Türkiyənin Din İşləri Başqanlığının sabiq rəhbəri dövlət sərhədimizi necə pozub – Şok etiraf (FOTOLAR)
13-12-2016, 01:08

BDU-nun ilhiyyat fakultəsini nəızarətində saxlayan Tayyar Altıkulaç nələr edib? FƏTO-yla Tayyar Altıkulaçın nə əlaqəsi? Gənc araşdırmaçı Zaur Şüküroğlu teref.az-ya bunlarla əlaqəli faktlar göndərib.Onu oxucuların diqqətinə təqdim edirik:
Keçən həftə gənc araşdırmaçı Zaur Şüküroğlunun saytımızda dərc olunan “Tülkü həccə gedir: BDU İlahiyyat fakültəsinin ağası Tayyar Altıkulaçın Dağıstan macərası” başlıqlı yazısını diqqətli oxucularımız xatırlayacaqlar. Müəllif həmin yazıda Türkiyənin Din (Diyanət) İşləri Başqanlığının sabiq rəhbəri, keçmiş AKP-li deputat və BDU İlahiyyat fakültəsinin yaradılmasında xüsusi rolu olan və müxtəlif zamanlarda mediada çıxan yazılara görə həmin fakültəni bu gün də öz nəzarəti altında saxlayan Tayyar Altıkulaçın 90-cı illərin ortalarında dövlət sərhədimizi qanunsuz yolla (pasportsuz) keçib İlahiyyat fakültəsi açmaq üçün Rusiyaya (Dərbəndə) getdiyini və təkrar sərhədi qanunsuz yolla (bu dəfə başqasına aid pasportla) keçib Azərbaycana qayıtdığını, dolayısıyla dövlət sərhədimizi ard-arda iki dəfə pozduğunu etiraf etməsindən yazır. Onu da qeyd edək ki, Zaur Şüküroğlu sözügedən yazısında Tayyar Altıkulaçın FƏTÖ ilə əlaqəsindən də bəhs edərək onun Gülən hərəkatına rəğbətini ortaya qoyan açıqlamalarına da yer verir. Şüküroğlunun istinad etdiyi mənbə isə Altıkulaçın “Zorlukları Aşarken” adlı xatirələr kitabının 3-cü cildindəki müvafiq səhifələrdir.
Oxucular üçün maraqlı olacağını nəzərə alaraq Tayyar Altıkulaçın adı çəkilən kitabının “Dağıstan sərhədində yaşadığım macəra” başlıqlı hissəsində Azərbaycan sərhədini qanunsuz yolla keçib cinayət törətməsini etiraf etdiyi və Zaur Şüküroğlunun saytımıza göndərdiyi həmin səhifələri dərc edirik.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az





