Qohumu həbsdə olan başçı narazılıq yaradır - İDDİA
7-12-2016, 10:27
Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərovun illərdir ölkə rəhbərliyinin daxili siyasətinə zidd fəaliyyət göstərməsi ilə bağlı iddialar səngimək bilmir
Bolgexeber.com bildirir ki,onun prezidentin tapşırıqlarına qarşı olan və öz maraqlarını təmin edən addımları gərginlik yaranmasına səbə olub. Rayonda əhalinin sosial tələblərinə laqeyd yanaşan icra başçısı sələfinin yolunu davam etdirir. O, rayonu "xəracyığma" sistemilə idarə edir. 2011-ci ildə Yasamal rayon icra başçısının müavini postundan alınaraq Tərtər rayonuna rəhbər göndərilən, 2014-ci ildə isə Kürdəmirə icra başçısı təyin olunan Ceyhun Cəfərovun karyerasını hələ də böyük təhlükə gözləyir.
Mətbuatda dolaşan məlumatlara görə, Kürdəmirə icra başçısı təyin edildikdən sonra Ceyhun Cəfərovun eynilə Tərtər rayonunda olduğu kimi, əsasən iş adamlarını sıxışdırmağa başlaması ciddi narazılıqların yaranmasına səbəb olub. İcra başçısı təyin edildiyi zamandan bəri rayonda ciddi şəkildə narazılıqlar baş qaldırıb.
Deyilənlərə görə, C.Cəfərov bütün gəlirli sahələri nəzarəti altına almağa başlayıb. Ceyhun Cəfərov gənc olmasına baxmayaraq, özünün qocaman xəracyığma sistemləri ilə rayonu idarə etməyə üstünlük verir. Ceyhun Cəfərovun fəaliyyəti barəsində "yuxarılarda” mənfi rəy yaranıb.
Bu arada aparılan araşdırma zamanı Kürdəmir rayon İcra Hakmiyyətinin başçısı Ceyhun Cəfərov ilə bağlı yeni faktlar ortaya çıxıb.
Uzun illər keçmiş icra başçılarından cana doyan kürdəmirlilər C.Cəfərovun gəlişi ilə hər şeyin müsbət yöndə dəyişəcəyinə ümid etsələr də daha sərt qaydalarla üz-üzə qalıblar.
C.Cəfərovun göstərişi ilə rayon bazarı tam nəzarətə götürülüb. Bazarda al-ver edən insanlardan pulların yığılması məsələsi keçmiş icra başçısının adamından alınıb. İndi bütün rayon C.Cəfərovun tam nəzarətinə keçib.
Ötən aylarda mətbuatda dərc olunan yazılara inansaq, rayon sakinləri, o cümlədən idarə və müəssisə rəhbərləri heç vaxt indiki qədər zəlil duruma düşməmişdilər. Rayonda aparılan abadlıq quruculuq işlərinin xərci idarə müdirlərinin boynuna qoyulur. Buna etiraz edərək öz ərizəsi ilə işdən çıxmaq istəyənlərə isə imkan verilmir, həbsl olunacaqları ilə hədələnir. Bəzi müdirlərin banklara külli miqdarda borcu hələ də qalır.
Yazılanlarla bağlı qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.
Təbii ki bu yazılanlar Kürdəmir İH-nin başçısı haqqındakı ən yüngül ittihamlardır. Yazının davamında daha tutarlı faktlardan xəbərdar olmaq üçün saytımızı izləmədə qalın.