Prokurorluq generalının qardaşı siyasi mühacir həyatı yaşayır- ALMANİYADA

22-12-2016, 13:16           

Son günlər Baş Prokurorluğun idarə rəisi general Müqəddəs Sultanovun adı iş adamı İlham Qasımovun qanunsuz həbsində hallanır. Adətən prokurorluq orqanları əməkdaşlarının neqativ hərəkətlərini bağışlamayan Baş Prokurorluğun rəhbərliyi nədənsə medianın bu qədər diqqət yetirdiyi bir qanunsuzluq faktına görə generalla bağlı ölçü götürmür.
Müqqəddəs Sultanovun biznesmen olması kifayyət edir ki, onu cəzalandırmaq mümkün olsun.
İlham Qasımovun cinayət işinin materiallarına generalın özünün və xanımının adı dəfələrlə çəkilir.
Həbsdəki iş adamının yaxınları Gununsesi.info-ya Müqəddəs Sultanovun qardaşı ilə bağlı maraqlı informasiya verib. Həmin məlumatda qeyd olunur ki, bu gün Prokurorluqda yüksək vəzifə tutan generalın qardaşı Avropada siyasi mühacir həyatı yaşayır. Belə ki, Sultanovun qardaşı Müşviq Sultanov Almaniyaya mühacirət edərək, “Azərbaycanda diktatura var, insan hüquqları anlayışı yoxdur” kimi bəyanatlar səsləndirib.
Azərbaycanın müvafiq strukturları araşdırsa, Müşviq Sultanovun Almaniyada siyasi mühacir kimi yaşadığını təsdiqləmiş olarlar.
İlham Qasımovun bacısı Təranə Aslanova saytımıza açıqlamasında qardaşının dövlətə və mövcud hakimiyyətə sədaqətlə xidmət etdiyini deyib: “Müqəddəs Sultanovdan fərqli olartaq, qardaşım öz biznesi ilə qazandıqlarının çoxunu şəhid ailələrinə, qaçqın və köçkünlərə, imkansız ailələrin övladlarının təhsilinə, sağlamlığına xərcləyib. YAP üçün Astarada bina tikərək, hədiyyə edib. Heydər Əliyevin adını daşıyan məscidi Beyləqanda inşa etdirib. Amma Müqəddəs Sultanovun qardaşı isə gedib Avropada siyasi mühacir statusu ilə yaşayır. O da dövlətin güc strukturunda çalışır, qanunsuzluqlarla məşğul olur. İndi sual edirəm, Müqədds Sultanov dövlətini daha çox sevir yoxsa, İlham Qasımov?”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.