Nəqliyyat Nazirliyinin Lənkəran Reqional idarəsinin əməkdaşı Elçin Nəsirov Masallı yollarında "qoçu"-luq edir - ŞİKAYƏT

23-12-2016, 00:20           

teref.az-nun poçtuna Nəqliyyat Nazirliyinin Lənkəran şəhər Regional idarəsinin masallıda yerləşdirilmiş işçiləri ilə bağlı şikayət daxil olub. teref.az olaraq bu şikayəti sizə təqdim edirik:
"Atletlər Kəndində" baş verən qəzadan sonra açılan cinayət işindən sıyrılan sərnişan daşımanın keçmiş rəisi Elçin Nəsirov Cənub Bölgəsində insanlara qan uddurması ilə bağlı məlumatı içtimailəşdirdikdən sonra düşünürdük ki, bu neqativ hal aradan qaldırılar. Əksinə, Elçin Nəsirovun dili ilə desək rəhbərlik ona " Deməli Sən işləyirsən ki, səndən yazırlar" deyib və fəxrlə mən Ziya Məmmədovun kartejinə rəhbərlik etmişəm heç kim məni çıxara bilməz deyərək azğın fəaliyyətə başlayıb.Nəqliyyat Nazirliyinin Regional idarəsi Lənkəran şəhərində yerləşməsinə baxmayaraq Elçin Nəsirovun Masallı şəhərində kirayələdiyi binanın aylıq qiyməti ən azı 2000 manat özü üçün kirayələdiyi evin qiyməti isə 300 manatdır. Onun digər xərclərini də nəzərə alsaq bu adamın aylıq əmək haqqısı yəqin bir nazirin əmək haqqından çoxdur.
Elçin Nəsirov özünə qoçu dəstəsi yığaraq onları özünə məxsus olan MMC-də işə götürərək qeyri-qanuni Nəqliyyat Nazirliyinin formasını geyindirərək yollarda pul topladır. Özünə xüsisi qəddarlığı ilə seçilən işçi qrupu yaradan Elçin Nəsirov Bakı şəhərində 20 yanvar dairəsində sürücünü özünü yandırmağa təşviq etmiş Qubad adlı işçini də özüylə gətirmişdi. Bundan əlavə işıq idarəsində xeyli sayda şikayət olunaraq işdən çıxarılmış dostu İdris də insanlara zülm edir. Vüsal və Yardımlıda həyasızcasına açıq şəkildə pul yığan Samiqi isə tanımayan yoxdur.
Ölkənin ağır durumunda burada taxt-tac quran şəxslər haqqında bu dəfə də tədbir görülməsə deməli elə bunlar doğrudanda yuxarılar tərəfindən bu qəddarlığa sövq edilirlər
Karimova Camila
Qarşı tərəfin fikirlərini dinləməyə və saytımızda yerləşdirməyə hazırıq!
teref.az



Nəqliyyat Nazirliyinin Lənkəran Reqional idarəsinin əməkdaşı Elçin Nəsirov Masallı yollarında "qoçu"-luq edir - ŞİKAYƏT













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.