GDU rektoru işdən çıxarılır - Onun yerinə gənc kadr gətirilir

5-04-2017, 20:07           
GDU rektoru işdən çıxarılır - Onun yerinə gənc kadr gətirilir
Gəncə Dövlət Universitetində (GDU) rüşvət, korrupsiya hallarının tüğyan etdiyinə dair indiyə qədər xeyli sayda məlumatlar yayılır. Bu məlumatlarda açıq şəkildə rektor Yusif Yusifova ağır ittihamlar irəli sürülsə də, qarşı tərəfin heç bir tutarlı reaksiya vermədiyi də məlumdur.

Amma DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, müvafiq dövlət qurumları GDU rektorundan fərqli olaraq ünvanlanan ittihamlara reaksiya vermək qərarına gəlib.

Mənbənin dia.az-a söylədikləri: "Bu günlərdə Yusif Yusifov işdən alınaaq. Artlq onun yerinə kimin təyin olunacağı da məlumdur. Bu, gənc kadrlardan biridir və xaricdə tanınmış universitetlərdən birinin məzunudur. Hazırda isə başqa bir təhsil ocağında yüksək vəzifə tutur".

Mənbə iddia edir ki, GDU rektoru ilə bağlı rəsmi qərar yaxın vaxtlarda elan oluna bilər.

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru