Dərman bazarındakı üç deputat haqda sensasion faktlar - Eksklüziv

20-12-2016, 00:59           
Dərman bazarındakı üç deputat haqda sensasion faktlar - Eksklüziv
Tarif Şurası işıq və qazın qiymətinə artım etməklə yanaşı dərmanların da məbləğini qaldırdı. Lakin kommunal xərclərin artması o dərəcə şok effekti yaratdı ki, dərman bazarındakı bahalaşma xəbəri arxa planda qaldı.

Halbuki, dərman bazarında qiymət artımı da vətəndaşların cibinə ağır zərbədir. Tarif Şurası isə insanların vəziyyətini nəzərə almadı.

teref.az yazır ki, politika.az isə dərman bazarında biznesi olan deputatların kimliyini təftiş edib. Araşdırma nəticəsində millət vəkillərindən hansılarının dərman bazarında hegeonluq etdiyi üzə çıxıb.

Əslində, ictimaiyyət onları yaxşı tanıyır. Sadəcə, həmin deputatların başı dərman biznesinə elə qarışıb ki, parlamentdə bir dəfə də olsun bu qiymət artımı haqda danışmadılar.

Birinci növbədə Cavanşir Feyziyevdən başlayaq. Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin iclasında ölkənin dərman bazarında hökm sürən vəziyyətdən kəskin narazılığını bildirib.

Ölkə başçısı dərmanların baha satıldığını deyib və Səhiyyə Nazirliyinə bu sahədə hökm sürən özbaşınalıqların aradan qaldırılması üçün tapşırıqlar verib.
Devalvasiya prosesindən isə bəzi əliəyrilər və möhtəkirlər öz ciblərini doldurmaq üçün fürsət kimi yararlanmağa çalışıblar.

Onların sırasında Azərbaycanın dərman bazarında inhisarçı mövqeyə malik olan “Avromed Company” ASC-nin rəhbərliyi də yer alırdı. Bu şirkətin sahibi deputat C.Feyziyevdir. Millət vəkili əsas inhisarçı və bahalaşmaya səbəbkar olan şəxsdir.

Dərman bazarındakı digər biznesmen 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən deputat seçilən Kəmaləddin Qafarovdur.

Dərman biznesində adı keçən deputat Binəqədi RİH-nin təşkil etdiyi tədbirlərə dəvət alsa belə qatılmır, parlamentdə isə heç spikerə də hörmət etməyib, passiv şəkildə oturur.

Deputatın işi MM-də çıxış etməkdir. Amma dərman bazarındakı son bahalaşma Qafarovun başını qarışdırıb və yeni tarifləri müəyyən etməklə məşğul olduğu bildirilir.

Məşhur axtarış sistemi olan “google”da Kəmaləddin Qafarovu tanımır. Onun adını yazdığımız zaman barəsində fəaliyyəti haqda bir sətir belə rast gəlmək olmur. Eləcə də vikipediya onu tanımır.

Üçüncü dərman biznesmeni olan deputat isə Ülvi Quliyevdir. "Loğman Farm" Milli Məclisin deputatı Ülvi Quliyevindir. Ülvi Quliyevin Tibb Universitetinin Əczaçılıq fakültəsini bitirməsi çoxdan məlum olan bir faktdır.

Həmçinin millət vəkili Nərimanov rayonunda fəaliyyət göstərən və “Loğman Farm” şirkətinə aid olan iki aptekin də özünə aid olduğunu keçmiş zamanda da olsa, təsdiq edir.

Hərçənd bu barədə mətbu orqanlarından birinə verdiyi müsahibəsində Ülvi Quliyev öz fikirlərini bir qədər dolaşıq formada səsləndirib.

Onu da deyək ki, kütləvi dərman idxalına himayəçilik edən məmur oliqarxlar isə bu qıtlıqdan yararlanıb, daha çox qazanc götürürlər, onlara dərmanların keyfiyyəti, qiyməti və əhalinin sağlamlığı maraqlı deyil.

Odur ki, səhiyyə yetkililərinin efirlərdən, mətbuatdan tez-tez “qiymətə də, kəmiyyətə də, keyfiyyətə də yetərincə nəzarət var” deyiminə əhalinin artıq heç bir inamı qalmayıb.
Adları çəkilən hər bir şəxsin fikirlə\rinə yer vermə\yə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.