İcra başçısı Eldar Mahmudovun yolunu gedir... - Elmar Vəliyev kimsəni saya salmır?

27-03-2017, 20:19           
İcra başçısı Eldar Mahmudovun yolunu gedir... - Elmar Vəliyev kimsəni saya salmır?
Son günlər barəsində xeyli şikayətlər ictimailəşən Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bələd də əbədi olaraq toxunulmazlığına əmindir. Bu barədə DİA.AZ-a Gəncə ŞİH-dəki mənbələr danışır.

Qaynaq iddia edir ki, bu gün yerli icra hakimiyyətində öz tabeçiliyində olan şəxslərə "mətbuata nə yazırsa, yazsın, mənə kimsə toxuna bilməz deyən Elmar Vəliyev hətta daha da irəli gedib.

Mənbənin dia.az-a söylədikləri: "Təbii ki, Elmar Vəliyev normalda həqiqətən də ona həvalə olunan işin öhdəsindən layiqincə gələn bir sima olsaydı, iddia etdikləri təqdir olunardı. Amma hər kəs Elmar Vəliyevin Gəncədə necə tanındığını yaxşı bilir. Və hər kəs yaxşı bilir ki, bu adam Gəncəyə və gəncəlilərə rəsmən zülüm edib. Belə birisinin əmin danıçması, "məni kimsə yerimdən tərpədə bilməz" deməsi ağır ifadədir və gəncəlilərə toxunur".

Mənbə bildirir ki, icra başçsının söylədikləri sözügedən şəhərdə ildırım sürətilə yayıllıb: "Camaat ondan narazıdır. İndi də camaat bu adamın özündən xudpəsəndliyini görür, təbii ki etirazlar olacaq. Yəqin ki, bu da Elmar Vəliyev üçün yaxşı sonluqla bitməyəcək. Bilmirik, o kimə arxayındır, amma bilirik ki gənəlilər prezident İlham Əliyevə ümid edirlər və prezident də belə bir özündənrazı məmuru vəzifəsində çox saxlamaz. Dəvədən böyük fil var. Elmar Vəliyev Eldar Mahmudovun yolunu gedirsə, həmin sonluğa da qatlaşmalıdır".

Qarşı tərəfi də dinləməyə hazırıq..












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.