Kondisioner idxalı necə 7 dəfə arta bilər - Hökukmət gömrükdə «qara kassaya» girib

23-12-2016, 00:21           
Kondisioner idxalı necə 7 dəfə arta bilər - Hökukmət gömrükdə «qara kassaya» girib
Azərbaycana kondisioner idxalının 7 dəfə artması ekspertlər tərəfindən belə izah olunur

2016-cı ilin 10 ayı ərzində Azərbaycana kondisioner idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 dəfə – 76,187 min ədədə qədər artıb. Bu barədə “Dövlət Statistika Komitəsindən məlumat verilib.


Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri 18 mln. 519,3 min dollar məbləğində qiymətləndirilir (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 7,4 dəfə).

Yanvar-oktyabr aylarında hesablama maşınları, blok və qurğularının ölkəyə idxalında kəskin artım müşahidə olunub. Cari ilin 10 ayı ərzində Azərbaycana 33 mln. 117,5 min dollar dəyərində 187,1 min ədəd hesablama maşını, blok və qurğusu (artım 3,1 dəfə) idxal olunub.

Bundan başqa, yanvar-oktyabr aylarında respublikaya ofis, mətbəx və yataq mebellərinin idxalı 2,1 dəfə – 70,42 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $12 mln. 974,7 min (artım 2,6 dəfə) təşkil edir.

Necə olur ki, idxal birdən-birə bu dərəcədə artır? Bu əslində bir daha təsdiq edir ki, göirükdə «qara kassaya» girilib. Bununla da statistik göstəricilərdə bu qədər fərq yaranır.

Əslində dövlət başçısının köməkçisi Natiq Əmirovun etdiyi etiraf bir daha yada düşür.

“The Financial Times” jurnalına müsahibə verən N.Əmirov etiraf edir ki, uzun illər ərzində ölkəyə gətirilən 10 məhsuldan yalnız 3-ü qeydiyyata düşürmüş. Bu isə o deməkdir ki, ölkəyə idxal olunan məhsulların 70 faizinin rüsumu büdcəyə yox, “qara kassa”ya gedirmiş. Deməli, beynəlxalq təşkilatların hesabatları, ekspertlərin fikirləri həqiqətdir.

Bu dəfə korrupsiyanın fontan vurmasını müxalifət, beynəlxalq təşkilatlar yox, prezidentin iqtisadi məsələlər üzrə müşaviri Natiq Əmirov söyləyir. Etiraf edirlər ki, bu ilin yanvarında qədər “qara kassa” mövcud olub və hökumətin başında duranlar da bundan xəbərdar imiş.

Deməli, bu illər ərzində milyardlarla vəsait büdcədən məqsədli şəkildə yayındırılıb. Hazırda isə bu cür statistik fərq məhz qeydiyyata alınma hesabına baş verir.

İqtisadçı Nemət Əliyev bildirdi ki, əslində idxalda artımın olması bir daha gömrükdə bir çox məhsulların rəsmi qeydiyyata düşmədiyini sübut edir və bu böyük biyabırçılıqdır. Ölkəyə kondisoner idxalının kəskin şəkildə artmasının reallığa uyğun olmadığını düşünən N.Əliyev bildirdi ki, bu əvvəlki dövrlərdə qeydiyyata alınmayan məhsulların qeydiyyata düşməsinin nəticəsidir: «Azərbaycan hökuməti ölkənin qeyri-neft sektorunda ciddi irəliləyişə nail olmağı özünün başlıca məqsədi elan edib. Azərbaycan kondisoner istehsalı istiqamətində bir təcrübə var. Ölkədə kondisoner zavodu da var. Əgər kondisoner idxalı artırsa, o zaman ölkədəki zavodu kim işlədəcək? Yaxud da zavod istehsal etdiyini kimə satacaq? Deməli, bunlar razılaşıblar ki, Azərbaycanda istehsalda irəliləyişə nail olmaq mümkün deyil və daxili tələbat idxal hesabına ödənilir. Azərbaycanda bu cür məlumatlarla bağlı kifayət qədər ziddiyyətlər var».

N.Əliyev hesab edir kİ, Azərbaycan xalqı reallığı əks etdirməyən statistik rəqəmlərə inanmır. Ölkənin qeyri-neft sektorunun real inkişafına ehtiyac duyulduğunu deyən N.Əliyev vurğuladı ki, məhz bunun hesabına ölkənin ixracını stimullaşdırmaq olar.azadliq.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.