Xırdalan “kruq”undakı “Darvaza”da, dəyərlərimiz tapdaqlar altına atılır
30-11-2016, 23:41
Xırdalan “kruq”undakı “Darvaza”da, dəyərlərimiz tapdaqlar altına atılır "Biz buna dözə bilmərik, obyektin önündən qız-gəlinimizlə keçirik, bu da istənilən halda bizə pis təsir edir” Ötən yazılarımızın birində Xırdalan "kruqu” adlanan ərazidə fəaliyyət göstərən və adı əksəriyyətə "Darvaza” adı ilə tanış olan ünvanda yaşananlar haqda açıqlama dərc etmişdik. İşıq üzü görən açıqlamda yazıb qeyd etmişdik ki, giriş qapısı günün daha çox saatlarında bağlı olan, amma yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına lazımi şərait yaradılan həmin ünvanda, vergidən yayınma halları baş verir, gigiyenik qaydalara lazımınca əməl olunmur, çox zaman antisanitariya tüğyan edir. Hələ bir müddət bundan əvvəl də, həmin ünvanda hansı oyunlara qol qoyulması barədə, bir neçə mətbu orqanlarda açıqlamalar dərc olunmuşdu. Bunu zəruri edən bir çox səbəblər var. Ən əsas səbəbi isə, "Darvaza”nın daha çox sadə sakinlərin yaşadıqları ərazidə yerləşməsi və qanunsuzluğa söykənən fəaliyyətini də davam etdirməsidir. Bu yöndə məlumatları çatdıran sakinlərdən biri bildirir ki, "adı "Darvaza” olan bu ünvanı söküb dağıtsalar daha yaxşı olardı. Çünki, bura əməlli-başlıca əxlaqsızlıq əməlləri ilə məğul olan bir ünvanı olmaqla bərabər, uşaqlarımızın da tərbiyyəsinə pis təsir göstərir, onların gələcəyini pozur. Elə ki, axşamçağı olur, "taksi”lərin biri gedir, o birisi gəlir. Hamsı da əyri yolun yolçusu olan "qadınları” daşıyırlar. İndi sual oluna bilər ki, bura qadın yarmarkasıdır, yoxsa nədir?Adı çəkilən ünvan haqda bir qədər araşdırmalar apararkən belə bir məlumatlar da əldə etmişik ki, "Darvaza” təqribən 12-13 otaqdan ibarətdir və hər bir otaq da, yaradılan şəraitdən asılı olaraq qiymətləndirilir. Hal-hazırda həmin ünvana Rasim adlı şəxsin rəhbərlik etməsi haqda da məlumatlara malikik. O, məqama da toxunmaq gərəkdir ki, "Darvaza”nın əsl sahibinin kim olması əksəriyyətə bəlli deyil. Belə bir səbəb üzündən də, hər kəs Rasimi qeyd edilən ünvanın sahibi kimi tanıyırlar. Amma, bir məqama da toxunmaq lazımdır ki, həmin ünvanın "bazar”ı axşam saatlarında başlayır və ora sanki "kolxoz bazarı”na da oxşayır. Çünki alan kim, satan kim! Bütün bunların hamsı da, yaradılan şəraitin varlığı səbəbindən əmələ gəlir. Təəssüf hissi doğuran hal odur ki, "Darvaza”nın idarəçiliyini həyata keçirən, hər otağın "menyusu”nu müəyyən edən Rasim adlı şəxs ona-buna bildirir ki, "biz burda qadın saxlamırıq, müştərilərin özləri gətirirlər”. Bu əla, bəs onda sual oluna bilər ki, qadınları cinsi istismar etmək üçün şəraiti kim yaradır? Deməli, ..."Darvaza”nın yerləşdiyi ərazi ilə üzbəüz yaşayan və hələlik adının çəkilməsini istəməyən sakinlərdən biri də bildirdi ki, "biz əvvəlki illərdə bu yerin fəaliyyəti ilə bağlı polisə də şikayətimizi ünvanladıq, səs-küy saldıq, buranın bağlanmasını tələb etdik. Bizim şikayətimizdən sonra "Darvaza”nı işlədənlər, oranı bir müddət xəlvəti işlədilər. Amma, indi yenə "bazar açıblar”. Biz buna dözə bilmərik, obyektin önündən qız-gəlinimizlə keçirik, bu da istənilən halda bizə pis təsir edir. Elə hallar olur ki, biz gəlib keçən zaman obyektin qapıları açıq olur, içəridə nələrin baş verməsini gözlərimizlə görürük. Axı, belə olmaz! Bura yaşayış məskənidir, buranı kafe kimi işlətsinlər, mağaza etsinlər, o halda nə var”.Bəli, sakinlərin danışdıqlarında əsl həqiqət var. Axı, biz azərbaycanlı olaraq xalqımıza məxsus adətimizi, ənənəmizi, milli-mənəvi dəyərlərimizi yaşatmalıyıq, nəinki onu tapdaqlar altına atmalıyıq. (Gundem Xeber) Bizi düşündürən digər məqam da var. Axı, ölkə rəhbəri cənab İlham Əliyev Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair, 2014-2018-ci illər üçün "Milli Fəaliyyət Planı”nı təsdiq edib.Təsdiq olunan sənəddə qeyd olunur ki, həmin illərə dair "Milli Fəaliyyət Planı” təsdiq olunan zaman Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutulmuş və insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin olunması, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət orqanlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və ölkə ərazisində bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi də nəzərdə tutulmuşdur.Təsdiq olunmuş sənədin varlığına baxmayaraq, "Darvaza” ilə bağlı əksəriyyət, o cümlədən əraziyə yaxın sakinlər həyacan təbili çalsalar da, nədənsə yerli hüquq-mühafizə orqanı əməkdaşları hələ ki, baş verənlərlə bağlı susmaqda davam edirlər. (gundelik-baku.com)Amma inanırıq ki, bizim növbəti açıqlamamızdan sonra, ölkə rəhbərinin imzaladığı sərəncamdan irəli gələn tələblərin yerinə yetirilməsi üçün, hüquq-mühafizə orqanı əməkdaşları lazımi addımlarını atacaqlar. O halda hər kəsə bəlli olacaq ki, var-dövlət qazanmaq naminə nələrisə tapdaq altına atmaq olmaz. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.