Neftçalada Aydın Aslanov Prezidentin imzaladığı sərəncamlara məhəl qoymur…

16-04-2017, 21:03           
Neftçalada Aydın Aslanov Prezidentin imzaladığı sərəncamlara məhəl qoymur…
Aydın Aslanovun fəaliyyətindən dolayı yaranan və yaşanan problemlərin həlli üçün hələlik heç bir tədbir görülməyib
Bir qədər öncə redaksiyamıza daxil olan məlumatlarda Neftçala şəhər bələdiyyəsinin sədri Aydın Aslanovun qeyri-qənaətbəxş fəaliyyətindən doğan narazılıqlar öz əksini tapmışdı. Bununla bağlı biz qeyd etmişdik ki, bir çox digər bölgələrdə fəaliyyət göstərən iş adamları öz şikayətlərində daha çox icra strukturlarının onların işlərinə əngəl törətmələrindən bəhs edirlərsə, Neftçaladan daxil olan məlumatlarda bu rayonda sahibkarlara qarşı qeyri-adekvat mövqeylərdən çıxış edən məmur kimi məhz Aydın Aslanovun adı daha tez-tez hallandırılır.

Təqdim olunan açıqlamada isə, bələdiyyə sədrinin həyata keçirdiyi torpaq maxinasiyalarından və bu maxinasiyalardan hətta Qarabağ əlillərinin də ziyan çəkdiyindən xəbər verilmişdi: “…Aydın Aslanov öz maddi maraqları naminə sadə vətəndaşların, hətta Qarabağ əlillərinin belə hüquqlarını asanlıqla pozur. Belə ki, bir müddət əvvəl dövlət tərəfindən Qarabağ əlilləri üçün ayrılmış 30 hektar torpaq sahəsi bu günədək sahiblərinə verilməyib. Bələdiyyə sədrinin maxinasiyaları nəticəsində bu torpaq sahələri kənar şəxslərin əlinə keçib. Aydın Aslanov bələdiyyə sədri təyin olunan kimi rayonda fəaliyyət göstərən sahibkarları da hədəfə alıb. Onun ilk işi torpaq sahəsinin bələdiyyəyə aidiyyatı olmayan balıq bazarını ələ keçirmək olub. Daha sonra əvvəlki bələdiyyə sədri tərəfindən verilmiş torpaqların sahiblərinə müхtəlif vasitələrlə təzyiqlər etməyə başlayıb.

Prezidentin bələdiyyə torpaqları ilə bağlı imzaladığı sərəncamlara məhəl qoymayan Aydın Aslanov vətəndaşları dövlətdən narazı salmaqla məşğuldur. Bələdiyyə sədri təyin olunandan Aydın Aslanov Neftçala rayonununda zəbt etdiyi onlarla obyekt və ev üçün nəzərdə tutulan torpaq sahələrini yaxın qohumlarının adına keçirib…” Həmçinin məlumatlarda bu məmurun eyni zamanda icra strukturlarının əməkdaşları ilə də saxladığı münasibətlərində çoxsayl problemlərin yaşandığı vurğulanmışdı: “Bir müddət əvvəl, Aydın Aslanovla Neftçala şəhər Kommunal Təsərrüffat İdarəsinin rəisi Firudin Nağıyev arasında küçədə quraşdırılmış zəncir səddin sökülməsinə görə baş vermiş əlbəyaxanın polisdə araşdırılması barədə məlumat yayılmışdı.

Hətta bildirilirdi ki, bundan sonra hər iki məmur xəstəxanada müalicə almalı olublar. Bundan sonra, Aydın Aslanov törətdiyi bu və bir çox əməllərə görə Yeni Azərbaycan Partiyası sıralarından da qovulub. YAP Neftçala Rayon Təşkilatından mətbuata verilən məlumata görə, Neftçala bələdiyyəsinin sədri Aydın Aslanovun son vaxtlar partiya üzvlüyü ilə bir araya sığmayan hərəkətləri barədə rayon təşkilatının İdarə heyətinə daxil olmuş müraciətlər müzakirə edilib və yekdilliklə belə bir qərar qəbul olunub…” Lakin bütün bu qərarlar, irəli sürülən ittihamlar Neftçala şəhər bələdiyyəsi sədrinin fəaliyyətinə heç bir təsir göstərmir. Aydın Aslanov hətta bütün bunlara tam etinasızlığını da gizləmir. Biz dərc etdiyimiz hər yazının sonluğunda müzakirəyə dəvət yerləşdirsək də, qarşı tərəf susmağa üstünlük verir. Ola bilsin ki, məhz sakitlik relimində bələdiyyə sədri öz fəaliyyətini özünə tələb olunan istiqamətə daha rahat yönəldə bilir.Hefteaz.info/
teref.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.