Gömrükdə FHN əsarəti- Vüsal Novruzovla Rəfail Mirzəyevi nə birləşdirir?
29-03-2017, 10:15
Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun qızıl-brilyant alveri ilə məşğul olması haqda bir müddət əvvəl mediada yazılıb. Onun bu işdə sabiq MTN rəhbəri Eldar Mahmudovla şərikli fəaliyyəti haqda da məlumatlar yayılıb.
Düzdür, həmin vaxtlar general rütbəli idarə rəisi bu xəbərləri təkzib edib. Lakin AFN-ə məsələ ilə bağlı məlumat verən mənbə olduqca maraqlı faktlar haqda danışıb. Mənbəmiz E.Mahmudovla bağlı məqamların üzərindən sükutla keçərək bildirir ki, V.Novruzov Fövqəladə Hallar Nazirliyindən yüksək səviyyədə himayə edilir: “Daha doğrusu, onun fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyevlə şərikliyi var. Onlar birlikdə qızıl-brilyant alverilə məşğul olurlar. Rəfail Mirzəyevin Bakıda qızıl mağazaları var, ailə üzvləri tərəfindən idarə olunur. Vüsal Novruzov isə təbii olaraq bu məsələdə gömrük proseslərinə nəzarət edir. Yəni, generalın “mənim qızıl-brilyant biznesim yoxdur” deməsi doğrudur, çünki birbaşa özünün deyil, şəriklidir. Ümumiyyətlə isə V.Novruzovla R.Mirzəyevin bir çox sahələrdə şərikli işləri var”.
R.Mirzəyevlə V.Novruzovun şərikliliyi, birgə fəaliyyət göstərməsi FHN rəhbəri Kəmaləddin Heydərova da məlum olub. Mənbəmiz qeyd edir ki, K.Heydərov onların bəzi əməllərindən narazı qalıb, irad bildirib: “Ümumiyyətlə, Gömrük Komitəsinin bütün məmurları FHN-in bu və digər vəzifəliləri ilə birgə fəaliyyət göstərir. İşbirlikləri, şərikliklər, biznes ortaqlığı hətta onların övladlarına da yansıyıb. Bir çoxunun övladları şərikli işlər görürlər”.
Qeyd edək ki, AFN DGK və FHN rəsmilərinin övladlarının biznesi haqda məlumatlara malikdir. Həmin məsələlər tərəfimizdən araşdırılır, hazırda bir neçə firma və MMC sahibləri ilə bağlı məlumatlar toplanır.
Onu da xatırladaq ki, bir müddət əvvəl mediada E.Mahmudovun Afrikadan gətirdiyi yüksək karatlı brilyant daşların Azərbaycandan Avtopaya çıxarılması işində V.Novruzovla şərikli olması haqda iddialar yayılmışdı. Lakin sonradan açıqlama yayan V.Novruzov yazılanları təkzib edib.
teref.az olaraq adları çəkilən hər bir şəxsin fikirlərini işıqlandıra bilərik!
teref.az