Prezidentin köməkçisi Taryel Ağayev də BƏRDƏ "Yağ-Pendir AzQida "MMC-də Yağ-Pendirin qiymətini qaldırdı
7-12-2016, 01:10
Bərdə rayonunda “Yağ-Pendir AzQida” MMC məhsullarının qiymətlərində ciddi artım olub.
MMC-nin qeyri rəsmi direktoru ZƏKİ bəy dövlətimizin başçısının süni qiymət artımının qarşısının alınması ilə bağlı tapşırığına əməl etməyə çətinlik çəkir. Müəssisədə istehsal olunan məhsulların qiymətlərinin manatın devalvasiyasından sonra artması rayonda CİDDİ NARAZILIĞA SƏBƏB OLMUŞDUR: “Müəssisənin südə olan tələbatı əsasən “Bərdə Yağ-Pendir AzQida“ MMC-yə məxsus heyvandarlıq ferması vasitəsilə ödənilir. 600 baş iribuynuzlu heyvanın saxlanıldığı fermada gün ərzində 6 tonadək süd sağılır.Maraqlıdır ki. bu fermanın yerini bilən yoxdur. İstehsalda istifadə edilən bəzi vasitələrin ucuz və yerli məhsul olmasına baxmayaraq, məhsulların satış qiymətini artırmına baxaq: 9 kiloqramlıq qutuda pendir 33,50 manat əvvəl-40 man indi. 4 kiloqramlıq 15,20 manat əvvəl-indi 17.50 man. tulum pendirinin 1 kiloqramı 6,80 manat əvvəl- indi 8.50 man, 7 kiloqramlıq qaymaqlı qatıq 7 manat, 1,5 kiloqramlıq qatıq 1,85 manatəvvəl,-indi 2,20 man, şor və süzmənin 1 kiloqramı 1,75 manat əvvəl- indi 2.00man, kərə yağının 1 kiloqramı 4,50 manatdır”-indi 7,50 manatdır. Buda fərq,
Müəssisənin məsul şəxsi Çingiz Yusibov bildirib ki, istehsal gücü sutkada 50 ton olan müəssisə 1969-cu ildə yaradılıb, 2003-cü ildən başlayaraq isə bütün avadanlıqlar Türkiyə istehsalı olan müasir texnikalarla əvəz edilib. Burada südün emalı qabaqcıl texnologiyalar əsasında aparılır. Müxtəlif çeşiddə süd məhsulları istehsal edən müəssisənin fəaliyyəti bütün sanitar və gigiyenik normalara cavab verir. Müəssisədə istehsal olunan məhsullar ölkənin regionlarına göndərilir.Ancaq nədənsə bizim müşahidələrimizə görə Çingiz bəyin dedikləri həqiqətə əks etdirmir. Zavodun məhsulları davamlı surətdə zavoda qaytarılır.Bu həm məhsulun keyfiyyətinə, həm də qiymətlərin çox baha olmasına görədir. Hörmətli TARYEL HÜSEYNOVİÇİN "Zavodunda " ümumiyyətlə kimin nə vəzifəni tutduğu aydın deyil. Rəsmi icraçı direktor Sücayət Əliyev--zavodu işlədən Azər müəllim-eyni zamanda satış müdiri.. Növbəti yazılarda: 25 ton məhsul vergi sənədlərində neçə ton göstərilir? Zavod gördürdüyü işlərin müqabilində əlaqədar təşkilatlara zəhmət haqqı əvəzinə niyə yağ verir və kq-ı neçə manata hesablanır? Siam.az
teref.az olaraq adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!
teref.az