Babaşovun Qazaxından xəbər var... - Kim narazılıq yaradır?

29-03-2017, 19:24           
Babaşovun Qazaxından xəbər var... - Kim narazılıq yaradır?
Qazax rayon İcra Hakimiyyatinə yeni başçı təyin olunmasından artıq on aydan bir qədər çox vaxt keçib. Ötən müddət ərzində rayon ərazisində müəyyən dəyişikliklərin olduğunu müşahidə etsək də, hələ də görüləcək işlərin çox olduğunu vurğulamaq lazım gəlir. Rəcəb Babaşov rayon rəhbərliyinə təyinat aldıqdan sonra, rayonun Birinci Şıxlı kəndi ərazisində fermer təsərrüfatının yaradılması, Xalçaçılıq fabrikinin yenıdən inşa olunması, Kosalar kənd avtomobil yolunun çəkilməsi, Qazax rayon MX-a kompleksinin yenidən inşa olunmasi, su-kanalizasiya xətlərinin yenidan qurulması, Şəhidlər Xiyabanının əsaslı təmiri, sərhəd kəndlərində müdafiə xarakterli sədlərin çəkilmasi, yaşayış evlərinin təmiri və s. istiqamətində müəyyən addımlar atıllsa da, hələ də görüləcək işlərin varlığını sadalamaqla qurtarmaq olmur. Təəssüflər olsun ki, bu gün yeni icra başçısının gördüyü işlərə dolayısı yollarla kölgə salan müxtəlif səbəblər var. Bunlardan biri də, əvvəlki icra başçılarının vaxtından İH Aparatında “kök salan” bəzi kadrların varlığıdır. Belə kadrlardan birinin də, Alıyev Məmməd Oruc oğlunun olduğu bildirilir. Əvvəla onu qeyd edək ki, “Gündəm Xəbər”ə yerli sakinlərin çatdırdıqları məlumatlara görə, bu şəxs 2007-ci ilin may ayından İH Aparatında ərazi idarəetmə va yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin miidiri vəzifəsini daşımaqdadır. Ötən illər ərzində daşıdığı vəzifəsindən “ikiəlli yapışan” və rayon ərazisindəki uşaq bağçalarının yerləşdiyi sahələrdən tutmuş, obyektlərin yerləşdiyi ərazilərin satılmasınadək qol qoyulan addımlarda baş rolda iştirak edən Məmməd Alıyev, bu gün yüzminlərlə dəyərində var-dövlətə sahib olan vəzifə sahiblərindən biridir. Bu haqda məlumatları redaksiyamıza çatdıran rayon sakininin bildirdiyinə görə, adı çəkilən vəzifə sahibinin rayonun Heydər Əliyev prospektində üç otaql bina evi və Zəfəran apteki, Xanlıqlar kəndində dəyəri təqribən 150 min manat civarında olan təmtəraqlı villası, Canalı massivində və “Çinar dibi” adlanan ərazidə torpaq sahələri, Bakı şəhərinin Gənclik meydanı ərazisində dəyəri təqribən 170 min manat civarında olan mənzili və s. əmlakları var. Məqaləmizin qəhrəmanı təhsil sahəsində bu günə kimi bir çox məmmədsayağı ugura da imza atmışdır. Belə ki, o, fərari etdiyi oğlunu DİM-nin (əvvəlki TQDK-nın) test imtahanlarından heç bir nəticə əldə etmədiyi halda, onu müxtəlif yollarla, daha dəqiq desək topladığı pulların hesabına Ukraynaınn Xarkov şəhərində adı geniş ictimaiyyətə bəlli olmayan təhsil ocaqlarından birinə qəbul etdirmiş və bir il sonra isə, verilən məlumatlara görə 50 (əlli) min “haqq-hesab”ın müqabilində Azərbaycan iqtisad Universitetlnin əyani şöbəsinə “perevod” da etdirməyi bacarmışdır. Adı çəkilən ali təhsil ocağının əyani şöbəsində təhsil alan Elnur Alıyevin, hal-hazırda dəyəri 55 (əllibeş) min manat dəyərində idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə Qazaxın rayon mərkəzində və ətraf ərazilərində “avtoş”luq etdiyi də bildirilir. Bütün bunlar bir daha onu söyləməyə əsas verir ki, illər uzunu daşıdığı vəzifəsinə güvənən və külli miqdarda var-dövlətə sahib olan, bu gün isə dolayısı yollarla icra başçısını kadr təyinatında və digər addımlarında aldatmağı bacaran Məmməd Alıyevin, daşıdığı vəzifəsi ilə vidalaşmasının zamanı çatıb. Çünki, adı çəkilən bu şəxs adicə daşıdığı vəzifəsinə güvənməsəydi, yəqin ki, o halda oğlu idarə etdiyi “Hyundai Sonata” markalı avtomobili ilə Qazaxın rayon mərkəzində və ətraf ərazilərində “avtoş”luq etməzdi. Bu kimi addımlar da o anlama gətirir ki, vəzifə sahibi olan şəxslərin övladları çox zaman valideyinlərinə arxayın olub belə bir addımlarını atırlar.

Mövzuda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.