"Əgər MTN sahibkarların bir qənimi idisə, DGK daha böyük qənimidir" - İLGİNC İDDİA
11-04-2017, 17:10
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə müavini Səfər Mehdiyevin ayağında 20 milyon manatlıq kəsir var. Bəlkə də bu məbləğ daha böyükdür, Amma onlar işçilərindən məhz bu məbləğin toplanmasını tələb edib". Bunu DİA.AZ-a açıqlamasında məlumatlı mənbə xəbər verib.
İnformasiyanı verən qaynaq iddia edir ki, Neçə müddətdir qeyd olunan kəsirlə bağlı gömrük işçilərinin günü göy əskiyə bükülüb. Qaynağın söylədikləri:
"Aydın Əliyevlə Səfər Mehdiyev əsas cavabdeh şəxslərdir. Söhbət ən azı 20 milyon manatdan gedir. Və artıq ödəmələri üşün qoyulan vaxt şatmaq üzərədir. Əks halda təkcə görəvlərini itirməyəəklər, həm də həbs olunma ehtimalları var. Əgər FHN rəhbəri Kəmaləddin Heydərov olmasaydı, Aydın Əliyev bir yana, Səfər Mehdiyev çoxdan həbsdə idi".
Mənbə bildirir ki, ümumiyyətlə Səfər Mehdiyevi hər zaman "gömrük sisteminin Çovdarovu" adlandırıblar. Mənbənin dia.az-a söylədikləri: "Əgər Aydın Əliyev işdən çıxarılsa, Səfər Mehdiyev mütləq həbs olunacaq. Əgər MTN sahibkarların bir qənimi idisə, DGK daha böyük qənimidir. Bunun belə olduğunu qısa müddətdə görəcəyik".