AZƏR ƏMİRASLANOV VƏ VÜQAR CAVADOV İŞ ADAMINA TƏZYİQ EDİRLƏR? – NÜANSLAR

24-02-2017, 21:01           

“Onlar məni oyuna saldılar… Prezidentə şikayət edəcəyəm”

Bu günlərdə 365info.az saytında “Əhliman Əmiraslanovun oğlunun başına Sloveniyada nə gəlib?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, Azər Əmiraslanov haqqında bir sıra iddialara yer verilmişdi. Həmçinin, yazıda qeyd olunurdu: ““Azər-Türk” klinikası da Azər Əmiraslanova məxsusdur, ancaq oranı onun köməkçisi Vüqar Cavadov işlədir. Azər Əmiraslanov kimlərəsə pul buraxıb maliyyələşdirəndə, Vüqar Cavadov həmin işdə xüsusi rol oynayır”.

Sözügedən yazının dərcindən sonra, fevralın 7-də redaksiyamıza zəng edən şəxs (son 4 rəqəmi 65-33 olan nömrədən – red.) özünün Vüqar Cavadovun nümayəndəsi olduğunu bildirdi və “e-mail”imizə məktub göndərdiyini qeyd etdi.
AZƏR ƏMİRASLANOV VƏ VÜQAR CAVADOV İŞ ADAMINA TƏZYİQ EDİRLƏR? – NÜANSLAR
Faiq Fərəcov adlı şəxsin elektron poçtundan göndərilən həmin məktubda Vüqar Cavadovun səlahiyyətli nümayəndəsi E.Abbaszadə “imza”sı ilə xəbərdarlıq və təhdidləri saytımızda dərc etmişdik.

Məsələ ondadır ki, Azər Əmiraslanovdan şikayətçi olan Vüqar Bağırov və Emin Hüseynovun anası Lətifə Hüseynova da ölkə mətbuatına Vüqar Cavadovun məhz A.Əmiraslanovun köməkçisi olduğunu bildirib.

V.Cavadov LEGİON-a məhz Azər Əmiraslanovun köməkçisi kimi açıqlama verib. Lətifə Hüseynova mətbuatda övladları Rahib və Emin Hüseynovun borc kitabından çıxarışı da təqdim edib ki, həmin kitabçada Vüqar Cavadovun adı, mötərizədə isə Azər və Əhliman adları, eləcə də 540 min ABŞ dolları göstərilib.

Lətifə Hüseynovanın sözlərinə görə, V.Cavadov dəfələrlə şəxsən ona zəng edib və Azər Əmiraslanova çatacaq pulu şəxsən ona çatdırmasını tələb edib. L.Hüseynova aybaay Azər Əmiraslanova veriləcək pulun sürücü Tural tərəfindən Vüqar Cavadova aparıldığını da qeyd edib.

Fevrallın 24-də isə 365info.az saytına Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov və onun köməkçisi Vüqar Cavadovla bağlı maraqlı məlumatlar daxil olub. Məlumatlara görə, A.Əmiraslanov və V.Cavadov müxtəlif iş adamlarına borca pul verir, daha sonra isə bu pulun əvəzində yüksək faizlər və hətta daşınmaz əmlak tələb edirlər. Məlumatları dəqiqləşdirmək üçün, 365info.az saytı ilə əməkdaşlıq edən jurnalistlərdən biri Moskva şəhərinə qazanc məqsədi ilə işləməyə gedən A.Əfəndiyevlə (adını hələ tam açıqlamırıq – red.) əlaqə saxlayıb.

A.Əfəndiyev jurnalistə bildirib ki, o öz şəriki R.Ağayevlə Almaniyadan qida məhsulları gətirib ölkəmizdə satışını təşkil etmək üçün Vüqar Cavadovdan notarius vasitəsi ilə böyük məbləğdə avro alıblar və bu məbləğin üstündə Vüqar Cavadov bu şəxslərdən böyük məbləğdə avro qazanc tələb edir. “Mən pula əlimi vurmamışam, pulu R.Ağayev götürüb və Almaniyada pulu şirkətə ödəyib. Əvvəl əldə olunan razılıq əsasında qida məhsulu ölkəyə daxil olan vaxt gömrük məsələsini Vüqar Cavadov Azər Əmiraslanov vasitəsilə həll etməyə razılıq verdi. Ancaq mal gəlib ölkəyə çıxandan sonra Vüqar Cavadov Azər Əmiraslanovun gömrüklə bağlı problemin həll olunmağını boynundan qaçırdı. Və bununla da biz ziyana düşdük. Bu günlərim də mənə məxsus olan evə Azər Əmiraslanovun dostu Samir kupça düzəldib və mənə zəng edərək mənim valideyinlərimin bu alqı-satqıya razılıq ərizəsi verməklərini tələb edib. Mən onlara izah edirəm ki, bu problem mənlik deyil, pul Azər Əmiraslanovundur, o da boyun olub ki, mal gömrükdən keçəndə tapşıracaq. Mal qırmızı körpüdən keçəndə mən gedib Azər Əmiraslanovun adından Tovuz gömrük idarəsinin rəisi Mehman müəllimlə görüşdüm, o bizə kömək etmədir və digər sahibkarlar malını 10 minə keçirəndə bizdən 22 min pul istədilər. Sonra malın bir hissəsi müsadirə olundu. Mənim nə günahım var, bizim bu biznesdə özünü söz sahibi kimi Azər Əmiraslanov təqdim edib, əgər onun sözünü Mehman müəllim eşitməyibsə, mən nə edə bilərəm, gərək mənim evimi əlimnən alıb öz adlarına keçirtsinlər.



Milyonları var, ancaq yenə də gözləri doymur, Vüqar Cavadov Azər Əmiraslanovun sifarişi ilə, məni “Bandotdel”ə verib. Mən də qərara gəldim ki, nə olubsa, hamısını mətbuata ötürəcəm, qoy ictimaiyyət bunların oyunlarından məlumatlı olsun”, – deyə A.Əfəndiyev bildirib.

A.Əfəndiyev bu şəxslərin çirkin oyunlarından dövlət başçısına müraciət etməyə hazırlaşır.

Məsələ ilə bağlı, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Araşdırmamız davam edir, bizi izləyin…

Anar Asimoğlu














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.