Tikinti maqnatı İman Quliyev “MTN işi”ndən necə yayına bilib? - İLGİNC

23-12-2016, 21:01           
Tikinti maqnatı İman Quliyev “MTN işi”ndən necə yayına bilib? - İLGİNC
“Qozbel İman” ləqəbli İman Quliyevlə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. “Xalqlar Dostluğu” ticarət mərkəzinin sahibi, tikinti maqnatı İman Quliyev vaxtilə “MTN çetesi”nin qarmağına düşüb.

Belə ki, onu MTN-ə aparıb incidiblər, pulunu alıb özünü sərbəst buraxıblar. Bu halın bir neçə dəfə təkrarlandığı bildirilir. Maraq doğuran odur ki, hazırda “MTN işi” üzrə aparılan araşdırmalar çərçivəsində İman Quliyevin adı zərərçəkən qismində keçmir. Belə məlumatlar var ki, İ.Quliyev qeyri-rəsmi olaraq hazırda həbsdə olan MTN generallarına xəbər yollayıb, məsələni istintaqdan kənar həll edilməsini istəyib. İ.Quliyev istəyinə qismən də olsa nail ola bilib. Ondan vaxtilə alınan pulun bir hissəsi qaytarılıb. Pulların yerdə qalan hissəsinin - söhbət bir neçə milyon vəsaitdən gedir - ona qaytarılacağı vəd olunub. Bunun müqabilində İman Quliyev istintaqın sonuna qədər susmaq öhdəliyi götürüb. İ.Quliyevin “MTN çetesi”nin toruna düşməsinin bir səbəbi də Xətai rayonu, İnqilab İsmayılov küçəsi 4, 5, 6 saylı binaların həyətində yerləşən təqribən 60 sot yaşıllıq zonanın məhv olunması və torpağın ələ keçirilməsi üzərindən olub.

Redaksiyamızı bilgiləndirən mənbə bildirir ki, İmanın “MTN işi” istintaqından yayınmasının bir səbəbi də yüksək rütbəli məmurlarla qohumluq əlaqəsinin olmasıdır.

Xatırladaq ki, ötən ilin sentyabr ayının əvvəllərində İman Quliyevin müflis olması haqda əksər sayt və qəzetlərdə xəbər yayıldı. Bu xəbərdən təxminən 40 gün sonra Eldar Mahmudov işdən çıxarıldı, MTN ətrafında məlum olaylar başladı. Mənbəmiz bildirir ki, İ.Quliyev müflis olmayıb, onun biznesi çökməyib - bütün tikinti projeləri, ticarət mərkəzləri əvvəlkiq aydasında davam edir, çalışır. dia.az/Bəs bu xəbərin yayılmasına nə səbəb olub. Bu istiqamətdə əlimizdə bəzi dəqiqləşdirilməyən məlumatlar var. Yaxın günlərdə iş adamının bu dezinformasiyası barədə geniş məlumat verməyə çalışacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.