Cəlilabad rayonu Göytəpə şəhər xəstəxanasında baş həkimin özbaşınalığı -ŞİKAYƏT

22-12-2016, 18:03           

teref.az-nun poçtuna Cəlilabad rayonu Göytəpə kəndinin səhiyyəsindəı baş verən özbaşınalıqdan şikayət olunur. Şikayəti sizə təqdim edirik:
Artıq 3-cü dəfədir ki, Cəlilabad rayon Göytəpə şəhər xəstəxanasına diabet dəmanlarını almağa getdiyimdə orada atamın döyüş yoldaşlarından olan Mətləb dayının (soyadını bilmirəm) dərmanları alanda hansı əsəb keçirdiyini görürəm. Bilmirsən dərmanları xəcalət çəkərək yarımçıq verməyə məcbur olan Göytəpə şəhər xəstəxanasının baş həkimi Sabir həkimin vəziyyətinə , yoxsa onu alan Mətləb dayıya üzüləsən. Adam haqlı olaraq deyir ki, "niyə bizi bu günə qoyursunuz... axı biz bu yolda canımızı qoyduq ,sağlamlığımızı itirdik. İndi buna görə dilənçi vəziyyətinə qalmışıq... Axı bizdə yaşamaq istəyirik .." Bir anlıq şükür elədim ki, atam bura gəlib o da əsəb keçirtmir amma digər tərəfdən də bu şükürə görə özümü qınadım . Qınadım ki, mən təkcə öz valideynim üçün yox bütün müharibədə iştirak edənlər üçün şükür etməliydim . Bütün dünya ölkələrində diabet xəstələrinə pulsuz dərman verildiyi kimi Azərbaycanda da diabetə qarşı mübarizə məqsədi ilə “2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı” icra edilir. Bu məqsədlə bütün şəkərlərli diabet xəstələrinin şəkərsalıcı preparatlar, insulin, insulin analoqları və özünənəzarət vasitələri ilə təmin olunur. Niyə axı Cəlilabad rayonunda bu işi nizama sala bilmirlər. Bəlkə Cəlilabad səhiyyəsinı bərbad vəziyyətə qoyan baş həkim İlham Əliyev indidə diabet xəstələrinin dərmanına göz dikib ? Yəqin ki, bu suallara cavab ictimailəşəndən sonra tapılar.
Xocalıdan məcburi köçkün Zaur Ələkbərov.
teref.az okaraq bu şikayəti araşdırmaq üçün baş həkim İlham Əliyevlə əlaqə saxlamaq istəsək də bizim telofon zənglərimizə cavab vermədi.Lakin buna baxmayaraq yenə İlham həkimin fikirlərini dinləməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.