Sumqayıt məhkəməsinin hakimi ləğv olunmuş sənəd əsasında bazarkomun xeyrinə qərar çıxarıb - 66 sahibkar şikayət edir
24-02-2017, 11:53
Sumqayıtdakı ”Şərq Bazarı”nda fəaliyyət göstərən bir qrup Sumqayıt sahibkarı DİA.AZ-a müraciət ünvanlayıb. Narazı sahibkarlar yazır: "2016-cı il iyulun 25-i Sumqayıt Şəhər Məhkəməsinin hakimi Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi ilə Rəşid Babayevin və digər iddiaçının iddiası ilə məhkəmə iclası keçirilib və hakim qeyri-qanuni,qüvvədən düşmüş sənədlər əsasında absurd qətnamə çıxarıb ki,bu da haqlı olaraq "Şərq bazarı"nda fəaliyyət göstərən 66 sahibkarın narazıçılığına səbəb olub.Qeyd edək iddiaçılar- "Şərq bazarı"nın keçmiş direktoru , “RŞHT” Şirkətinin Ticarət Mərkəzinin təsisçisi Rəşid Babyev,digər təsisçi Afət Həsənovanın nümayəndəsi öz iddialarında Sumqayıt şəhəri,9-cu mikrorayon ünvanında guya ki,iddiaçıların mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş 7 metr hündürlüyündə dəmir beton dirəklərdən ibarət ,3 tərəfdən bazarı əhatəyə alan karkasın cavabdehlər tərəfindən sökülməsini və həmin yarımçıq tikililərin inşa olunması nəticəsində guya şirkətə vurulmuş 140.000 min manatın cavabdehlərdən tutulmasını xahiş ediblər.Bu nə qədər absurd və qanunazidd olsa da hakim bu iddianı təmin edib. Sahibkarların nümayəndəsi Yusif Məmmədovun bildirdiyinə görə bu qərarı ona görə qanunazidd adlandırmaq olar ki, adıçəkilən dirəklər iddiaçıların ərazisində yerləşmir.Çünki 2013- ci ildə Rəşid Babayevin və digər təsisçinin mülkiyyətində olan 1 hektar 8 sot torpaq sahəsinə aid olan çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun müvafiq sərəncamı ilə etibarsız hesab olunub və adıçəkilən mülkiyyətçilərin mülkiyyət hüquqlarının qeydiyyatı daşınmaz dövlət reyestrində ləğv olunub. Belə olan halda hakim Ceyhun Məmmədov hansı əsasla bazarkomun iddiasını təmin edib,çox təəcüblüdür.
Təbii ki,sahibkarlar qərardan apellyasiya şikayəti veriblər və martın 1-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Telman Quliyevin sədrliyi ilə növbəti məhkəmə iclası keçiriləcək. Ilkin iclas isə bir müddət əvvəl keçirilib və hakim tərəfindən Ədliyyə Nazirliyinin ekpertinə tapşırılıb ki, məhkəmə predmeti olan həmin dirəklərin hansı tərəfin ərazində olmasını müəyyən etsin.
Ümumiyyətlə son zamanlar ədalətsiz qərarlar çıxarmış , hakimlik səlahiyyətini aşan bir çox hakimlər vəzifəsindən kənarlaşdırılıb. Təkcə keşən il vətəndaşların narazılığına səbəb olan pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 12 hakim intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib".
Daha sonra dia.az-a yazan sahibkarlar bildirir: "Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə fevralda keçirilən Məhkəmə-Hüquq Şurasının iclasında qeyd edilib. Şurada həmçinin, qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol
verilməsinə görə bir şox hakimlər cəzalanıb,vəzifələri aşağı salınıb , bir çoxlarına töhmət verilib, irad tutulub.
Ceyhun Məmmədovun da qərarı elə cəzalanmış hakimlərin çıxardıqları qərarlar qəbildəndir.
Qədim yunan mifologiyasında ədalət ilahəsi olan Femida , sonralar ədalət mühakiməsinin mücəssəməsi oldu . Femida gözübağlı və əlində çəki daşları tutmuş vəziyyətdə təsvir olunurdu.
Onun gözübağlı olması qərəzsiz olması ,hamıya eyni gözlə baxması anlamında başa düşülür. Ancaq təəsüf ki,bir çox hakimlər bunun tərsinə olaraq gözlərini açıb, hansısa maraqlar naminə həqiqəti görmək istəmirlər".
Sahibkarların dia.az-a yazdığı müraciətdə daha sonra qeyd olunur: "Sual olunur ki,keçən ilin iyun ayından sahibkarların dükanlarının qabağı abadlaşma adı ilə Rəşid Babayev tərəfindən qanunsuz olaraq hasarlanıb ki,bu da sahibkarlara böyük ziyandır. Bəs hörmətli hakim niyə bunu görmək istəmir və nəzərə almır ?! Konkret göz qabağında neçə metr hündürlüyündə sədd çəkilib.Necə olur ki,bütün dükanlar boyu dəmir hasar görülmür,amma dirəklər tez görülür?! Sahibkarların nümayəndəsi Yusif Məmmədovun dediyinə görə dükanların qabağı demək olar ki,hər tərəfdən hasarlandığından bura alıcı az gəlir və ticarət çox zəifləyib. Hal-hazırki iqtisadi böhran şəraitində ölkə prezidenti işsizliyin aradan qaldırılması üçün böyük səylər göstərir və məmurlara dəfələrlə xəbərdarlıq edib ki,sahibkarların fəaliyyətinə mane etməsinlər, vətəndaşlara
xidmət etsinər,əksinə onların qayğıarı ilə maraqlansınlar.Və sahibkarlar da ölkə başçısının sahibkarlara qayğısını yüksək qiymətləndirir və prezidenti dəstəkləyir. Nəzərə alsaq ki, hər dükanda 4-5 nəfər işləyir və onların hər biri 3-4 nəfərdən ibarət ailəni dolandırır, o zaman 66 dükanın sökülməsi yüzlərlə adamın işsiz, 1000-ə yaxın insanın çörəksiz qalması deməkdir.
Bundan başqa nəzərə almaq lazımdır ki, çoxsaylı qanun pozuntuları ilə işləyən Rəşid Babayevdən fəqli olaraq 66 dükan sahibi illərdir nümunəvi vergi ödəyiciləridirlər.
Bundan başqa hakim nəyə əsasən iddiaçıların sahibkarlara qarşı qarşı 140 min manat pul təzminatı ilə bağlı iddiasını rahatca təmin edib?! Əcəba, görəsən dirəklərin lap tutaq ki,qanunsuz belə ucalması Rəşid Babayevin şirkətinə neçə ziyan vura bilər?!
Dirəklərə isə qalsa burda əsas günah yenə də elə bazarkomun özündədir. Çünki sahibkarlar başıbəlalı dirəkləri abadlaşıdrmaq niyyəti ilə inşa ediblər , Rəşid Babayev isə Şəhər Memarlıq və Şəhərsalma İdarəsini məhkəməyə verib. Məhkəmə predmeti olduğundan tikinti-abadlıq işləri dayandırılıb.Ümumiyyətlə sahibkarlarla Rəşid Babayevin çəkişməsi 6 ilə yaxındır ki,sürür. Keçirilən bütün məhkəmlər i sahibkarların xeyrinə nəticələnsə də, vəziyyətləri dəyişməyib.66 sahibkar bu müddət ərzində dəfələrlə icra hakimiyyətində olublar,keçmiş , həmçinin hazıkı icra başçısının qəbulunda olublar onlarla görüşüblər,lakinməsələ müsbət həllini tapmayıb,hasarlar keşən ildən qalıb,ticarəti iflis edib,sahibkarlara böyük ziyan dəyib.Sahibkarlar bundan başqa Prezident
Administrasiyasına,digər dövlət qurumlarına həm yazılı,həm də çəxsən gedib şikayət ediblər.
Uzun müddətdir mətbuatın gündəmindən düşməyən məsələ dəfələrlə ölkənin müxtəlif mətbu orqanlarda , həm saytlarda ,həm də tv-lərdə işıqlanıb. Məsələ kifayət qədər işıqlandırıldığından oxucuları uzun-uzadı məhkəmə qərarları ilə bezdirmək istəməzdik. Ancaq qısa olaraq məlumat verək ki, məsələnin,tarixçəsi, kökü belədir:
1988-ci il aprelin 12-də o zamankı Sumqayıt şəhər icraiyyə komitəsinin müvafiq qərarı əsasında 9-cu mikrorayonda ticarət mərkəzinin tikilməsi məqsədi ilə ilə 1 hektar torpaq sahəsi ayrılmış və həmin topraq sahəsinin üzərində “Şərq bazarı”nşa edilmişdir. “Şərq bazarı”nın “A” “B” koprusları əmək kollektivinin üzvləri tərəfindən alqı-satqı ilə satılmış və mülkiyyət hüququ Rəşid Babayeva və Afət Həsənova keçmişdir. “Şərq bazarı”nın bazası əsasında 1997-cil 27 yanvarda “RŞHT” şirkəti yaradılıb və bazar bu adla fəaliyyət göstərib. 1994-cü ildə mərhum prezident Heydər Əliyevin sahibkarlığın inkişafı üçün imzaladığı sərəncama əsaslanaraq ”Şərq bazarı” ərazisində ticarət üçün ərazidə yer ayrıldı və həmin Ticarət binasının yanında indi məşhur olan arkalı 66 dükan tikildi.Hansı ki, o dükanların Rəşidin ərazisinə və mülkiyyətinə heç bir aidiyyatı yox idi (bu torpaq sahəsinin dövlət tərəfindən təsdiq olunmuş planının şəklindən də aydın görünür)və sahibkarların öz şəxsi vəsaitləri hesabına tikilib.(Bütün bunlar yazının altında verilən şəkillərdən görünür)
Problemin yaranması isə 2010-cu ildən ,R.Babayevin keçmiş ”Şərq bazarı”nın yerləşdiyi torpaq sahəsinin Dövlət Əmlak Komitəsindən alınaraq özəlləşdirilməsindən sonra başlayıb.
İş orasındadır ki,dükanların arxasında da R.Babayevin ərazisi var və o qanunsuz yolla,66 dükanın yerləşdiyi ərazisini də qanunsuz olaraq, gizlincə ,sahibkarlardan xəbərsiz özəlləşdirməyə nail olmuş və sənəddə sahibkarlara məxsus ərazini öz ərazisinə qatılmışdır. Halbuki sahibkarlar dükanlarını ondan qat-qat əvvəl özəlləşdirmişdilər".
Daha sonra dia.az-a yazılan müraciətdə qeyd olunur: "Sahibkarlar bu qanunsuzluqdan xəbər tutduqdan sonra Əmlak Komitəsini də,Rəşid Babyevi də məhkəməyə verib və Sumqayıt İnzibati –İqtisadi Məhkəməsi 2011-ci ilin avqustunda onların xeyrinə qərar çıxarıb, 44 mağazanın sahibinə məxsus topaq sahəsi R.Babayevin və digərinin mülkiyyətindən çıxarılmışdır.
İş ilə bağlı keçirilən bütün məhkəmə instansiyaları,Apellyasiya Məhkəməsi də ,Ali Məhkəmə də sahibkarların xeyrinə qərar çıxarıblar.Ümumiyyətlə R.Babayev bütün məhkəmələrdə məğlub olmuşdur.
Məhkəmənin qərarı ilə Əmlak Komitəsi R.Babayevin və şərikinin mülkiyyətində olan 1 hektar 8 sotdan ibarət olan topaq sahəsinin çıxarışı ləğv edilmiş və həmin ərazinin 25 sotu sahibkarların mülkiyyətinə verilmişdir,yəni haqq-ədalət bərqərar olmuşdur.Bundan sonra bazarkom Əmlak Komitəsini də 2012-ci ildə məhkəməyə vermişdir,lakin bu məhkəmə də onun iddiasını təmin etməmişdir.2013-cü ildə isə Əmlak Məsələləri Dövlət Komitəsindən ona rəsmi məktub göndərilib . (Yazının sonunda bu məktubu nda fotosurəti təqdim olunub)
Məktubda onun sənədləri,mülkiyyətinə olan çıxarışları ləğv olunduğundan,onun ərazisi 25 sot azaldığından yenidən komitəyə ərizə ilə müraciət etməsi xahiş olunur. Amma çox qəribə də olsa R.Babayev indiyəcən Əmlak Komitəsinin Sumqayıt Ərazi idarəsinə müraciət etməyib və qalan torpaq üzərində olan mülkiyyət hüququnu qeydiyyatdan keçirib təsdiq etdirməyib,sənədlərini təzələməyib. Bu ümumiyyətlə R.Babayevin qanunlara olan münasibətidir. Bütün bundan bir qənatə gəlmək olur ki,o Azərbaycan qanunlarını qəbul etmək istəmir.
Belə olan halda o hansı əsasla sahibkaları məhkəməyə verərək dirəkləri sökdürmək istəyir.Özünün sənədi natamam ola-ola sənədləri tam qaydasında olan sahibkarları haqsız çıxartmağa çalışır və hakim də bunları necəsə görmür.
Sahibkarların dediyinə görə əslində dirək məsələsi bir bəhanədir.Onun dərdi dirəklər deyil.Btün məhkəmələri uduzan,sahibkarların dükanlarını ələ keçirə bilməyən bazarkom intiqam məqsədi ilə sahibkarlara hər vəchlə mümkün qədər problem yaratmağa çalışır. Dükanların qabağında olan gediş-gəliş yolu ,deyir mənimdir.Əgər belə olarsa bəs sahibkarlar necə alver edə bilər?!
Rəşad Babayevin sahibkarların əlindən almaq onlara mümkün qədər problem yartamaqdır . Bütün məhkəmə qərarları ona əks çıxarılsa da o hər vəclə sahibkarlardan əl çəkmir,imkan qədər zərbə endirmək istəyir. Məqsəd isə sahibkarları müflis etmək,sıradan çıxartmaq və sonda ələ keçirmək,ya da söküb burda Ticarət obyekti açıb kirəpayə ulu yığmaqdır.Çünki bu obyektlər şəxsi olduğundan ona heç bir gəlir gəlmir və oda bunu heç cürə həzm edə bilmir.Yeri gəlmişkən bir neçə il əvvəl o bir qrup yerli məmurla sövdələşərək 66 obyekti sökdürməyə cəhd etmişdir amma buna nail olmamışdır.
Hakimlər qərar qəbul edərkən hansısa maraqlardan yox,dövlətçilik maraqlarından çıxış etməlidir.
Bu məsələdə hakim qərar qəbul edərkən düşünməlidir söhbət 70-ə yaxın sahibkardan və onların ailələrindən gedir.Bu adamlar hamısı vergi ödəyiciləridir. Sahibkarlar ümid edir ki, Sumqayıt Apellyasiya Məhkəməsində martın 1-də keçiriləcək məhkəmə iclasında hakim Telman Quliyev bütün bunları nəzərə alacaq və ədalətin tərəfində olacaq. Rəşid Babyevin addımları nəinki hüquqi baxımdan qeyri qanunidur,həm də mənəvi baxımdan qınalısadır.Sahibkarlardan biri bildirdi ki,Rəşid Babayev özü də uzun illərdir Sumqayıtda sahibkar dır,o 66 sahibkara yanlış olaraq düşmən gözü ilə baxır .Dünya malı dünyada qalacaq.O özünə günah qazanmaq əvəzinə savab iş görsə,heç olmasa sahibkarlara etdiyi pisliklərdən əl çəksə ,özünə hörmət qazanmağa çalışsa bu onun özü üçün də daha yaxşı olardı.Düzgün əməllər etmək isə heç zaman gec deyil.Onsuz da hüquqi baxımdan da qanun sahibkarların tərəfindədir və uzun sürən məhkəmə çəkişmələrində çıxarılan qərarlar da göstərir ki, Azərbaycan hüquqi dövlətdir .Dövlətçiliyimizi daima dəstəkləyən sahibkarlar düşünür ki,haqq-ədalət öz yerini onsuz da gec –tez tapır və tapacaq da.İnsana qalan yaxşı əməllər olacaq..."
Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...