Eldar Mahmudovla adı keçәn icra başçısının şok korrupsiyası Dosye
2-04-2017, 22:42
Süleyman Mikayılov Qaradağ Su¬Kanal idarәsindә Etibar İbrahimov vә Әhliman Mansurovun qanunsuz әmәllәrinә şәrik olub.
Detallar Nәrimanovdan gәlmiş tәzә rәisin müdhiş әmәllәri ifşa olub vә qaçqınlara kәlәyi faş edilib ¬ İddialar
MTN rәhbәrinә rayonda şәrait yaratmış Qaradağ şefi prezidentin gözündәn necә düşüb? ¬ tәfsilat
Hәlә ötәn ilin iyulunda Qaradağ Rayon İcra Hakimiyyәtindә (RİH) keçirilәn hesabat yığıncağında yerli SuKanal idarәsi rәisi mәruzә ilә çıxış edib. Qaradağ rayon Su¬Kanal Departamentinin rәisi İbrahimov Etibar Bayram oğlu görülmüş işlәr vә qarşıda duran vәzifәlәr haqda danışıb. Belә mәlum olub ki, yüksәk sәviyyәdә fәaliyyәt var, hәr şey şәffafdır vә Qaradağın icra başçısı Süleyman Mikayılov da hesabatdan razı qalıb. “Gündәm¬Xәbәr”in araşdırması zamanı aydın olub ki, S.Mikayılovun ürәyinә su kimi sәpilәn hәmin hesabatın alqışlarla qarşılanmasının sәbәbi var imiş. Demә, sukanal idarәsinin rәisi Әhliman Mansurov icra başçısı Süleyman Mikayılovu “görmәmiş” heç bir әmәliyyat hәyata keçirmәyib. İcra başçısını razı salan idarә rәhbәrliyi öz maxinasiyalarını vә qanunsuz işlәrini davam etdiriblәr. Bu özbaşınalıqlar Qaradağ rayonunda yaşayan mәcburi köçkünlәr üzәrindәn reallaşıb vә icra başçısı da korrupsiya әmәliyyatına şәrik olub. Prezidentin gözündәn düşәn vә etimadını itirdiyi iddia edilәn S.Mikayılovun bu rüsvayçı işlәrdә rolunun olması mәhz gәlir etmәk niyyәti olub. Nәrimanovun rәisi olmuş Әhliman Mansurov Qaradağ Su¬Kanal İdarәsinә ötәn il dekabrda rәis tәyin edilib. O, gәlәr¬gәlmәz tәcrübәsini burada tәtbiq edib vә icra başçısının ürәyincә olub. S.Mikayılov bu idarәdәki maxinasiyalardan qazandığı pulları mәhz onun әli ilә әldә edib. Belә ki, Qaradağ sukanal İdarәsi qaçqınların “cibinә girir”. Hәtta, bununla bağlı rәsmi sәnәdlәşmә apararaq, hәr bir köçkün ailәsinә borc da yazırlar Bu gün Qaradağ rayonu әrazisindә yaşanan çoxsaylı problemlәrdәn biri dә, tәqribәn 1680 ailәni әhatә edәn vә 6892 nәfәr mәcburi köçkünün başına gәtirilәn hәngamәlәrin varlığıdır. Bildirilir ki, әgәr 2013¬cü ildәn bu günә kimi mәcburi köçkün ailәsinin hәr üzvünә 5 kub içmәli tәmiz su verilirdisә vә verilәn hәr kub suya görә, Qaçqın vә Mәcburi Köçkünlәrin İşlәri üzrә Dövlәt Komitәsindәn ayrılan vәsait Qaradağ rayon Su¬Kanal İdarәsinә köçürülürdüsә, bu heç vaxt hansısa söz¬söhbәtin әmәlә gәlmәsinә dә sәbәb olmurdu. Amma, bu gün yeni rәhbәrliyin atdığı addımların nәticәsindә “yeni ocaq”lar yanmağa başlayıb. Çünki hәr bir köçkün ailәsinin üzvü ay әrzindә verilmiş normadan az miqdarda içmәli su işlәdirsә, demәli ona aid Su¬Kanal İdarәsinin balansında xeyli miqdarda vәsait qalır. Әslindә hәmin vәsait dövlәt tәrәfindәn ödәnildiyi üçün, toplanmış vәsaitlәr mәcburi köçkün ailәsinin hәr bir üzvünә çatmalı vә hәmin şәxş dә, toplanmış vәsaitdәn istәdiyi formada istifadә etmәk hüququna malikdir. Qaradağ rayon Su¬Kanal İdarәsinin әmәkdaşları mәcburi köçkünlәrin yaşadıqları mәnzillәrә gedir vә içmәli sudan istifadәyә görә borc әmәlә gәldiyini dә bildirirlәr. Hәtta, bununla bağlı rәsmi sәnәdlәşmә apararaq, hәr bir köçkün ailәsinә borc da yazırlar. Düzdür, 2017¬ci ildә mәcburi köçkünlәrin kommunal xidmәtlәrdәn istifadәyә görә imtiyazları lәğv edildi. Amma Qaçqın vә Mәcburi Köçkünlәrin İşlәri üzrә Dövlәt Komitәsindәn mәcburi köçkünlәrә içmәli tәmiz suya görә ödәnilmiş vәsaitlәrin xeyli hissәsi Qaradağ rayon Su¬Kanal İdarәsinin balansında qalsa da, yeni rәhbәrlik toplanmış vәsaitlәri sahiblәrinә vermәkdәn imtina edir. Bu da mәcburi köçkün ailәlәrinin haqlı narazılığına sәbәb olmaqdadır. Faciә odur ki, Su¬Kanal İdarәsinin әmәkdaşları mәcburi köçkün ailәlәrinә borc yazarkәn onu da bildirirlәr ki, “heç dә narahat olmayın, yazılmış borcları mart ayında silәcәyik”. O halda sual oluna bilәr ki, bu cür addım nәyә әsaslanıb atılacaq? Ötәn illәr әrzindә yığılıb qalan vә mәcburi köçkünlәrә verilmәli olan tәqribәn 20¬30 min vәsaitin, Qaradağ rayon Su¬Kanal İdarәsi tәrәfindәn mәnimsәnilmәsinә hesablanmış addımdır. Bu pullardan S.Mikayılova çatdığı deyilir. “Azәrsu” ASC rәhbәrliyinin dә göz yumduğu bu mәsәlә mәmurları hәrtәrәfli qane edib. “Gündәm¬Xәbәr”in apardığı araşdırması zamanı aydın olub ki, Qaradağın icra başçısı tәkcә sukanal idarәsi rәhbәrliyi ilә deyil, MTN şefi olmuş Eldar Mahmudov şәbәkәsi ilә dә işlәyib. Bu rayon MTN¬nin keçmiş rәhbәrinin obyektlәrinin çoxluğu ilә fәrqlәnәn rayonlardan biri olub. Keçmiş nazirin Qaradağ rayonu әrazisindә bir neçә obyekti vә hәtta Lokbatanda 2 böyuk marketi, bir avtosalonu fәaliyyәt göstәrib. S.Mikayılov Eldar Mahmudovun qüdrәti qarşısında duruş gәtirmәmәklә yanaşı, bu xidmәtin müqabilindә müәyyәn qәdәr gәlir dә әldә edib. Rayon daxilindә yolların genişlәndirilmәsi planlarının icrası zamanı E.Mahmudovun obyeklәrinә dәyә bilәcәk zәrәrin qarşısının alınmasında da icra başçısı canfәşanlıq göstәrib. Belә ki, mәhz Süleyman Mikayılovun tapşırığı ilә Eldar Mahmudovun obyeklәrini yolların genişlәndirilmәsi planına düşmәmәsi tәmin edilib. Bu günlәrdә isә ölkә mәtbuatında qardaşı Bağır Mikayılovla bağlı yayılmış Qaradağ RİH başçısı üçün gözlәnilmәz zәrbә olub. Hәmin mәlumatlarda deyilir ki, Mikayılovun adının cinayәt işinә qarışmasına sәbәb törәtdiyi hadisә ilә bağlıdır. Bildirilir ki, Süleyman Mikayılovun qardaşı bir müddәt әvvәl müxtәlif şәxslәrә Qaradağ rayonu әrazisindә torpaq sahәlәri satmaq vә ya şәxslәrә tikinti üçün icazәlәrin alınması mәsәlәsindә yardım edәcәyini tәklif edib. Onun icra başçısının qardaşı olmasını bilәnlәr tәrәddüdsüz tәkliflәrini qәbul edib, işlәrin müqabilindә pullar ödәyiblәr. Bәzi bilgilәrә görә, belә adamların toplam sayı 50 nәfәrdәn çoxdur. Mәlumatda qeyd edilir ki, Bağır Mikayılovun hәmin şәxslәrә 500 min manatdan artıq borcu yaranıb. Hәmin şәxslәr isә pullarını geri ala bilmәdiklәrindәn şikayәtçi düşüblәr. İcra başçısının qardaşını müdafiә etmәsi isә şikayәtçilәrin daha yuxarı instansiyalara müraciәt etmәsinә sәbәb olub. Bu isә onsuz da etimadı zәdәlәnmiş icra başçısı üçün daha bir zәrbә olub. Yeri gәlmişkәn, adı hәmişә qanunsuzluqda hallanmış vә prezidentin ona olan inamını itirmiş icra başçısının daha bir skandalını xatırlamaq yerinә düşәr. Qaradağ Rayon İcra Hakimiyyәtinin hüquq şöbәsinin müdiri Rasim Hüseynov Qarabağ müharibәsi iştirakçısı, 2¬ci qrup әlil İsmayılov Natiq İsmayıl oğlundan külli miqdarda rüşvәt tәlәb etmişdi. Hәtta mәtbuatda buna dair sәs yazısı da paylaşılmışdı. Mәsәlә böyüdükdәn sonra isә fakt qarşısında qalan Qaradağ RİH başçısı Süleyman Mikayılov R.Hüseynova bir müddәt icra aparatında görünmәmәyi, hәr şey unudulandan sonra yenidәn vәzifәsinin başına qayıda bilәcәyini demişdi. Qaradağ rayonunda, әksәr yerlәrdә rüşvәtsiz tikinti hәyata keçirmәk mümkünsüzә çevrilib. Fәrdi ev tikintisinә imkan vermirlәr, ciddi problem yaradırlar. Bu problemlәr heç dә qısa şәkildә izah olunmaqla bitmir. Qaradağın icra başçısı Süleyman Mikayılov, müavinlәri Emil Abbasov vә Elnur Qurbanov, meydan sulayırlar. Xüsusәn dә fәrdi ev tikintisindә şıdırğı rüşvәt olduğu xәbәr verilir. Puta qәsәbә nümayәndәsi İsa Gözәlov, Korgöz qәsәbә nümayәndәsi Zaur Mәmmәdov, Qızıldaş qәsәbә nümayәndәsi İlham Yusifov, Çeyildağ qәsәbә nümayәndәsi Akif Cavadov icra başçısının komandasında yer alır vә onların әlindәn heç bir vәtәndaş daşı daş üstünә qoya bilmir. Mediada gedәn mәlumatlara görә, Süleyman Mikayılovun 2004¬cü ildә Bakı Dövlәt Universitetinin hüquq fakültәsini bitirdiyi barәdә tәrcümeyi¬halında qeyd var. Ancaq bu rәsmi sәnәdlәrdә olandır. Әslindә isә icra başçısının Dәrbәnddә adı bәlli olmayan bir ali mәktәbә pul müqabilindә daxil olduğu deyilir. 2001¬ci ildә hәmin ali mәktәbdә tәlәbәlәr siyhısında Süleyman Mikayılovun da adı olub vә düz 1 il müddәtindә hәmin mәktәbdә “tәhsil alıb”. 1 il sonra isә köçürmә yolu ilә BDU¬nun hüquq fakultәsinin tәlәbәsinә çevrilib. 42 yaşında BDU¬nun mәzunu olan icra başçısı hәtta bir zamanlar tәrcümeyi¬halına elmlәr namizәdi olduğuna dair qeyd dә yazdırmaq istәyib. Amma bu arzusunu hansısa sәbәbdәn reallaşdıra bilmәyib vә bu istiqamәtdә çalışmalara hansısa sәbәbdәn yarımçıq buraxmalı olub. Onun rәhbәrliyi dönәmindә rayondakı vәziyyәt getdikcә ağırlaşıb. Sahibkarların, xüsusilә dә daş karхanalarının rәhbәrlәrinin hәdәfә alınması, onların fәaliyyәtinә maneә törәdәrәk qazancalarına şәrik olmaq kimi müxtәlif qanunsuz әmәllәrә imza atan icra başçısı nüfuzunu itirib. Amma prezidentin son xәbәrdarlığından sonra da fәaliyyәtini eyni qaydada davam etdirmәkdә israrlıdır. Onu da deyәk ki, icra başçısı “Kurtlar vadisi” serialının mәşhur obrazı “Çakır” adlanır. “Mәn prezidentin tәyin etdiyi icra başçısıyam. İşim göstәrilәn etimadı doğrultmaq vә xalqa xidmәt etmәkdir. Mәn bilmirәm ki, nәyә görә, mәtbuatda adımı “Çakır” deyә yazırlar”. Bu sözlәri bir neçә il әvvәl açıqlamasında Süleyman Mikayılov adının mediada “Çakır” yazılmasına münasibәt bildirәrkәn söylәmişdi. Onun sözlәrinә görә, “Çakır” adını bir filmdә görüb, yazırlar: “Mәn “Çakır“ deyilәm. Mәnim işim yalnız xalqa xidmәt etmәkdir. Başqa nә deyirlәr, yazırlarsa özlәri bilsinlәr". (i)
Problemin varlığını diqqәtdә saxlayacağıq. Araşdırmalarımız davam edәcәk.
Açıqlamada adı çәkilәn hәr kәsin mövqeyini dinlәyә bilәrik.