TRENAJOR gedən vətəndaş barmaqlarından oldu – FOTOLAR

10-04-2017, 01:54           

Bakı şəhər 07.04.2017- ci il tarixində Yasamal rayon Abdulvahab Salamzadə küçəsində yerləşən “TRENAJOR” zalında hadisə baş verib. Süleymanov Sənan Yaşar oğlu 35-40 günlük getdiyi təlim zalında xəsarət alıb. Günaşırı getdiyi zalda məşq zamanı xəsarət alan S.Süleymanov valideyni redaksiyamıza məlumat verib. Xəsarətə səbəb isə idman zalında başsız əzələ təlimi ilə məşğul olunduğu bildirilir.

Xəsarət alan yeniyetmənin valideyni BakuNews.az –a bildirib ki, övladım bir aydır həmin zalda təlimə gedir. 07 aprel tarixində mənə məlum olub ki böyük təlim zalı olan bu obyektdə heç uşaqla maraqlanan da yoxdur ki, bu hansı alətlərdə nə işlə məşğul olur. Halbuki qanun qayda ilə yeni təlimlərə başlayanlara repititor təyin edilməli və avadanlıqlardan hansı qaydada istifadə edəcəyi öyrədilməlidir. Amma burda abu-hava tamam başqa cürdür.

“TRENAJOR ” zalında bir neçə təlimçi deyil, sadəcə bir nəfər nəzarət edən şəxsin olduğu qeyd edilir. Məsələnin ən ilginc tərəfi isə şikayətçi olan valideyinləri maraqlandıran məqamlar var. Necə olur ki, Süleymanov Sənan zalda xəsarət alır amma bu an təcili tibbi yardıma zəng edilməyib. S.Süleymanovun əllərindən qan axa-axa sınmış barmaqları salanaraq huşsuz vəziyyətdə yaşadığı evinin astanasına gətirən obyekt icarəçisi Savalan adlı təlim müəllimi heçnə olmamış kimi çıxıb gedib. Sənanı qapıda buraxıb gedən Savalan bəy və obyekt sahibi Uğur bəy daha sonralar Süleymanov ailəsi ilə maraqlanmayıblar. Xəsarət alan Sənan Süleymanovu təcili “Semoşka” xəstəxanasına çatırılaraq təcili yardım göstərilməsi valideyni tərəfindən təmin edilib.

Hadisənin hansı zəmində baş verdiyini öyrənən həkimlər Yasamal RPŞ 29cu Polis bölməsinə məlumat verib. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq obyekti istifadə edən şəxslər müştəriləri olan Sənanın taleyi ilə maraqlanmayıblar. Belə ki, əməkdaşımız Sənan Süleymanovu ziyarət edərək obyektlə bağlı məlumat alıb. Sənan bildirib ki, TRENAJOR zalındakı avadanlıqlar köhnə və istifadə müddətin keçmiş avadanlıqlara bənzəyir. Amma mən ora gedən gündən birnəfərdə mənimlə maraqlanmayıblar. Sənan daha sonra xəsarətdən sonra iki barmağının qırılmasına görə gipsə salındığını və bir barmağınada üç tikiş qoyulub. Həmçinin dioqnoza görə barmaq GEMATOM olub.

P.S. Belə çıxır ki, hər hansı idman zalarında məşq edərkən şəxslərə nəsə olsa icarəçilər buna cavabdehlik daşımır. Əgər əl qolunu sındırmağını istəyən varsa buyurub Yasamal rayon Abdulvahab Salamzadə küç-də yerləşən “TRENAJOR” zalının müəllimi Savalan bəyin yanına təşrif buyura bilərlər.

BakuNews.az















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.