Azərbaycan təhsilinə ləkə... – Tərtər RTŞ ilə bağlı tədbir niyə görülmür...?
13-04-2017, 11:11
Dəfələrlə Tərtər RTŞ-nin müdir Surxay Mirzəyevin qanunsuz əməllərindən söhbət açılan yazılarımızın dərc edilməsinə və nazir Mikayıl Cabbarova açıq məktub yazmağımıza baxmayaraq heç bir tədbir görülməyib.
Rayon təhsilini iflic duruma salan RTŞ-nin müdiri özünü nazirin yaxın qohumu kimi təqdim edərək onun qanunsuz əməllərinə tabe olmayan direktorları məcburiyyət qarşısında qoyur. Redaksiyamıza daxil olan məlumatda isə bildirilir ki, Surxay Mirzəyev özünə savadlı kadır olan bir direktorla sıx münasibətdədir. “Cibi boş başı dolu” olan direktor Y.Məhərrəmovla aralarından su keçməyən RTŞ müdiri bütün sirrlərini bu şəxslə bölüşməkdədir. Hətta bu sıx münasibətlər o qədər dərinləşib ki, gecələr birlikdə məclis qurmağa qədər gedib çıxıb. Əldə etdiyimiz məlumata görə, məktəb direktoru dostu S.Mirzəyevlə birlikdə, Mirzəyevə məxsus maşınla gecə saatlarında keyf məclisindən gələrkən DYP əməkdaşları tərəfindən saxlanıb. Bu hadisə bir neçə dəfə baş verib. Məktəb direktoru ilə DYP rəisi M.Əliyevin dostluq münasibəti S.Mirzəyevin adının qeydlərə keçməsinin qarşısın alıb. S.Mirzəyevin yaxın dostu olan direktor Evoğlunda iki mərtəbəli imarəti və iki obyekt sahibi necə ola bilib. Çox maraqlı faktlardır amma bunuda inkar edəcək bəhanələr mütləq vardır ki, onuda qısa zamanda yeqin direktorun və ya dostunun açıqlamasında məlum olacaqdır.
Yaşar Məhərrəmov özünü cəmiyyətə və mediaya cibi boş direktor kimi qələmə versədə bu şəxsi əl altından biznes sahibi imiş. Y.Məhərrəmovun illər öncə direktor vəzifəsindən niyə çıxarılmasına gəldikdə isə bununla bağlı gələn yazımızda geniş izahlı bildirəcəyik. O ki qaldı Yaşarın yenidən direktor olmasına həmdə təmənasız şəkildə burdada S.Mirzəyevin rolu böyük imiş. Mediada S.Mirzəyevin qanunsuz əməlləri və təhsilin ucuruma aparmasi ilə bağlı gedən yazıların dəqiqliyi RTŞ müdirini mənbə axtarmağa sövq edib. Belə ki, yaxın dostu olan direktor Y.Məhərrəmovuda mənbə axtarışına cəlb edib.
Keçən yazılarımızdada qeyd etdiyimiz Həmkarların sədri Şəhla xanımla sıx münasibətlərinin olması və bu münasibət sayəsində isə onun nazirlikdə müdafiə edilməsinə zəmin yaradan məsələlər göz önündə qalmaqdadır. 20 ildən artıq müddət keçməsinə baxmayaraq Şəhla xanımın şəxsi evinə gedib gəlməsinin səbəbləri hələdə qaranlıq qalmaqdadır. Bu ziyarət işlə əlaqəlidirsə o zaman bu ayda bir və ya təsadüf hallarda ziyarət edilməsi daha doğru görünən tərəfidir məsələnin. Amma S.Mirzəyevin Şəhla xanımı 20 ildir hər gün ziyarət etməsinə heç cürə anlaşılacaq dərəcədə aydınlıq verə bilmirik. Burda 20 ilik ziyarət zamanı təsadüf hallarda ziyarətə getməməzlik olduğu qeyd edilməkdədir. Bununla bağlı isə gələn yazımızda mütləq məlumat əldə etməyə çalışacağıq.
Diqqətinizə çadıraq ki, bu məktəbin direktoru bir vədə bizə verdiyi məlumatı inkar edərək sonradan bizi şantaj edəcəyin qeyd edən Elmira Hüseynovanın rəhbərliyi altında idarə edilir. Redaksiyamıza rayon daxilindən verilən məlumata görə isə hal-hazırda Azad Qaraqoyunlu kənd məktəbində yenidən pul yığımına start verilib. Belə ki, E.Hüseynovanın göstəriş əsasında hər sinifdən müəllim və şagirdlər daxil olmaqla 20 manatdan məbləğ yığılmalıdır. Bu məbləğin isə Elmira xanım məktəbə pəncərə çərçivəsinin alacağını deyərək puların yığılması götərişin verdiyi bildirilir. Hal-hazırda rayonda xous yaşadan təhsil idarəsi və onun tapşırıqların həyata keçirən direktorlar əhaliyə zülüm etməkdədirlər. İlk baxışdan bir sinif üçün 20 manat az görünsədə cəmləşəndə bu məbləğin böyüklüyü insanı valeh etməkdədir. Elə buna görədə gözə rünməz məbləğlər tələbi xanım direktorun bütün problemlərdən yayınmasına rəvac verməkdədir.
2 saylı şəhər məktəb-litseyin direktoru bir saylıya həvəs etdiyindən özünün bütün korruptiv əməllərini aşkara çıxmasına şərait yaradıb. Keçən yazılarımızda qeyd etdiyimiz kimi xanım direktor RTŞ-nin müdiri ilə sövdələşməsi əsasında şagirdlərin davamiyyət pozuntusu müqabilində yüksək məbləğlər əldə edib. Həmin məbləğlər sayəsində isə 1 salı şəhər tam orta məktəbinə direktor keçmək həvəsinə düşüb. Cüzidə olsa buna nail ola bilib. RTŞ tərəfindən 1 saylı məktəb Təhsil nazirliyinə vakant yer kimi göstərildikdən sonra S.Mirzəyevin göstərişi ilə Gülarə xanımın həmin yerə namizədlik sənətlərinidə həmin gün nazirliyə göndəriblər. Nazirliyin sonda verəcəyi qərardan asılı qalan Gülarə və Surxay tendeminin gözləri yolda qalıb.
Media nümayəndələrinin Tərtər rayonunda təhsili bərbad hala salan şəxslərə qarşı nazirliyin heçbir addım atmaması və açıqlama verməməsi müəmmalı olaraq qalmaqdadır. Görəsən doğurdanda S.Mİrzəyevin iddiası doğrudur. Nazir Mikayıl Cabbarovla RTŞnin müdiri Surxay Mirzəyevin yaxın qohumluq əlaqəsinə görəmi bütün qanunlar tapdalanmaqdadır. Biz bir media qurumu olaraq buna inanmaq istəməsəkdə nazirliyin susqunluğu iddiaların əsaslı olduğuna gətirib çıxarmaqdadır.
BakuNews.Az