“Renessans Kosmetik” MMC-ni hansı məmur qoruyur? - Şok cinayət faktı

25-02-2017, 09:55           
“Renessans Kosmetik” MMC-ni hansı məmur qoruyur? - Şok cinayət faktı
“Renessans Kosmetik” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Əliyev Zaur Vaqif oğlu mətbuata maraqlı faktlar açıqlayıb

Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevə müraciət edən MMC rəsmisi baş verən qanun pozuntularını açıqlayıb.
“Hörmətli Xanlar müəllim!
Bildirirəm ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10-1(102)-06/13 saylı, 26 sentyabr 2013-cü il tarixli icra vərəqəsinə əsasən “ASENA” MMC-dən 470.681,60 rubl borc, 45.152,10 rubl öhdəliklərinin yerinə yetirilməsinin gecikdirilməsinə görə cərimə, 11.679,17 rubl münsif yığımı xərclərinin qarşılanması üçün (ƏDV-siz), ümumilikdə 527.512,87 rubl alınaraq “Renessans Kosmetik” MMC-nin xeyrinə ödənilməsi qərara alınıb.

İcra vərəqəsi aidiyyatı üzrə icra olunması üçün Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə göndərilib. İcra şöbəsində isə göstərilən qətnamənin icra olunması şöbənin böyük icra məmuru Tural Edilova həvalə edilmişdir.
İcra vərəqəsinin verilməsindən 4 ilə yaxın zaman keçməsinə baxmayaraq icra vərəqəsi hələ də tam icra olunmamışdır.

Bununla əlaqədar icra məmuru Tural Edilova dəfələrlə müraciət edərək icra sənədinin icrasının və pul vəsaitinin tutulmasının təmin edilməsini xahiş etmişəm. İcra məmuru Tural Edilov isə nədənsə pul vəsaitinin ödənilməməsinə, gecikdirilməsinə göz yumur”.

Z.Əliyev qeyd edib ki, MPM-nin 231-ci maddəsində nəzərdə tutulmuş qətnamənin hissə-hissə icrası və ya icraya möhlət verilməsi barədə hər hansı məhkəmə aktı da mövcud deyil: “Borclu şirkətin fəaliyyəti və yeri icra məmuruna məlumdur.

Borclu şirkətin pul vəsaitinin ödənilməsinin təmin edilməsi üçün yetərli balansı-əmlakı da var. Həmin şirkəti polietilen istehsalı ilə aktiv şəkildə məşğuldur, onun bu sahədə yetərli səviyyədə avadanlıqları və balansı vardır.

Həmin əmlaklar üzərinə həbs qoyulmaqla, onun satışının təmin edilməsi ilə icra vərəqəsinin icrası təmin edilə bilər.

Halbuki, «Məhkəmə qərarlarının icrası haqqında» AR qanunun 13-cü maddəsinə əsasən məhkəmə qərarları əsasında verilən icra vərəqələri bir ay ərzində icraya yönəlməlidir.

Həmin qanunun 12.1-ci maddəsinə görə məhkəmə icraçısı icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir.

«Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında» AR qanununun 8-ci maddəsində də icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görülməsi məhkəmə icraçılarının birbaşa vəzifələri sırasına daxil edilmişdir. Baxmayaraq ki, bu vaxtadək qanunla qətnamə icra olunmalı idi, həmin tarixdən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Tural Edilov icranı gecikdirməklə belə bir qanunsuzluğa yol verməkdə davam edir”.

Şirkət nümayəndəsi Politika.Az-a bunları yazıb: “Azərbaycan Respublikası Konstitusiyamızın 129-cu maddəsində göstərilir:

1.Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
2.Məhkəmə qərarının icra olunması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - min manatdan üç min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Hesab edirəm ki, istər fiziki şəxs, istərsə də vəzifəli şəxs olsun qanun qarşısında bərabərlik prinsipi əsasında hər bir şəxs törtədiyi əmələ görə mülki, inzibati və cinayət məsuliyyəti daşıyır. Yuxarıda sadalanan hüquq normaları isə iş üzrə çıxarılmış məhkəmə qətnaməsinin icrasının birmənalı olaraq icra olunmasını özündə ehtiva edir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 20-ci maddəsində vətəndaşların hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək hüququ təsbit olunmuşdur.

Həmin maddənin 2-ci bəndinə əsasən inzibati orqan onun səlahiyyətlərinə aid məslələr üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur.

Adıgedən qanunun 28.1-ci maddfəsinə əsasən fiziki şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Ümid edirəm ki, bundan sonra tələbimin icrası təmin ediləcək.

Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Tural Edilovun vəzifəsinə səhlənkar yanaşması ilə bağlı hərəkətlərinin araşdırılmasını;
Borclu “Renessans Kosmetik” MMC və onun vəzifəli şəxsi (direktoru və təsisçisi) Nəcəfova Sevda Valeh qızı barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsini təmin edəsiniz”.(politika.az)
teref.az olaraq adları çəkilən hər bir şəxsin fikirlərini dinləyə bilərik!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.