Sökülən otelin sahibi tapıldı - Şahmar Mövsümovun qayınatasının mehmanxanasını sökürlər - FOTOLAR + VİDEO

23-12-2016, 21:05           
Sökülən otelin sahibi tapıldı - Şahmar Mövsümovun qayınatasının mehmanxanasını sökürlər - FOTOLAR + VİDEO
Bakının Yusif Səfərov küçəsində yerləşən və hal-hazırda buldozerlər tərəfindən dağıdılaraq sökülən "Araz" mehmanxanası Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qayınatasına məxsusdur. Bunu virtualaz.org-a məlumatı mənbələr bildiriblər. "Araz" mehmanxanası ilə birlikdə həmin ərazidə fəaliyyət göstərən mərmər sexi daxil olmaqla, bir neçə obyekt də sökülür ki, onların da Şahmar Mövsümovun qayınatasına məxsus olduğu bildirilir. Virtualaz.org-a o da məlum olub ki, üç hektarlıq həmin ərazidə yeni park salınacaq.

* * *

Virtualaz.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, mehmanxanadakı əşyaların çıxarılmasına imkan verilməyib. İçəridə olan yataq dəstləri, kreslo və divanlar, palaz və xalçalar, qab-qacaq, eləcə də kompüter və telefonlar, bir sözlə, hər şey sökülən daş-divarın altında, toz-torpaq içərisində qalıb.

Bu dəqiqələrdə yoldan keçənlər orada əllərinə keçənləri götürüb aparmaqla məşğuldurlar. Ərazi faktiki polis nəzarəti altında olsa da, onlara mane olan yoxdur.

Ən maraqlısı da odur ki, jurnalistlərə heç bir açıqlama verilmir. Sadəcə onu bildirirlər ki, "tapşırıq belə olub".

Ərazidəki evlərin sakinləri isə bildiriblər ki, söküntü vaxtı borular zədələndiyindən susuz qalıblar. Onlara başqa su borusu çəkiləcəyi barədə vəd veriblər. Amma bunun nə vaxt olacağı məlum deyil.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.