Zərdab sakinləri icra başçısı haqda: "Lütvəli Babayev savadsızdır"

27-03-2017, 10:50           
Zərdab sakinləri icra başçısı haqda: "Lütvəli Babayev savadsızdır"
teref.az-nun poçtuna Zərdab rayon sakinlərindən Azərbaycan prezidentinə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanmış şikayət məktubunun bir nüsxəsi daxil olub. Şikayətçilər yazırlar:
Zərdab rayon sakinləri tərəfindən


MÜRACİƏT

Hörmətli prezident, hörmətli vitse-prezident düz 10 ildir ki, Lütvəli Babayev Zərdab rayonunda icra başçısıdır.Gəlin baxın Zərdab Respublikada ən geri qalmış rayondur ki, bununda bir nömrəli səbəbkarı Lütvəli Babayevin yarıtmaz fəaliyyətidir. Zərdab-Ucar, Zərdab-Kürdəmir, Zərdab-Ağcabədi rayon yolları tam yararsız vəziyyətdədir.Rayonun mərkəzi küçələrinin asfalt örtüyü dağlıb.Rayonun mərkəzi küçələri zibilliklərə sahibsiz itlərə qərq olub.Bu 10 il ərzində Lütvəli Babayev ancaq talançılıqla məşğul olub.Buna görə Zərdab Respublikada ən yoxsul, şəraitsiz rayondur.Lütvəli Babayev sahibkarlardan haqq alır.Dəhşətlisi odur ki, həttda çayxana ilşədənlərdə icra başçısına haqq verirlər.Rayon sakinləri bu yaramaz icra başçısından narazıdırlar.Onun əqli zəifliyi var.Bu adam nəinki icra başçısı adicə gözətçi vəzifəsinə də layiq deyil. Lütvəli Babayevin toy şənliyində prezidentin şəninə dediyi tostun sosial şəbəkələrdə yayılmasına baxıb çox xəcalət çəkdik ki, sakini olduğumuz rayonu görün kim idarə edir.Bu video çıxış tam subut etdi ki, Lütvəli Babayev savadsızdır. Lütvəli Babayevin yaxın günlərdə Ucar rayonuna icra başçısı vəzifəsinə təyin ediləcəyi barədə yaxın ətrafına deyib.Buna görə artıq yuxarı dairələrin haqqın verdiyinidə qeyd edib.Elə buna görədir ki, Ucar rayonuna icra başçısı vəzifəsinə təyin ediləcəyindən tez sahibkarlara hücum çəkib.Rayonda fəaliyyət göstərən bütün sahibkarlardan 500 -1000 manat arası pulun yığılmasını tapşırıb.Adınıda belə qoyub ki, guya pambıq əkilməsi üçün pul toplanılır.Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik heç bir vəzifəyə yaramayan savadsız Lütvəli Babayevin barəsində tədbir görsünlər. Biz şəxsən Lütvəli Babayevin Zərdabdan gedişinə qurbanlar kəsərik.Bizə kömək edin.

İmza; Zərdab rayon sakinləri Qasımov Faiq Nəsir oğlu
Sadıqova Səmərrux Eldar qızı
Mehdiyeva Aybəniz Rafiq qızı
Əliyev Lətif Səhrab oğlu
Süleymanova Xədicə Məmməd qızı
Vəliyev Qurban Oruc oğlu
teref.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.