranı sökdürəcəyəm. Onların tasa düşüb düşməməyi haqqında hələlik heçnə deyə bilmərik. Lakin bu manipulyasiyaların niyyətini dəqiq deyə bilərik ki bu tas məsələsidir.

Qazaxda doğum evini qarşısında tikilmiş “aptek Nizami” adıyla tanınan şəxsin tikilişinədə irad bildirən Babaşov ondan tasa nə qədər düşürdüyünü deyə bilmərik. Belə misallar çox çəkmək olar və bunların hamısının yalnız bir adı var “manipulyasiya”. Bilməyənlər üçün deyək ku “Manipulyasiya” — idarə edən insanın mənafeyinə uyğun şəkildə digər bir insanın davranışının gizli idarə olunması prosesidir. Yəni manipulyasiya “hədəf götürülmüş şəxsi və ya kütləni qorxu və ya maraq yaradıb istədiyin hərəkətə təhrik etmək anlamına gəlir.

Qazaxda böyük biznesə sahib olan Carçiyevlərində “Göyəzən” təhsil mərkəzinin fəaliyyətinin dayandırılmasını tələb etmişdir. Sonradan onlarla necə razılaşdığınıda deyə bilməsəkdə bu addımların nəyə hesablandığını get gedə anlamağa başlayırıq. Keçmiş hərbi komisarlığın yerində fəaliyyət göstərən “Qazax Təhsil mərkəzi” və Qazax bazarında Babaşovun göstərişiylə qapıları qaynaqlanıb bağlanan dükanda Babaşovun şəxsən özünün göstərişiylə olub.

Qazaxda uzun illərdir fəaliyyət göstərən və şəxsən tanıdığım Eldəniz və Elşad Əzimov qardaşlarının işlətdiyi və öz maliyyə vəsaitiylə təmir etdirdyi tarixi abidə olan İsrafil Ağa Hamamınında bağlanması Rəcəb Babaşovun göstərişiylə olub. Bu iki qardaşlarla yaxın münnasibətimiz olduğu üçün onlar bir neçə dəfə hamamın açılmasıyla bağlı məndən köməkdə istəyiblər. Məndə onlara yalnız Babaşovun əməllərini ifşa edib ictimayyətə çatdırmaqla kömək edə biləcəyimi bildirdim. Onlara söz verdim ki obyektiniz açılana qədər mətbuat Rəcəb Babaşovdan susmayacaq. Qardaşların bildirdiyinə görə obyektdə 12 nəfər şəxs işləyirdi və indi onların hamısı işsiz çörəksiz qalıblar. Hamam barəsində növbəti həftə geniş material dərc olunacaq. Hamamın işcilərinin prezidentə “video-müraciəti” – nidə hazırlamışıq və bu günlərdə internetə yerləşdirəcəyik. Hazır iş yerlərini itirən işcilər çörəyi indi nisyə aldıqlarını bildirirlər.

Göründüyü kimi Qara Kassa-nın fəaliyyəti və strategiyası gündəmdədir və xüsusi planla irəliləmək üzrədir. Bu “Qara Kassir” - ın Qazax planıdır. Amma Babaşovun tası qaranlıq göstərir. Onun bəxti Qazaxda deyəsən gətirmir. Çünki Babaşovun şahmat masası üzərindəki gedişləri çox tez “deşifrə” olunur və mətbuata ötürülür. Xarakterinin kəskinliyi və aqressivliyi isə ”tasa otuzdurma” və “manipulyasiya” proseslərini münaqişə və əlbəyaxa həddinə gətirib çıxarır. Etibarlı mənbədən aldığımız məlumata görə Babaşov gömrük şefiylə məlum davadan sonra Bakıya çağrılıb və adminstrasiya tərəfindən sərt xəbərdarlıq alıb. Babaşovun problemli icra başcısı kimi və səriştəsiz qeyri peşəkar idarəçi bir məmur kimi adminstrasiyanın qara siyahısına düşdüyü də bildirilir. Hətta Babaşovun bu ilin axırına kimi vəzifədən düşürüləcəyi ilə əlaqədar məlumatlar da dolaşmaqdadır.
DİQQƏT; Qazaxın məmurlarına, vəzifə sahiblərinə və sahibkarlara xeyirli məsləhətim var. Hələ geniş miqyaslı “yığım” başlamayıb amma bunun üçün bütün lazımi tədbirlə görülüb. Yəni qara kassir “əkin, suvarma, dərmanlama və ala döymə” mərhələsi olunubdur. Qalabdır yalnız “BÖYÜK YIĞIM”. Ola bilsin ki qara kassanın “BOYÜK YIĞIM” sezonu kassirin vəzifədən get ha get halında oldu. Özü də qara kassir çox böyük məhsuldarlıq götürmək iddiasındadır.

Babaşov özünü müdafiyə etmək üçün və “qara kassa” – nın Qazax əməliyyatını uğurla həyata keçirmək üçün Qazaxda ziyalılardan ibarət “özünü müdafiyə komitəsi” yaradıb. Əgər onlara ziyalı demək olarsada 15 noyabrda ziyalılar toplaşıb bir müşavirədə keçiriblər. Onlar Babaşovun davranış və idarəçiliyi haqqında məlumatlı olsalarda Babaşov haqqında mətbuatda mənfi yazılanların həqiqət olmadığını ictimayyətə sırımağa çalışırlar. Büdcə təşkilatlarından maliyyələşən şəxslərin asılı olduqları rayon rəhbərini müdafiyə etməkləri başa düşüləndir. Lakin inanmaq olmur ki ziyalılar, şairlər diyarı Qazaxda əsl həqiqəti deyə biləcək ağsaqqal və ziyalı qalmayıb.

Babaşovun quruculuq yaradıcılıq işlərini az qala əhalinin gözünə soxmağa çalışan həmin o ziyalı adlanan Qazaxlılar çox gözəl bilir ki Qazaxda işləyən əvvəlki hər bir icra başcısıda az və ya çox Qazaxda abadlıq işləri aparıb. Lakin gül əkmək, yol çəkmək, işıq stolbası basdırmaq və s. işlər hələ hər şey demək deyil və bu işləri camahatın gözünə kül edib üfürməklə qürrələnmək sadəlövlükdür. Bu abadlıq işləri dövlətin hər bir rayona olduğu kimi Qazaxlılara da layiq gördüyü bir haqdır. Babaşovun səmimiyyəti şübhə doğurur və bu işlərin arxasında Qazax əhalisinin rahatlığı və firavanlığı üçün olunduğunu sırımağa çalışır. Amma bunlar hamısı “qara kassanın” yığım planları üçün hakimiyyətin və ictimayi etimadının qazanılmasına hesablanan bir gedişdir. Bu gedişlər isə göründüyü kimi artıq deşifrə olunmuş hesab olunur".

DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.