Tülkü həccə gedir: BDU İlahiyyat fakültəsinin ağası Tayyar Altıkulaçın Dağıstan macərası - TAM VERSİYA
8-12-2016, 18:09

Zaur Şüküroğlu
Araşdırmaçı
teref.az olaraq gənc araşdırmaçı Zaur Şüküroğlunun bu araşdırmasını dərc edəndən sonra saytımızaın adına naməlum adamlar tərəfindən virtual təhqir və təhdidlər gəldi. teref.az olaraq iki yazınıda birləşdirib yenidən oxucuların mühakiməsinə veririk. teref.az olaraq biz hər bir şəxsin fikirlərini dinləməyə və səhifəmizdə yayınlamağa hazırıq. Lakin gənc araşdırmaçı bu gün Türk dünyası üçün ən böyük təhlükə olan FƏTO təhlükəsindən yazır.Biz inanırıq ki,BDU-nu rəhbərliyidə bu yazıya reaksiya verəcək.
Türkiyənin Diyanət İşləri Başqanlığının (DİB) sabiq rəhbəri Tayyar Altıkulaç barədə Türkiyə və Azərbaycan mətbuatlarında kifayət qədər yazıya rast gəlmək mümkündür. T. Altıkulaç, Türkiyədə Diyanət İşləri başqanının müavini (15.07.1971–07.09.1976), Təhsil Nazirliyi Dini Biliklərin Tədrisi Mərkəzinin sədri (07.09.1976–02.11.1977), Təhsil Nazirliyi Təlim və Tərbiyə Şurasının üzvü (02.11.1977–09.02.1978) və Diyanət İşləri başqanı (09.02.1978–10.11.1986) olduqdan sonra son vəzifəsindən öz istəyi ilə istefaya getsə də, heç vaxt nə Diyanətdən, nə də ümumiyyətlə din və təhsil sahələrindən kirli əlini çəkməyən hər dövrün adamıdır. 1992-93-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Diyanət Vəqfi (TDV) arasında bağlanmış müqavilə əsasında təsis olunan İlahiyyat fakültəsini də ilk gündən bəri özünün nəzarəti altında saxlayan Bay Altıkulaç hal-hazırda TDV tərəfindən yeni qurulmuş, 2010-11-ci tədris ilində fəaliyyətə başlamış İstanbul 29 Mayıs Universitetinin idarə heyətinin sədridir. Bundan başqa 1988-ci ildə TDV-nin tərkibində yaradılan İstanbuldakı İslam Araşdırmaları Mərkəzi (İSAM) üzərindən vəqfdə at oynadan Altıkulaç bu qurumdakı ağalığını bu gün 29 Mayıs Universiteti üzərindən davam etdirir. Xülasə, 1975-ci ildə qurulan TDV-nin təsisçilərindən olmasını özü üçün imtiyaz hesab edən və DİB-ə rəhbərlik etdiyi illərdə toxunulmazlıq statusu qazanan Tayyar Altıkulaç bu gün də TDV-ni əlində tutan tək adamdır. Bu səbəbdən, TDV ümumən onun təlimatları ilə hərəkət edən adamları tərəfindən idarə edilməkdədir.
Tülkü həccə gedir: BDU İlahiyyat fakültəsinin ağası Tayyar Altıkulaçın Dağıstan macərası
Burada qeyd etməliyik ki, TDV tərəfindən nəşr edilən və Azərbaycan xəritəsinin dəfələrlə təhrif edildiyi 44 cildlik İslam Ensiklopediyasının rəhbəri də Tayyar Altıkulaçdır. Azərbaycan dövlətinə qarşı edilmiş bu hörmətsizlik hadisələrini bu sətirlərin müəllifi ortaya çıxararaq Azərbaycan və Türkiyə mətbuatlarında gündəmə gətirmişdir. Bu milli məsələ ilə bağlı qələmə aldığımız iki yazının son olmadığını, üçüncü yazımızı da yaxın günlərdə dərc etdirəcəyimizi buradan bildirmək istəyirik. Mövzumuza qayıdaraq onu qeyd edək ki, Mehmet Nuri Yılmazın Diyanət İşləri başqanı olduğu dövrdə Altıkulaç bir müddət TDV-nin ətrafından uzaqlaşdırılsa da bu ayrılıq çox çəkməmiş, “əlahəzrət” yenidən TDV-də bütün ipləri əlinə keçirmişdir. Bugün yuxarıda da qeyd etdiyimiz kimi TDV tərəfindən təsis edilən İstanbul 29 Mayıs Universitetinin idarə heyətinin sədri olması Bay Altıkulaçın sadəcə olaraq zahirdəki vəzifəsidir. Türkiyədə hər dövrün adamı kimi bilinən Altıkulaç, həm 12 sentyabr (1980) hərbi çevrilişindən sonra dəyişilməyən yeganə məmur kimi ölkədə hökm sürən diktatura rejimi ilə yaxın münasibətlər qurmağı bacaran, bu baxımdan da çevriliş dövrünün “dərin adam”larından biri kimi tanınan və rejimin “qara qutu”larından biri olaraq bilinen, həm də bu gün dinçi rejim kimi də qiymətləndirilən AKP iqtidarının önəmli bir parçası olmağa müvvəffəq olan “qabiliyyətli bir din və siyasət adamı”dır.
Tülkü həccə gedir: BDU İlahiyyat fakültəsinin ağası Tayyar Altıkulaçın Dağıstan macərası
Maraqlıdır ki, Altıkulaç hazırda AKP hakimiyyətinin ən etibarlı adamlarından biri kimi görünsə də, bir zamanlar Gülənə və onun komandasına, bu günkü məşhur təbirlə desək FETÖ-yə qibtə etdiyini yazmışdı. Gülənin dini xidmətlərlə məşğul olduğunu və Türkiyəyə zərər verəcək hallardan uzaq durmağa səy göstərdiyini deyib, ölkədə stabilliyi pozacaq mübahisələrə səbəb olmaqdan ehtiyat etdiyi üçün Türkiyəyə qayıtmadığını qeyd etmişdi. Bundan başqa gülənçilərə dua etdiyini, lazım gələndə onlara kömək edib dəstək verdiyini ifadə etmiş, dövləti idarə edənlərin gülənçilərə kömək etmək əvəzinə, şübhə ilə baxaraq onları incitməsindən özünün də incidiyini açıqlamışdı.Tülkü həccə gedir: BDU İlahiyyat fakültəsinin ağası Tayyar Altıkulaçın Dağıstan macərası
Xatırladaq ki, Altıkulaç özünün “Zorlukları Aşarken” adlı xatirə kitabında Gülən hərəkatının çox təmiz və saf bir xidmət komandası olduğunu yazaraq onların Türk xalqının dindarlaşması üçün çalışdığını, bəzilərinin də bundan narahat olduğunu söyləyir. Bütün bunlar azmış kimi gülənçiləri millətçi adlandıran Altıkulaç onların dünyanı gələcəkdə idarə edəcək gəncləri yetişdirdiklərini, bu mənada dövlətlərin belə bacara bilmədiklərinə nail olduqlarını söyləyib, Gülən camaatına heyranlıq duyduğunu ifadə edir, hərəkata rəğbətini gizlətmir.
Tayyar Altıkulaçın din və təhsil sahələrindəki “məharətləri” mövzusunda geniş məlumat əldə etmək istəyən oxucular Türkiyə və Azərbaycan mətbuatlarına müraciət edə bilərlər. Bunun üçün sadəcə “google müəllim”in xidmətindən istifadə etmələri yetərlidir, kifayət qədər yazıya rast gələcəklərindən əminik. Biz isə bu araşdırma yazımızda Bay Altıkulaçın bir vaxtlar Azərbaycandan Rusiya Federasiyasına qanunsuz yollarla keçərək Dağıstanda yaşadığı macərasından danışacağıq. Yəni mövzumuz Altıkulaçın Azərbaycanda yol verdiyi qanunsuzluq əməlinə dairdir. Qaynağımız da şəxsən onun özünün yazılı etiraflarıdır. Daha dəqiq desək, onun yuxarıda adını çəkdiyimiz “Zorlukları Aşarken” adlı üç cildlik kitabının (İstanbul: Ufuk Yayınları, 2011) 3-cü cildinin “Avrasiya Dünyasına Qarşı Marağım” sərlövhəli 23-cü fəslinin 961-1009-cu səhifələri arasında yer alan “Azərbaycan Yollarında” başlıqlı hissəsinin 981-985-ci səhifələrini ehtiva edən “Dağıstan Sərhədində Yaşadığım Macəra” alt başlıqlı hissəsidir bizim bu yazımızın əsas qaynağı.
Biz bu saxtakarlıq etirafını dövlətimizin və xalqımızın diqqətinə çatdırmağı özümüzə vətəndaşlıq borcu bilir və dilinin sadəliyini nəzərə alaraq həmin hissəni orijinal dilində, yəni Türkiyə türkcəsi ilə təqdim edirik. Dəyərli oxucular, gəlin Bay Altıkulaçın Dağıstan macərasına dair öz dilindən nəql etdiyi əhvəlatı birlikdə oxuyaq:
“(s. 981) Dağıstan sınırında yaşadığım macera: Rusya Federasyonu sınırları içinde bulunan Dağıstan’da (Derbent şehrinde) özel bir üniversite bünyesinde İlâhiyat Fakültesi açılması için Türkiye Diyanet Vakfı’ndan istekte bulunan bu üniversitenin rektörüyle görüşmek ve vakıf adına protokol imzalamak üzere Dağıstan’a gitmem kararlaştırılmıştı.
O tarihlerde Azerbaycan’a yapacağım bir seyahatle bu programı birleştirmek istedim ve Bakü’ye gitmişken birkaç saatlik kara yolculuğu ile bu ziyareti gerçekleştirmenin hem zaman ve hem ekonomik açıdan daha uygun olacağını düşündüm. Rusya Federasyonu’nun İstanbul’daki Başkonsolosluğu’ndan bu ülkeye gitmek üzere vizemi de aldım. Vize öncesinde doldurduğum form belgede hangi şehre ve ne için gideceğime dair sorulara da cevap vermiş ve Dağıstan’ın Derbent şehrine gideceğimi açıkça belirtmiştim.Tülkü həccə gedir: BDU İlahiyyat fakültəsinin ağası Tayyar Altıkulaçın Dağıstan macərası
Bakü’deki görevimi tamamladıktan sonra o tarihlerde Bakü İlâhiyat Fakültesi’nde dekan yardımcısı olan Celal Erbay ve şu anda adını hatırlamadığım bir başka öğretmen arkadaşımızla birlikte Azerbaycan-Dağıstan sınırına çok yakın mesafede bulunan Kusar şehrine hareket ettik.
Derbent’teki üniversitenin rektör yardımcısı –adını yanlış hatırlamıyorsam- Osman Osmanov da bu şehirde ikamet ediyor, Derbent’teki görevine sınırı geçerek gidip gelmek suretiyle devam ediyordu. Bu zatla Kusar’da buluşacak ve onun otomobiliyle Dağıstan’a geçecektik. Kusar’a varınca Osman Osmanov ile buluştuk; bazı hizmetler konusunda ilgililerle yapacağı görüşmeler için Celal Erbay’ı burada bırakarak bu zatın otomobili ile yola çıktık.
Zannediyorum yaklaşık 40 dakikalık bir yolculuktan sonra sınıra ulaştık. Kapıda pasaport kontrolünü yapan polis benim bu kapıdan Dağıstan’a giriş yapamayacağımı, Dağıstan’a ancak Moskova üzerinden gidebileceğimi söyledi. Şaşırdık. Yol arkadaşım ne kadar dil döktü ise de sonuç alamadık.
Nihayet Osman Bey beni üç-beş km gerideki bir karakolda görevli polis memuru arkadaşının yanına bırakarak Derbent’e yalnız gitmeyi ve benim (s. 982) girişimi, yerel idarecilerle görüşerek rektörün sağlayabileceğini söyledi. Birlikte geri dönüp dediği yere gittik.
Karakoldaki polis memuru rektör yardımcısı gibi Lezgi asıllı idi. Hikâyemizi dinledikten sonra, hudut kapısında Lezgi asıllı görevliler bulunduğunu, onların bir şekilde bu geçişi sağlayabileceklerini söyledi ve onlardan birini bulmamızı önerdi. Bunun üzerine tekrar hududa giderek görevli bir Lezgi bulup yardımcı olmasını istedik. Bu Lezgi’ye göre çözüm şöyle olacaktı:
Gümrük sahasında görevli birine 50 USD para verilerek onun arabasıyla –ama Dağıstan tarafına gidenlerin geçtiği kapıdan değil, oradan gelenlerin Azerbaycan tarafına giriş yaptıkları kapıdan- benim geçişim sağlanacak, rektör yardımcısı da kendi arabasıyla normal geçişini yapacak ve Dağıstan tarafında buluşulacak.
Biraz sonra bulunduğumuz yere gelen başka bir görevli beni arabasına alıp söz konusu kapıya doğru hareket etti, ancak kapıya vardığımızda nöbetçi asker tüfeğini uzatarak önümüzü kesti, bu kapıdan giremeyeceğimizi söyledi. Askerin ikna olmayacağını anlayınca geri döndük.
Bu defa yan camları filimle karartılmış bir araba ile başında resmî gümrük memuru şapkası olan bir başka şahıs geldi. O da beni arabasına alarak aynı kapıya, ama biraz daha hızlı bir şekilde yürüdü. Kapıdaki asker biraz şaşkınlık ve tereddüt geçirdiyse de, direksiyondaki kişi üniformalı ve resmî kasketli olduğu için bu tereddüt bizi engellemeye dönüşmeden sahaya girdik ve biraz ilerleyip sahadan çıktık. Yani pasaport işlemi yaptırmadan, bir bakıma pasaportsuz olarak Dağıstan’a (Rusya Federasyonu topraklarına) geçmiş oldum. Arabasıyla bu geçişi sağlayan kişiye de 50 USD’yi ödedim.
Rusya topraklarına girmiştik, ama akşamüzeri aynı yerden dönüş yaparken başımıza neler gelebileceğini hiç aklımıza getirmedik. Rektör beyin Derbent’te yerel yöneticilerle görüşerek bizi tekrar Azerbaycan’a geçireceğini farzettik. Farzetmenin de ötesinde, rektör beyin girişimleriyle bu konunun halledileceğini yol arkadaşım açıkça ifade etmiş ve ben de öyle olacağına inanmıştım. Bu inançla ve biraz da bizi içeri sokmayan görevlilere karşı başarı kazanmış olmanın sevincini yaşayarak yolumuza devam ettik.
(s. 983) Yanılmıyorsam sınıra 60 km mesafede bulunan Derbent şehrindeki görüşmelerimiz tamamlandı. Protokolü imzaladık. Rektör beyle birlikte onun hudut istikametinde bulunan bir köydeki evine ulaştık. Yemek ikramından sonra ben rektör beyin huduttan geçişimi bizzat sağlayacağını düşünürken bir müddet sonra bu zat beni yine aynı yardımcısıyla, ama yanımıza Derbent belediye başkan yardımcısını ve din görevlisi Şehâbeddin Kerimov’u da katarak hududa yolcu etti.
Bu durum karşısında ben Azerbaycan tarafına rektör yardımcısı Osman Osmanov’la nasıl geçiş yapacağımızın merakı içindeydim. Rektörün bize arkadaş olmamasından rahatsız oldum ve biraz da endişelendim. Sabah saatlerinde girişimize izin vermeyen görevlilerle karşılaştığımızda bu adamlar beni tanıyabilir ve Dağıstan tarafına nasıl geçtiğimi sorabilir, hapse de atabilirlerdi. Çünkü pasaportumda giriş damgası yoktu.
Hududa ulaştığımızda gümrük sahasına girmeden arabamızı bir kenara çekerek durduk ve geçişin nasıl olacağını müzakere etmeye başladık. Sabahki Lezgi asıllı resmî gümrük memuru bulunacak ve yardım istenecekti. Yanımdakiler gidip geldiler ve o kişinin nöbetten çıkıp gittiğini söylediler.
Tekrar gittiler, bir müddet sonra bir başka görevli Lezgi gelip arabada yanıma oturdu. Elinde Osman Osmanov’un pasaportu vardı. Pasaporttaki resmi göstererek “Bu sana benziyor mu?” diye sordu, “Seni bu pasaportla çıkarmak istiyoruz” dedi. İyice heyecanlanmaya başlamıştım. Böyle bir şeyin olamayacağını, resmin de bana hiç benzemediğini söyledim. Diğer arkadaşların nerede olduğunu sordum. Yeterli bir cevap alamadım. Bu kişi gitti ve ben yine arabada yalnız beklemeye başladım.
Bir müddet sonra belediye başkan yardımcısı geldi. Osman Osmanov’un pasaportu ile çıkış yapmamdan başka çaremizin olmadığını söyledi. Yani kimsenin yapacağı bir şey olmadığı iyice anlaşılmış, beni de iyice (s. 984) heyecan sarmıştı. Ben Osman Osmanov’un pasaportu ile çıkacağıma göre onun nasıl geçiş yapacağını sordum. “Bu pasaportla ben seni geçireceğim, sonra geri dönüp onun pasaportunu kendisine iade edeceğim, o da arabasıyla ve aynı pasaportla geçiş yapacak, dışarıda buluşacaksınız” cevabını verdi.
Osman Osmanov bazen her gün, bazen haftada bir iki defa geçiş yaptığı için onun pasaportuna mühür vurmazlar, pasaportunu gösterip geçermiş. İki tarafta görevi bulunan kişiler için uygulama böyle imiş.
Sözü uzatmayalım, belediye başkan yardımcısı ile sahada yaya olarak ilerlemeye başladık. Konuşa konuşa yürüyecektik, o Rusça bir şeyler anlatacak, ben de ara sıra onu tasdik ediyormuş gibi “haroşo” diyecektim. Bu kelime, onun anlattıklarına katıldığımı ve onayladığımı ifade ediyormuş.
Dediği gibi yaptık, yani o devamlı hiç anlamadığım konuşmasını sürdürüyor, ben de anlıyormuş gibi “haroşo” demeyi sürdürüyordum. Nihayet kapısında asker bekleyen bir kulübenin önüne geldiğimizde pasaportları (yani belediye başkan yardımcısının pasaportu ile Osman Osmanov’un pasaportunu) askere verdik. Asker iki pasaportu birlikte eline alarak üstün körü baktıktan sonra inceleme yapmadan iade etti ve bizi kontrol sahasına aldı.
Biraz sonra polis kulübesine ulaştığımızda benim yüreğimdeki sıcaklığın iyice arttığını hissediyordum. Bu arada ben Rusça konuşmaya, yani “haroşo” sözcüğünden başka ses vermeyen kırık plağı döndürmeye elbette devam ediyordum. Önümüzde sırada orta yaşlı bir kadın vardı. Pasaportu kontrol ediliyordu, derken görevli polis çıldırırcasına bu kadına bağırmaya başladı. Polisin sesi yeri göğü inletiyordu.
Araya girerek polisi sakinleştirmek görevi yanımdaki kişiye (belediye başkan yardımcısına) düşmüştü ve bu vesile ile arkadaşım polisle sıcak bir ilişki kurmuş oluyordu. Kadın oradan ayrıldı ve bizim pasaportlarımız polisin önüne kondu. Her gün giriş-çıkış yapabilen iki pasaportu gören görevli polis benim yüzüme bile bakmadan ve herhangi bir inceleme yapmadan pasaportları iade etti ve biz de teşekkür ederek oradan uzaklaştık.
Ben sanki dünyaya yeniden gelmiş gibi oldum. Biraz ileride bir yerde belediye başkan yardımcısı ile vedalaşıp bulunduğum yerden süratle (s. 985) uzaklaştım ve rektör yardımcısı Osman Osmanov ile buluşacağımız yere doğru hızlı adımlarla ilerledim. Tabiatıyla geçişimi sağlayan pasaport geri götürüldü ve bir müddet sonra da otomobiliyle geçiş yapan Osman Osmanov ile buluşup birlikte Kusar yoluna koyulmuş olduk.
İşte böyle. Rusya Federasyonu topraklarına pasaportsuz olarak ve elini kolunu sallaya sallaya girip çıkabilen kaç kişi var bu dünyada deyip biraz övünebilir miyim, bilemiyorum. Şaka bir yana, olay aklıma geldikçe her seferinde yüreğimde aynı sıcaklığı ve heyecanı hisseder gibi oluyorum.
Yakalanmam durumunda başıma neler gelebileceğini bir düşünün. Zindanlarda belirsiz bir müddet kalmak bir yana, bu işin bir de Türkiye tarafı vardı. Zira bu olayı yaşayan kişi, kısa bir süre sonra (24 Aralık 1995) yapılacak genel seçimlerde milletvekili aday listelerinde adı bulunan biriydi. Hiç şüphe yok, gazetelere manşet olacak ve derdimi kimseye anlatmayı başaramayacaktım. Yani rezil olmak işten değildi. Ne diyelim, cahillik yaptık bir kere. Ama bu yollara niçin düştüğümüzü bilen yüce yaratan beni korumuştu. Hiç şüphe etmiyorum, merhameti ve himayesi o gün kesinlikle benimle idi.”

Görüldüyü kimi bir vaxtlar Azərbaycan, Rusiya və Türkiyə arasında siyasi böhran yaratmağın astanasından dönən Tayyar Altıkulaç Azərbaycan sərhədini qanunsuz yolla (pasportsuz) keçib Dağıstana getdiyini və təkrar sərhədi qanunsuz yolla (bu dəfə başqasına aid pasportla) keçib Azərbaycana qayıtdığını, dolayısıyla dövlət sərhədimizi ard-arda iki dəfə pozduğunu etiraf edir. Bu saxtakarlığa əl atarkən rüşvət vermək, yalan satmaq, aldatmaq, fırıldaq gəlmək və hiyləgərlik etmək kimi “keyfiyyətlərindən” də məharətlə istifadə etməsindən danışır. Bax, bütün bunları edən adam 8 il Türkiyənin Diyanət İşləri başqanı və üç dəfə deputat olub. Həmçinin AKP sıralarında uzun illər TBMM Milli Təhsil, Gənclik və İdman Komissiyasına sədrlik edib, üstəlik BDU İlahiyyat fakültəsinin qurulmasında da “müstəsna” rol oynayıb, fakültəni tam nəzarətdə saxlayaraq ağalıqla, diktatorluq xarakteriylə idarə edib. Çox təəssüf ki, sözügedən fakültənin dekanı Vasim Məmmədəliyevin rəhbərliyi bu günə kimi formal xarakter daşıyır. Yəni əlindəki bütün bu imkanlar vasitəsilə Diyanətdə qardaş ölkənin müsəlman əhalisinə fətva, TBMM-də Türk gəncliyinə istiqamət verən saxtakar Tayyar, Diyanətin Azərbaycandakı fəaliyyətləri çərçivəsində də guya bizim müsəlman əhalimizə dini “xidmət” göstərməkdə, BDU İlahiyyat Fakültəsində Azərbaycan gənclərinə “istiqamət” verməkdədir, necədir sizin üçün? “Ama bu yollara niçin düştüğümüzü bilen yüce yaratan beni korumuştu. Hiç şüphe etmiyorum, merhameti ve himayesi o gün kesinlikle benimle idi” şəklindəki son sözləri, bu şarlatanın heç şübhəsiz yuxarıdakı bəd əməllərini yaxşılıq, şərrini də xeyir kimi göstərmə cəhdidir; zinhar aldanmamalıyıq. Çünki tülkülərin də həccə getdiyini biz çox yaxşı bilən bir millətik…
Tülkü həccə gedir: BDU İlahiyyat fakültəsinin ağası Tayyar Altıkulaçın Dağıstan macərası - 2-ci hissə
Görəsən qətiyyən dinə uyğun gəlməyən və bir müsəlmanın abrını aparan bu qədər davranışın hamısını eyni anda sərgiləyən Türkiyədə neçə din alimi var? Bəlkə Tayyar Altıkulaç toya getməlisidir? Yəqin məhz buna görədir ki, TDV illərdir “Azərbaycan xəlifəliyini” Altıkulaça həvalə edir. Yoxsa halımız necə olardı? Axı “betərin betəri var” deyiblər. Düzdür deməyinə deyiblər, ancaq Azərbaycan betərə məcburdurmu? Bax, bu sualın bir cavabı var! Azərbaycan heç yerə və heç kimə məcbur deyil. Hər cildə girən və əsl üzlərini aidiyyəti dövlət qurumlarımızdan belə gizləməyi bacaran bu cür riyakarları ifşa etməklə ölkəmizdən təmizləmək lazımdır. Onların “Azərbaycan yolları”na nə üçün düşdükləri bəllidir; ölkəmizə maraqlarının səbəbi sərhəd tanımayan məzhəbçilik və camaatçılıq qayələridir. Əgər bu cür olmasaydı, BDU İlahiyyat fakültəsini bitirib Türkiyədə təhsillərini davam etdirən məzunlar arasında onların adamı olmayan, onların siyasətlərinə xidmət etməyən əhil, milli ruhlu və vətənsevər ilahiyyatçıların yolunu hər cür fırıldağa, hiyləgərliyə, hətta iftiraya əl ataraq kəsməz və sırf onların adamları olduqları və onların siyasətlərinə qulluq etdikləri üçün naəhillərin yolunu da açmazdılar. Sizcə də Azərbaycanın gələcəyinə vurulan bu ağır zərbə xalis FETÖ metodu deyilmi? Odur ki, sözügedən İlahiyyat fakültəsi bu gün gizli FETÖ-cülər tərəfindən idarə olunan məzhəbçi-camaatçı Diyanət təşkilatının və FETÖ-cü başı Tayyar Altıkulaçın əlindən xilas edilərək onların kadrlarından təmizlənməli və tamamilə yerli nəzarətə, həqiqi milli və vətənsevər kadrlara həvalə edilməlidir. Riyakarlara, şarlatanlara bir də qapı açmaq lazım deyil. Cünki məqsədlərinə çatmaq üçün iki qardaş ölkənin əlaqələrinə xələl gətirən qanunsuzluqlara əl atmaqdan belə çəkinməyən bu saxtakarların xisləti dəyişən deyil. Elə Mirzə Şəfi Vazeh də M.F.Axundova: “Sən də onlar kimi riyakar və şarlatanmı olmaq istəyirsən?” deyərkən heç şübhəsiz Tayyar Altıkulaç və onun həvariləri kimi ilahiyyatçı və din xadimi cildinə girmiş o dövrün riyakarlarını, şarlatanlarını nəzərdə tuturdu. Odur ki, Azərbaycandakı aidiyyəti qurumlar və bu qurumlarda Bay Altıkulaçı və onun həvarilərini qoruyanlar lütf edib əvvəlcə öz gözlərinin qabağından qəflət pərdəsini qaldırmalı, bu məsələdə bu günə qədər dövlətimiz üçün örtülü qalan mətləbləri açmalı, sonra da insanlarımızı qəflət yuxusundan ayıldaraq Azərbaycanın gələcəyini bu qaragüruhun şərrindən xilas etməlidirlər. Dövrümüzün “Nəsrullah”larını görməzliyə vuranlar dövlətimizə aşkar xəyanət etdiklərini bilməli, xəyanətin axıra qədər gizli və cəzasız qalmayacağını anlamalı, “aldadıldıq” bəhanəsinin hər zaman və hər yerdə keçərli olmayacağını dərk etməlidirlər.
İşə baxın ki, öz kitabında Azərbaycan-Dağıstan sərhədindən pasportsuz və əlini-qolunu sallaya-sallaya keçdiyini qeyd edən Tayyar Altıkulaç hələ zarafata salıb bu hərəkəti ilə fəxr etməyə də həvəslənir. Görünür məhz bu qəhrəmanlıq həvəsinə görə öz cinayət əməlini kitabında etiraf etməkdən çəkinməyib. Hesab edirik ki, Tayyar Altıkulaç və onun təmsil etdiyi Diyanət təşkilatının bu günkü rəhbərliyinin Azərbaycan dövlətinə qarşı nə qədər səmimiyyətsiz olduğunu təsəvvür etməkdən ötrü Altıkulaçın fəxarətlə yazdığı bu etiraflardan tutarlı fakt ola bilməz. Dünən sərhədimizdən sızan Diyanət təşkilatının bu rəhbərinin dövlət orqanlarımıza da öz adamlarını sızdırmadığına kim zəmanət verə bilər? 20-22 il əvvəl sərhədimizi keçmək üçün o dövrdə Azərbaycanda yüksək məbləğ sayılan 50 dollar rüşvət verən bu adamın və təmsil etdiyi təşkilatın dövlət orqanlarımıza öz adamlarını yerləşdirmək üçün milyonlar xərcləmədiyindən kim əminliklə danışa bilər? Odur ki, qənaətimizcə Altıkulaçın nəzarətində olan və məqsədli şəkildə Türkiyə ictimaiyyətinə “Diyanət İlahiyyat fakültəsi” kimi təqdim edilən BDU İlahiyyat fakültəsinin Azərbaycanın ilk gülənçi kadrlarını yetişdirmiş ali təhsil ocağı kimi tanınması da elə-belə hal deyil. Azərbaycanda bu adla vurulan və Prezident Aparatına qədər yüksələn Elnur Aslanovun da bu fakültəni bitirdiyi və həmin təhsil ocağına imtahansız qəbul olunduğu artıq bilinən bir həqiqətdir. Bəs görəsən təhsillərini davam etdirmək üçün vaxtilə Türkiyəyə aparılan məzunlar arasında da fakültəyə imtahansız qəbul olunanlar varmı? Ən əsası isə Türkiyəyə aparılan ilk məzunları Tayyar Altıkulaçın şəxsən seçdiyi ve onlara xüsusi qayğıyla yanaşdığı bilinirmi? Görəsən həmin “seçilmişlər” bu gün hardadırlar, onlardan sonra seçilənlər necə oldu, sonrakılar hansı kriteriyalara görə seçildilər və neçəsi sırf TDV-nin və Altıkulaçın “etimad”ını doğrultmaq üçün gözə girməyə çalışıb doktorluq dərəcəsi alarkən neçəsi də milli ruhda və Azərbaycana layiq elm adamları kimi qayıtmağa çalışarkən aqibətləri nə oldu, aralarında təhsillərini başa vura bilməyənlər varmı, varsa səbəbi nədir? Həqiqətən araşdırılması çox vacib məsələdir. Yeri gəlmişkən, Bay Altıkulaç, yuxarıda kiçik bir hissəsini iqtibas etdiyimiz kitabının 983-cü səhifəsindəki 5 nömrəli haşiyədə Dərbənddə açmaq istədikləri İlahiyyat fakültəsi mövzusunda bu məlumatları da verir: “Bu protokole göre, rektörün bu özel üniversitede açacağı İlâhiyat Fakültesi öğrencilerini bir veya iki yıl biz Türkiye’deki İlâhiyat fakültelerinden birinde okutacaktık. Rektör üniversitesinde gerekli hazırlıklarını yaptıktan sonra öğretim Derbent’te devam edecekti. Biz sözümüzü tuttuk və gelen öğrencilerin Erciyes Üniversitesi İlâhiyat Fakültesi’nde öğrenimlerini sağladık ve her türlü iâşe ve ibâte masraflarını karşıladık. Ama rektör sözünü yerine getiremedi. Getiremeyeceğinin veya getirmek istemediğinin anlaşılması üzerine ilişkiye son verildi”. Bəlkə də dağıstanlılar bir müddət TDV-ni yaxından izlədikdən sonra bu vəqfin səmimi olmadığını və bu işin istədikləri kimi davam etməyəcəyini başa düşdüklərinə görə TDV-ni Dərbənd qapılarından içəri buraxmamağı qərara alıblar. Biz isə “başqa dindaşlardansa qardaş dindaş yaxşıdır” deyib, bu işi Türkiyə ilə birgə həyata keçirməyə qərar vermiş, ancaq iki ölkənin, iki xalqın qardaşlığını siyasi mənfəətlərlə qarışdırdığımız üçün Azərbaycanın qapılarını TDV-nin üzünə taybatay açmış və İlahiyyat fakültəsini birlikdə qurub-qurmama qərarını bu vəqfin fəaliyyətini bir müddət yaxından izlədikdən sonra verməyə lüzum görməmişik. Nəticədə ziyanın başından dönən dağıstanlılardan fərqli olaraq bu gün bizə ziyanın yarısından dönmək qalıb. Yəni, milli təhlükəsizlik strategiyasının başlıca istiqamətlərindən birinə çevrilən İlahiyyat fakültəsindəki ikibaşlı siyasətə son qoyub, BDU-nun digər fakültələri kimi adı çəkilən fakültədə də tam yerli nəzarəti və tarazlı milli siyasəti təmin etmək!
Unutmayaq ki, FETÖ kimi bu günkü Diyanət üçün də məqsədə çatmaq istiqamətində sərhəd yoxdur, hər yol mubahdır. Yuxarıda da vurğuladığımız kimi bu uğurda onların missiyasına xidmət etməyən və özlərinə əngəl hesab etdikləri istənilən şəxsin haqqını əlindən alıb, missiyalarına qul-kölə etdikləri naəhillərə vermək onlar üçün adi bir şeydir. FETÖ də yeri gələndə bu cür haqsızlıqları edib sonra da dindən-imandan danışmırdımı?! Düzü, üzərində durmağa dəyəcək ciddi bir mövzudur. Etirafına əsasən, bu gün Altıkulaçı cinayət məsuliyyətinə cəlb etmək mümkündürmü bilmirəm. Onu da qoy dövlətimiz düşünsün! Ancaq bilinsin ki, Bay Altıkulaç Azərbaycan-Dağıstan sərhədində tutulub həbsxanaya atılsaydı indi Türkiyədə və Azərbaycanda bəzilərinin gözündə İslam mücahidi, hələ sərhədçi əsgərlər tərəfindən vurulub öldürülsəydi bu dəfə də bəzilərinin gözündə şəhid və ya qəhrəman olmuşdu! Ancaq şükürlər olsun ki, Uca Allah onun saxta bir qəhrəman kimi yad edilməsinə razı olmadığı üçün belə bir hadisənin yaşanmasına mane olub. Bu gün də cəzasız qalsa belə inanırıq ki, gün gələcək, bu saxtakarlığa görə Bay Altıkulaç və onun təmsil etdiyi TDV-nin rəhbərliyi xalqımız qarşısında mütləq cavab verməli olacaq!
Tülkü həccə gedir: BDU İlahiyyat fakültəsinin ağası Tayyar Altıkulaçın Dağıstan macərası - 2-ci hissə
Sonda, jurnalist Heydər Oğuzun bu yaxınlarda strateq.az saytında dərc olunan “Azərbaycanda məzhəbçilik təhlükəsi: İlahiyyat fakültəsinin bilinməyən üzü” başlıqlı yazısının sonunda qeyd etdiyi “Dövlət qurumlarımızın nəzərinə onu çatdırırıq ki, İlahiyyat fakültəsində işləyən bir müəllimdən aldığımız məlumata görə, qurumun bəzi “sözəbaxan” kadrları maaşlarından əlavə, hər ay 1000-2000 dollar arasında “paket” alırlar. Verilən “paket”in mənbəyini araşdırmaq bütün hallarda gələcəyimizin xeyrinə olardı…” şəklindəki önəmli məlumatı biz də burada dövlət qurumlarımıza xatırladaraq bu məsələ ilə əlaqəli bizdə olan məlumatları da əlavə etmək istəyirik. Belə ki, bizdəki məlumata görə Tayyar Altıkulaçın BDU İlahiyyat fakültəsindəki adamları sözügedən “paket” məsələsini inkar etməyərək bunun guya “yardım” məqsədilə verildiyini iddia edirlər. O zaman biz də sual edirik: Əgər sözügedən “paket” iddia edildiyi kimi yardım məqsədilə verilirsə, o zaman nə üçün sadəcə fakültədəki iki kafedradan biri olan “İslam Elmləri Kafedrası”nın müəllimlərinə verilir? Tayyar Altıkulaçın fakültədəki həvariləri, Heydər Oğuzun ifadəsilə desək “sözəbaxan kadrları” əsasən bu kafedrada cəmləşdikləri üçünmü? Hesab edirik ki, dövlət orqanlarımız tərəfindən həm bu məsələnin, həm də ümumiyyətlə Diyanət təşkilatının başda adı çəkilən fakültə olmaqla bu günə qədər Azərbaycana qoyduğu “sərmayələr”i və bunları haralara sərf etdiyini ciddi şəkildə araşdırmaq da hər mənada ölkəmizin xeyrinə olacaq. Əcəba, bu “sərmayələr”in bizə qazandırdıqları və bizdən aldıqları nələrdir? Dövlətimizin diqqətindən yayınaraq qoyulan “sərmayələr” varmı? Xüsusilə də Türkiyədə oxudulan tələbələrin təhsilinə qoyulan “sərmayələr”lə bağlı bilinənlər həqiqəti nə qədər əks etdirir? Ümumiyyətlə bu tələbələrin hər birinin aqibətiylə bağlı dövlətimiz nə dərəcədə düzgün məlumatlandırılıb? Bu mövzuda Bay Altıkulaç və adamlarının dövlətimizdən gizlətdiyi həqiqətlər varmı? Qısacası, TDV təqaüdü ilə Türkiyənin Ankara və İstanbul şəhərlərində magistratura və doktorantura təhsili alan tələbələrin hər birinin aqibəti necə oldu?! Düzü, məşum bir mövzu ilə qarşı-qarşıyadır Azərbaycan...
Yazıda adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!
teref.az