İMİŞLİDƏ DAHA BİR MƏMUR PREZİDENTİN İRADƏSİNƏ QARŞI ÇIXDI – VİLYAM HACIYEVİN XƏBƏRİ VARMI?

27-03-2017, 23:47           

Dövlət başçısı məhz özünə aid olan ələmətdar günlərini ailəsi ilə birlikdə atılmış uşaqlarla, kimsəsiz qocalarla və ya yurdundan didərgin düşmüş qaçqınla keçirir, sən – minlərdən, bəlkə də on minlərdən biri olaraq nədən hər şeyi əlinin arxası ilə itələyib “ALTUN”u özünə məkan seçirsən?

“Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər. Təmtəraqlı toylar düzəldirlər, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir. İkincisi bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr, bunu yığışdırın, bəsdirin. Kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu, həm yerli icra orqanlarına aiddir, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir”.
Dövlət başçısının bu fikirləri əslində Onun özünün təbirincə desək təyin etdiyi məmur üçün Yol Xəritəsidir. Amma təəssüflər olsun ki, bəzən prezidentin iradəsinə qarşı çıxmağı göz ardına alan məmurlar da olur. Bəs sual olunur nədən Azərbaycanda bu tip məmur daha çox göz qamaşdırıcı yaşam tərzini sevir? Cavab bəllidir: Sahib olduqlarını əməyi, zəkası hesabına deyil, məhz dövlət görəvindən istifadə etməklə əldə edib. Halbuki cənab prezident əksər toplantılarda: “Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq” – desə də, yuxarıda qeyd edilən məmur tiplərinin “fəaliyyəti” nəticəsində hələ ki, tam – 100% nəticə əldə edilməyib.
Xeberdar.net-ə daxil olan məlumata əsasən İmişli rayonunda kifayət qədər böyük bir müəssisəyə rəhbərlik edən məmur öz 50 illik yubileyini paytaxtın bahalı restoranlarından hesab olunan “ALTUN” restoranında təmtəraqlı şəkildə qeyd edib.

Mənbənin verdiyi məlumata görə martın 8-də baş tutan bu dəbdəbəli məclisdə həmin məmuru və qonaqlarını əyləndirmək üçün kifayət qədər populiyar müğənnilər və klounlar səhnədə yer alıblar. Məlumatda o da qeyd edilir ki, həmin məmur ötən il, 49 yaşını “Neon Palace” - də eyni təmtəraqla qeyd edib. Rayondakı mənbədən redaksiyaya daxil olan məlumata görə populiyar müğənni Səidə Sultanın çıxışı zamanı həmin məmurun övladları da ifaçı ilə birlikdə səhnədə yer alıblar. Onu da qeyd edək ki, bu kimi hal İmişlidə ilk deyil. Ötən il İmişli rayonu üzrə Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimovda 50 illik yubileyini rayonun təmtəraqlı restoranlarının birində qeyd etmişdi. Lakin məsələnin ən qəribə tərəfi “Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər. Təmtəraqlı toylar düzəldirlər, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir. İkincisi bir yol göstərirəm.” – deyən prezident nümunəsi nədənsə paytaxtdan cəmi 220 km uzaqlıqda olan əyalətdə pozulur. Həm də bilərəkdən. Və bu kimi hallar rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev tərəfindən sadəcə müşahidə olunur. Mətbuat İmişli rayonu üzrə Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimovun təmtəraqlı yubiley keçirməsi ilə bağlı məlumatı dərc edərkən də situatsiya eyni idi. Bəs nə baş verdi? Qısa zaman sonra məhz həmin Rəhim Rəhimov rayondakı “Nərgizim” şadlıq sarayında keçirilən toyda dava saldı. Nəticədə ƏƏSMN-nin rayondakı müəssisəsində çalışan əməkdaşı xəsarət aldı. Sonuc? Hadisədən sonra görəvindən alınan Rəhim Rəhimov bir neçə aydan sonra rayon icra hakimiyyətinin inzibati binasından çıxarkən “hər şeyə sıfırdan başlayacam” – deyərək yenidən həmin vəzifəsinə qaytarıldı. Və ya rayonun Rəsullu, Yalavac və Şahverdili birləşmiş kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov rayonun Rəsullu kənd sakinləri Şükürov Şahverdi Mehdi oğlunun və Şükürov Hikmət Fikrət oğlunun üstünə silah çəkir, Rəsullu kənd sakini Mehdi Şükürovun İmişli rayon prokuroruna və İmişli RPİ-nin rəisinə ünvanladığı şikayət ərizəsində bələdiyyə sədri Qəhrəman Qəhrəmanovun onun oğlunu və qardaşı oğlunu avtomat silahla hədələyərək “rayonda kimsə qarşımda at oynada bilməz” – dediyini yazır və yenə də Vilyam Hacıyev susur.
İMİŞLİDƏ DAHA BİR MƏMUR PREZİDENTİN İRADƏSİNƏ QARŞI ÇIXDI – VİLYAM HACIYEVİN XƏBƏRİ VARMI?
“Yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur” – deyir ölkə başçısı. “Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Burda oturan bütün icra başçılarını mən təyin etmişəm, hamısını. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmayıblar. Hər birinə demişəm ki, gedin insanlara arxa durun, gedin köməklik göstərin, gedin insanlara hörmət edin. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir”. Qeyd edilən sitatlar sıradan bir vətəndaşa məxsus deyil, məhz ölkə rəhbərinin Fərman və ya Sərəncamı ilə təyin etdiyi məmura birbaşa göstərişidir. Nədən yüzlərlə, hətta minlərlə məmurdan biri hesab edilən şəxs - əyalət məmuru ölkənin ən bahalı restoranlarından birində - “ALTUN” restoranda, adambaşına minimum 50 manatdan başlanan menyusu olan müxtəlif çeşidli yeməklərlə dolu zəngin stollar açdırmalıdır. Sual olunur dövlət görəvindən əldə etdiyin əmək haqqı qismində aldınğın vəsait hansı məbləğdədir ki, özünün və ailənin günlük dolanışğından başqa ötən il “Neon Palace”-da, bu il isə “ALTUN”-da özünə təmtəraqlı ad günləri, yubileylər keçirməyinə də çatır? Axı dünyaya ömürlük əlil gəlmiş bir şəxsin dövlətdən aldığı müavinətin məbləği cəmi 55 manatdır bu məmləkətdə. Sənin isə bir neçə saatlıq əyləncən üçün və yalnız bir nəfər qonağına görə restorana ödədiyin məbləğ bundan daha çoxdur. Tutaq ki, aldığın əmək haqqı da yuxarıda qeyd edilən tədbirləri keçirməyinə çatır. Həmin vəsait ölkə prezidentinin aylıq əmək haqqından da çoxdurmu? Yox. Bəs nədən dövlət başçısı məhz özünə aid olan ələmətdar günlərini ailəsi ilə birlikdə atılmış uşaqlarla, kimsəsiz qocalarla və ya yurdundan didərgin düşmüş qaçqınla keçirir, sən – minlərdən. bəlkə də on minlərdən biri olaraq hər şeyi əlinin arxası ilə itələyib “ALTUN”u özünə məkan seçirsən. Övladların müğənnilərlə səhnədə yer alır, klounlarla selfi çəkdirirlər? Adın və “…50 yaş, təbrik edirik” sözləri, yaxınlarının adları, təbrikləri səhnədəki elektron tabloda bir – birini əvəz edir. Əgər bunları İmişli rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev bilmirsə, yəqin ki, artıq oda bildi. Bu kimi hallara qarşı cənab Hacıyevin ölkə başçısının mövqeyini bilməməsi isə sadəcə mümkünsüzdür. Və birini də xatırladırıq: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.
Xatırladaq ki, yuxarıda qeyd edilən məsələlərlə bağlı – həmin məmurun martın 8-də paytaxtın “ALTUN” restoranında keçirdiyi dəbdəbəli 50 illik yubileyi ilə bağlı foto və video görüntülər yaxın günlərdə redaksiyaya təqdim ediləcək. Mənbənin verdiyi məlumata görə həmin məmurun paytaxtda və İmişlidəki əmlaklarının fotoları da redaksiyaya təqdim ediləcək materiallar içərisindədir.

Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.