Millət vəkili Ülviyyə Ağayeva haqqında: "Fəaliyyəti sıfırdır..."- SORĞU

13-12-2016, 20:55           

Bu günlər içtimai fikir periodik millət vəkill\rimizin verdiyi əndrabadi şuarlarla çalxalanır. Fikir bildirmək istəyən millət vəkillərimiz öz seçicilrinin mənafeyini qoruyan, onu "seçən" sadə insanların sosial durumunu müdafiə etmək əvəzinə çox "maraqlı" açıqlamalar verirlər. Bu açıqlamalar " Yorğanına görə ayağını uzat!", " Az ye, az iç!" bə sairə açıqlamalardan ibarətdir. Lakin deyəsən Milli Məclisimizin böyük hissəsi seçildiklə\ri dövrdən bu tərəfə heç fikir bildirməmək qərarındadırlar. Belələrindən biri 106 saylı Tovuz - Qazax - Ağstafa seçki dairəsindən seçilən millət vəkili Ülviyyə Ağayevadır. Bu xanımın seçiləndən bəri 1 dəfə belə olsun səsini eşitməmişik və belə getsə deyəsən eşitməyəcəyik. Hətta bu yaxınlarda mətbu orqanların birində 106 saylı Tovuz - Qazax - Ağstafa seçki dairəsindən seçilən millət vəkili Ülviyyə Ağayeva haqqında bir sorğu belə apararaq jurnalistlərin onu tanıyıb tanımadığı haqqında sual belə vermişdi. O sorğunun nə\ticələri ilkə sizi bir daha tanış edirik:
Aqil Ələsgər( Yenicag.az): "Açığı, 16 illik jurnalistlik fəaliyyətim zamanı ilk dəfə bu xanımın adını sizdən eşitdim və “Google”də araşdırmaq qərarına gəldim. Haqqında “Qafqazinfo”nun yazdığı ““Ürəklə səs ver, ürəyincə yaşa” - Ülviyyə Ağayeva adlı gənc xanım namizədin seçki şüarı da qeyri-ciddiliyi ilə seçilir. Lap elə seçici ürəklə səs verdi, onun ürəyincə yaşayacağına kim qarantiya verə bilər?!” və “Azvision”un “106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputat seçilən Ağayeva Ülviyyə Cavanşir qızı hazırda Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunda işləyir” cümlələri oldu. Yəni, ölkənin seçilmiş 125 nəfərindən biri olacaqsan, haqqında məqalə deyil, bir neçə cümlə zorla tapılacaq. Haqqında bu qədər az məlumat olan şəxsin necə neçə illərin siyasətçisi, ən azından 10 il o bölgədən millət vəkili olan İlyas İsmayılovun üzəridə qələbə çalması dünyanı səkkizinci möcüzəsi sayıla bilər. Ancaq parlamentdə tək səssiz-sədasız millət vəkili bu xanım deyil ki?.. 125 deputatın ən az 100 nəfərinin nə adını bilən var, nə də səsini eşidən. Bu xanım da həmin “müqəddəs yüzlüy”ə daxildir".

Kamil Həmidov(Gununsesi.info): "Düzünü desəm, Ülviyyə xanımın fəaliyyəti ilə o qədər də yaxın tanış deyiləm. Cəmi 2-3 dəfə MM-də çıxışına rast gəlmişəm, həm də bir-iki mətbu açıqlamasını görmüşəm. Amma bildiyim qədər ATƏT PA-da fəal fəaliyyət göstərir. Nədənsə mətbuata maraqlı görünmür, media ilə məsafəli davranır..."

Hacıbəy Heydərli(Azxeber.com): Düşünürəm ki, Ülviyyə Ağayeva yeni seçilən deputatlar arasında ən aktiv fəaliyyət göstərən şəxslərdəndir. Onun xüsusən Avropadakı fəaliyyəti ilə tanışam və deyə bilərəm ki, bu xanım deputatdan pafosdan, reklamdan uzaq öz işiylə məşğuldur. Düzdür onun haqda mətbuatda məlumat çox azdır, çox istərdim ki, gördüyü işlər haqda daha çox məlumat versin, media ilə əməkdaşlığı artırsın. Ümumilikdə isə xanım deputatın fəaliyyətini qənaətbəxş hesab etmək olar".

İradə Cəlil("Ekspress" qəzeti): Ağayeva Ülviyyə Cavanşir qızı 106 saylı Tovuz - Qazax - Ağstafa seçki dairəsindən deputat seçilib. Nizami adına Ədəbiyyat institutunda işləyir. Ülviyyə xanımın seçki şüarı “Ürəklə səs ver, ürəyincə yaşa” olsa da, seçildiyi gündən bu günə qədər nəzərəçarpan bir fəaliyyəti, hətta bir müsahbəsi, bir açıqlaması belə yoxdur.

Yalnız qəzetlərin biri xanım deputatın Heydər Əliyev haqqında "Facebook" statusunu paylaşıb.

Həqiqətən vəziyyət acınacaqlıdır. Bu gün Milli Məclisə yeni seçilən millət vəkillərinin çoxu sadəcə lehinə-əlehinə səs verməkdən başqa bir işlə məşğul olmurlar. Ağızlarına su alıb oturublar. Nə bir qanuna, təklifə reaksiya verirlər, nə də bir təklif və ya bir problemi müzakirəyə çıxarmırlar. Şəxsən mənim üçün maraqlıdır bu millət vəkilləri kimin səsi ilə seçilib? Əgər görəcəkləri bir iş yoxdusa, niyə MM-də mandat məşğul edirlər?! Biz dedik gənclərə yer verilsin, demədik ki, əlindən heç bir şey gəlməyən, sadəcə quru vədlər verən insanlar millətin vəkili olsun.

İnanın mən şəxsən bir jurnalist kimi Ülviyyə Ağayeva haqqında heç nə deyə bilmirəm. Sadəcə sual verə bilərəm: Ülviyyə xanım, siz “ ürəklə səs ver, ürəyincə yaşa” şüarıyla seçkiyə qatılanda nəyi nəzərdə tuturdunuz? Yəni "seçsəniz də onsuz da yox kimi olacağam, nə istəsəniz edin"- belə anlayaq? Hər halda bu günə kimi bir fəaliyyətiniz yoxdu.

Digər səssiz millət vəkillərinə də sözüm var: iclaslar zamanı yuxunuzu alandan sonra müzakirələrə qatılın ki, ən azından adınızı sadəcə Milli Məclisin saytından deyil, digər xəbər saytlarında da görək. Heç olmasa yazmasınlar ki, "filan millət vəkili əsnədi, yatdı, gözlərini ovuşdurdu".

Səbuhi Abbasov(7news.az): "Ülviyyə Ağayeva adlı deputat tanımıram. Media sahəsində az-çox fəaliyyəti olan biri kimi əgər bu deputatı tanımıramsa, deməli fəaliyyət sıfırdır. Ümumiyyətlə deputat mandatı daşımaq olduqca böyük bir məsuliyyətdir. Əgər xalq onlara etimad göstəribsə, adekvat olaraq milli maraqlardan qaynaqlanan bütün mümkün istiqamətlərdə fəaliyyət göstərməlidirlər. Təəssüflər olsun ki, Ülviyyə Ağayeva daha çox passiv deputatlar sırasındadır".

Əlişir Əhəd(Tia.az): Məncə bu yeni seçilmiş deputatlardandı. Millət vəkilini tanımaq üçün gərək onun hansısa fəaliyyətidən xəbərdar olasan. Yeni deputatların seçilməsindən bir ilə yaxın müddət ötür. Adını çəkdiyiniz xanım deputat MM-də hansı məsələni qaldırıb və ya hansı qanunun qəbulunda aktiv iştirak edib ki, biz jurnalistlər onu tanıyaq? Və ya bu aylar ərzində seçiçiləri ilə görüşübmü? O görüş haqqında hansısa media orqanında məlumat varmı ki, biz də o xanım deputatı tanıyaq?! Hələ qabaqda 4 ili var, yəqin ki, tanıyarıq..."

Məhəmmədli Qəribli(Azinforum.az): Yəqin ki, yeni seçilən deputatlardandır. Bu səbəbdən də aktiv fəaliyyəti nəzərə çarpmayıb. Media adamı olaraq biz daha çox ictimai-siyasi proseslərdə aktiv olan, KİV-lərdə tez-tez görünən millət vəkillərini daha yaxşı tanıyırıq. Siz sualı ünvanlayandan sonra barəsində axtarış verdim. Gördüm ki, gəncdir. Hələ mandatınının bitməsinə xeyli vaxt var. Ümid edirəm ki, fəallığı ilə özünü tanıdacaq.

Seymur Süleymanov(Terefdar.az): "Sizə çox təşəkkür edirəm ki, məni daha bir deputatla tanıtdınız. Düzün demək lazımdır. Ülviyyə Ağayeva adlı deputat ilk dəfədir ki, eşidirəm. İllərdir mətbuatdayıq, amma bu deputatın bir dəfə də olsun fəaliyyəti ilə bağlı xəbər oxumamışam. Millət vəkili olan şəxsi heç olmasa öz xalqı, seçiciləri və mətbuatı tanımalıdır. Amma təəssüf... Bəlkə də Ülviyyə xanım reklamı çox sevmədiyindən mətbuata çıxmır. Ancaq heç olmasa belə bir deputatın var olmasını bilmək lazımdır".
P.S. Əslində hakimiyyətin cavan kadrları dahada irəli çəkmək prinsipi təqdirə layıqdir ki, daha enerjili və novator fikirli olan bu kadrlar dövləti irəli aparsınlar. Yeni ideyalar və fikirlər bildirsinlər. lakin əfsuslar olsun ki,.......
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.