Aqrar Universitetinin rektoru “qırğı”larını hücuma keçirib

24-06-2015, 12:02           
Aqrar Universitetinin  rektoru  “qırğı”larını hücuma keçirib
Dövlət Aqrar Universitetində bazar açıldığı real mənzərədir. Ali məktəb artıq supermarket kimi fəaliyyət göstərməkdədir və rüşvətin yay bazarlığı artıq yekunlaşıb.

TİA.AZ-n bu xəbəri yaymasından sonra isə Gəncədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən bu təhsil müəssisəsinin rəhbərliyi öz “zəhmətkeş”lərini fəallaşdırmağa başlayıb.
Rektor İbrahim Cəfərov “mirzə”lərini TİA.AZ-ın üstünə salmaqla hücum kursunu seçib. Mediaya basqı xəttini götürən rektorun dövlətin mətbuata verdiyi dəstəkdən deyəsən, xəbəri yoxdur.
Əks halda rektor “qırğı”larını hərəkətə keçirməzdi. Avropa Oyunları günlərində mediaya qarşı hərbə-zorba üslubunda danışılmasından ya İ.Cəfərovun məlumatı yoxdur, ya da öz sifarişidir. Redaksiyamızın elektron poçtuna müxtəlif ünvanlardan söyüş, təhqir, qarğışlar yağmaqdadır.
Məsələn, “məhsəti alekberova-1979@mail.ru, zeynaloveldar987@gmil.com, Turan Memmedzade, ttnetgencem@mail.ru ünvanlarından Aqrar universitetlə bağlı yazılanlara təhqiramiz rəylər gəlməkdədir. Onlar tənqidlərə normal münasibət bildirmək əvəzinə qarğış, söyüş yolunu seçiblər. İ.Cəfərovun görünür, ətrafındakı kadrları heç də etik normalarla tanış deyil.
Qeyd edək ki, rektor ölkənin tanınmış təhsil ocağını biznes obyektinə çevirməklə öz maliyyə imkanlarını genişləndirir. Universitetdə imtahanlar zamanı tələbələrdən qiymətə görə alınan xərac Tədris İşləri üzrə prorektoru Anar Hətəmovun nəzarəti altında həyata keçirilir.
Dövlət Aqrar Unversiteti kənd təsərrüfatı sahəsi üçün mütəxəssislər yetişdirməlidir. İ.Cəfərov isə təhsil ocağında rüşvəti yetişdirməklə bəhrəsini görməkdədir.
Universitetin Aqronomluq, Aqrotexnologiya, Baytarlıq Təbabəti və Əczaçılıq fakültələrində imtahanlar əyani görüşlərlə keçirilir. Dekanların qəbuluna yazılan tələbələr semestr imtahanının məbləğini danışırlar. Elektroenergetika və İnformasiya Texnologiyaları, Mühəndislik, Aqrar İqtisadiyyat fakültələri də geri qalmır.
Hər imtahan üçün 30-40 manat rüşvət alınır. Eyni zamanda bir çox tələbələr var ki, onlar ildə bir dəfə universitetə təşrif buyururlar. Həmin tələbələr universitet rəhbərliyinə illik deyilən “ödəmə” verirlər.
Artıq təhsil naziri və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə rektordan şikayətlər daxil olduğu bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.