Ölkə böhrandan batır: Şamaxı şefinin villası hazır, müavini isə

14-12-2016, 10:36           
Ölkə böhrandan batır: Şamaxı şefinin villası hazır, müavini isə
Böhran və manatın ucuzlaşması əhalini getdikcə yoxsullaşdırır. Şamaxının icra başçısı Asif Ağayevin isə belə vaxtda rayonun Nağaraxana kəndindəki pay torpağında özünə tikdirdiyi imarətin inşası başa çatıb.

Bu barədə redaksiyamıza Şamaxıdan məlumat verilib. Artıq tikinti işləri yekunlaşıb və başçı yeni villasına köçməkdədir.

A.Ağayevin tikilmək növbəsini villalarından biri isə rayonun Avaxil deyilən ərazisində yerləşəcək. İcra başçısı 1 hektar torpaq sahəsi alıb ki, özünə yeni malikanə inşa etdirsin. Bundan əlavə, Şamaxının torpaqlarını bir-bir zəbt edən rayon rəhbərinin Qızmeydan kəndi ərazisində də 2 hektar torpağı var.

Bu ərazidə də icra başçısının dəbdəbəli sarayı olacağı istisna olunmur. Prezident İlham Əliyevin məmurlara yönəlik xəbərdarlığı, onların sadə həyat tərzi yaşamağa etdiyi çağırışı, ayrı-ayrı oliqarxlaşmış icra hakimlərinə verdiyi mesajlar görünür, A.Ağayev üçün keçərli olmayıb.

Politika.Az xəbər verir ki, Şamaxının icra başçısı Asif Ağayev və müavini Qasım Qasımov Pirqulu dağını ətrafında yeni istirahət obyektləri tikdiriblər. İcra başçısı Pirqulu dağının ətrafındakı torpaqlara Bakıdan və rayonlardan olan məmurlara satıb.

İmişli rayonunda başçının müavini vəzifəsində çalışan Qasım Qasımovu özünə müavin təyin etdirməyə nail olan Asif Ağayev bütün qara işlərini, həmçinin «yığım və alış-veriş» işlərini ona həvalə edib.

Şamaxı rayonuda icra hakimiyyəti tərəfindən görülən tikinti, təmir, abadlıq yaşıllaşdırma işlərinə də başçının dost müavini Qasım Qasımov nəzarət edir.

Məlumatda o da qeyd olunur ki, icra başçısı Asif Ağayev müavinin əli ilə həm təmir tikinti abadlıq işlərində iştirak edən şirkətlərdən “öz faizini” artıqlaması ilə alır.

Politika.Az xatırladır ki, özünü Milli Qəhrəman Tofiq İsmayılovun oğlu və vəkil kimi təqdim edən, Bakının Nəsimi, Şamaxı və Qobustan rayonlarında bir-neçə şəxsin etibarından sui-istifadə edən, rayonda sabitliyi pozmağa çalışan Elşən Tofiq oğlu İsmayılov da Şamaxı rəhbərliyi ilə əlbir imiş.

E.İsmayılov Şamaxı rayon icra hakimiyyəti başçısının 1-ci müavini Qasım Qasımovun göstərişi əsasında, rayonda vəzifəli şəxslərdən müəyyən instansiyalara əsassız, qərəzli ərizələr və şikayətlər yazaraq, həmin şəxsləri nüfuzdan salmağa çalışırmış.

Beləliklə Qasım Qasımovun "dirijor” çubuğu olan Elşən İsmayılov son anında Qasım Qasımovdan kömək istəsə də, "Qanun qarşısında hamı bərabərdir” devizi altında Şamaxı rayon hakimi özünü qorumaq naminə ondan imtina edib.
Qarşı tərəfin fikirl\ərini dinləməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.