Biləsuvar maliyyə rəisinin “Dələli 17”korrupsiya əməliyyatı - Şok iddialar
6-04-2017, 00:12
Biləsuvar rayon Maliyyə İdarəsinin rəisi Eldar Təhməzov büdcə təşkilatlarını intihar həddinə çatdırıb
Yerli sakinlərin sensasiya.com-a dediyinə görə, idarə rəisi rayon rəhbərliyi ilə Biləsuvarda müəssisə müdirlərini “tas”a oturdub.
İdarə müdirlərinin şikayət etməyə yeri olmadığından vəziyyətlə barışıblar. E.Təhməzov büdcənin vəsaitlərini elə idarə edir ki, şəxsi bank hesabı kimi davranır.
Ona bu imkanı yaradan rayon rəhbərliyidir. Ona görə büdcə təşkilatlarının müdirləri, yerli məmurlar ona bata bilmir.
Maliyyə rəisi özünü rayonun icra hakimi kimi aparır. Belə ki, hazırda maliyyə rəisi uşaq bağçalarına və büdcə təşkilatlarına divan tutur.
Onun tələbi büdcədən ayrılan pulları yarıbayarı bölüşdürməkdir. Bu təlimata itaət etməyənləri cəza gözləyir və barəsində yuxarı dairələrə məruzə olunacaq.
Odur ki hədə-qorxu ilə üzbəüz qalmış yerli məmurlar rəisin bütün əmrlərinə boyun əyməyə məhkum olublar. Məlumatlara görə, maliyyə rəisi idarə müdirlərinə qeyri-rəsmi şəkildə mesajlar göndərir.
Yerli sakinlərin sensasiya.com-a dediyinə görə, E.Təhməzov yol idarə müdirlərini, məktəb direktorlarını, kommunal idarələrin rəhbərlərini boğaza yığıb. Maliyyə Nazirliyi, Hesablama Palatası və eləcə də Prezident Administrasiyası tərəfindən kiçik bir təftiş aparılsa, maliyyə idarəsində nələr baş verdiyi aydınlaşa bilər.
Bundan əlavə, Biləsuvar Mərkəzi rayon xəstəxanasının əsaslı təmiri işləri davam etdirildiyi qeyd olunur. E.Təhməzovun bu sahə üzrə də maliyyə yeyintisinə yol verdiyi üzə çıxıb.
Biləsuvar rayon Mərkəzi xəstəxanasına "İstilik" MMC-dən 70 765 manat məbləğində bərk inventarlar, "Bəyaz 2" MMC-dən isə 77 min manatlıq avadanlıqlar alınıb, xəstəxana binası təmir edilib.
İnventar və avadanlıqları qoyaq kənara (hərçənd onların alınmasına 140 min manatdan çox büdcə vəsaiti sərf olunduğundan məhsulların həqiqətən alınıb-alınmamağı da izlənilə bilər). Maraqlı olan eyni binanın bir ildə həm cari, həm əsaslı təmir edilməsi, sonra isə onu yenidən qurmaqdır.
Qeyd edək ki, rayon maliyə şöbəsinin müdiri Eldar Təhməzovla xəstəxananın baş həkimi Şamil Cəfərovun birgə səyi nəticəsində "Dələli 17" MMC-yə 19 982,03 manat, əsaslı təmir üçünsə yenə "Dələli 17" MMC -yə 40 438,3 manat ayrılıb.
Bu iki təmir işinə ayrılan məbləğ 60 420 manat edir. Bu pulların həqiqətən təmirə xərclənib-xərclənməməyi ilə də işimiz yox. Fakt odur ki, təmir edilmiş hesab olunan obyekt təzədən sökülüb-tökülüb, hər şey yenidən qurulub.
Politika.Az