Təhsil Nazirinin qohumu Tərtər təhsilin öz biznesinə çevirib... TAR-MAR EDİR

31-03-2017, 09:15           
Təhsil Nazirinin qohumu Tərtər təhsilin öz biznesinə çevirib... TAR-MAR EDİR
Məlumat üçün qeyd edək ki, Tərtər təhsilində baş verən olaylar hələ Azərbaycanın heç bir bölgəsində bu cür biabırçılıq yaşanmayıb. 6 aydır davam edən biabırçılıq və nazir Mikayıl Cabbarovun susqunluğu bizi dərin araşdırmalara sövq etdi. Direktor vəzifəsinin satılması, müəllimlərdən və şagirdlərdən direktorların aylıq alıb TŞ rəisi ilə bölmələri, bununla yanaşı digər rayonların hazırlıq kursları ilə anlaşıb nazirlik adından sınaq imtahanları keçirilməsi kimi faktlar qeyd edilmişdir. Məsələ ilə bağlı nazirin niyə susmasına gəldikdə isə səbəbdə artıq məlum olub.

Əvvəlcə Surxay Mirzəyevin həyatından qısada olsa məlumatı diqqətinizə çatırmaq istəyirik. SSR höküməti dövründə Xankəndində Pedeqoji İnstitut yaradılmışdır. Məqsəd isə təhsil ocağına Qarabağ ermənilərini cəlb etmək idi. Məqsəd bəli olsa da heç bir ermənilər həmin institutda oxumadılar. Bu institutla bağlı Ümumilli Lider H.ƏLİYEV QARABAĞ ƏHALİSİNİN SAYINA GÖRƏ QƏBUL PLANI QOYDU. Heydər Əliyevin siyasətinə həmin dövrdə də kölgə salmaq cəhdləridə həmçinin az olmamışdır. SSR tərkibində olan azərbaycanlıların kadr yetişdirməsi və onların güclənməsinin qarşısı rus diplomatları tərəfindən alınmasının faktoru idi. Bu məqsədlə rus diplomatiyası azerbaycanlıların təhsilini yüksəltməsinin qarşısını alma proqramı işlədilər. İnstitutun erməni rəhməri ilə birgə plan həyata keçirilməyə başlandı. Həmin İnstituta imtahanla girə bilməyənlər SSR planı sayəsində rüşvətlə qəbul qaydalarına rəvac verildi.

Heydər Əliyevin qurmaq istədiyi azad suveren xalqın öz dövləti olması planlarına maniəllər yaradılırdı. Bu dövrdə məhs 1970 illərin sonuna yaxın Surxay Mirzəyevdə rüşvət qarşılığında tarix və hüquq fakültəsinə imtahansız qəbul edilir (“atasının sirinliyi sayəsində”). Daha sonra isə taleh üzünə bütün qapıları açır, S.Mirzəyev durmadan yüksəlişə dovru irəliləyir. Baxmayaraq ki, heç bir savadı olmayan bir şəxs Pİ daxil olur. Bu azmış kimi anasının yaxın qohumları 2015-ci ildə vəzifə sahibi olduqdan sonra S.Mirzəyevin vəzifə arzuları baş qaldırır. Etibarlı mənbələrdə əldə etdiyimiz məlumata görə, S.Mirzəyev özünü Mikayıl Cabbarovun yaxın qohumu kimi təqdim edir.

Diqqətinizə çatıraq ki, Pİ-nun o zamankı rəhbəri Xaltaryan adlı bir erməni idi.

X.Mirzəyev oğlu S.Mirzəyevi Pİ-na Xaltaryana “şirinlik” verdikdən sonra qəbul etdirir. Həmin İnistitutu hüquqçu kimi deyil tarix müəllimi kimi təhsilin başa vurub. O vaxtlar Laçında Cabbarov soyadlı birisi Surxaya instituta düzəlməyinə “day-daylıq” edib. Bu gündə surxay Mirzəyev həmin Cabbarovun nazirin qohumu olduğunu iddia edərək, özünüdə nazirə qohum elan edib.

S.Mirzəyevlə bağlı qısa arayış: “1970-ci ilin sonu 1980-ci ilin əvvəli Surxay Mirzəyev Tərtər rayonunda müəllim kimi fəaliyyətə başladı. Tez bir zamanda görünməyən qüvvələr onu Tərtər maarif komissarlığına metodist sonra inspektor təyin edilir. Həmin zamanlar X.Mirzəyev məmur olan oğluna SSR bərk gedən avtomobili “MOSKVİÇ” almışdı. Tərtərdə vəzifələr tutan, kəndbə-kənd gəzən S.Mirzəyev günlərin bir günü evli bir xanımla tanış olur. Və bu münasibət illərlə davam edir. Yaxın qohumu ilə ailəsinin təhkidləri ilə ailə quran S.Mirzəyev, 6 aydan sonra nigahını pozur. Gənclik səhvi bir ailənin təməlini sarsıtmağada yetərli olur. Həmin tanışlıq 2017-ci ildə hələdə davam edir ailə bağları isə solub gedib. S.Mirzəyev TŞ müdir müavini vəzifəsində çalışıb. Mikayıl Cabbarov Təhsil naziri olduqdan 2 il sonra, S.Mirzəyev 25.11.2015-ci ildə Tərtər RTŞ-nin müdiri təyin edilib”

Araşdırmalarımızdan məlum olub ki, Cənubi Azərbaycanlı olan nazir Mikayıl Cabbarovla Surxay Mirzəyevin iddiasına görə, yaxın qohumluq əlaqələri ona sərbəstlik verib. Nazir qohumu olduğunu bütün Tərtər təhsilinə bəyan edən Surxay Mirzəyev direktorlara və müəllimlərə hədə-qorxu gəlməkdən belə çəkinmir. Vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirə bilməməsi nazirliyi heçdə maraqlandırmır. Onunda bildirdiyi kimi nazir qohumudur deyən onun işlərinə heç kəs nazirlikdən müdaxilə etmir. Elə buna görə, Tərtər təhsildə rüşvət tuğyanı yaradır. Direktor vəzifəsindən tutmuş müəllimlik hüququna qədər qanunsuz yollarla vəzifələr satışa çıxarılıb. Korrupsiyaya Qarşı Mübarizə idarəsi məsələyə qarışsada hər iki faktlardan yayınmağa cəhd edilib. Hal-hazırda faktlarla bağlı araşdırmaların davam etdiyi bildirilir.

BakuNews.Az

Növbəti sayımızda:
Şəhla Manafova kimdir və kimlər onu Tərtər rayonunda hakim vəzifəyə gətirmək istəyirdi..?

RTŞ müdiri 2003-cü ildə hansı ittihamla icbari iş kəsildi...?

Tərtər RTŞ-nin müdiri Fazil Müseyibovu hebs etdirmekde S.Mirzəyevin məqsədi nə idi?

O vaxtlar Vidadi İsayev özü təyin etdirmək istədiyi RTŞ müdir kreslosuna Şəhla Mahafovanı məsləhət görməsinin gizlinləri..?

Şəxsiyyət vəsiqəsində subay qeyd edilən şəxs, üzərində icbari həbsi ola-ola Nazirliyi evli və iki övlad sahibi kimi necə aldada bilib...?

BakuNews.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.