Tərtərdə sudan pul çıxaran idarə rəisi heyvandarlıq kompleksi açıb - Siyahı
17-04-2017, 01:54
Tərtərçay Hidroqovşaq İstismar idarəsinin müdiri Böyükkişi Cümşüdov böyük “işlər” görməkdədir
İstismar idarəsi müdiri dövlətin vəsaitlərini istismar edir.
Bunun əvəzində obyektləri, fermaları, bahalı maşınları və bir neçə yerdə evi var. Böyükağa Cümşüdovun Tərtər camaatına suyu pulla satması onu karxana, ferma və bahalı maşın sahibi edib.
Tərtər əhalisinin erməni düşmənlərinə layiqli cavab verdiyi, müharibə şəraiti olmasına rəğmən, cəbhəyə yaxın ərazilərdə əkin-biçinlə məşğul olduğunu deməyə gərək yoxdur. Rayonun qəhrəman əhalisi əkinçiliklə məşğul olur, heyvandırlığı inkişaf etdirir və sairə. Amma Tərtərin ən böyük problemi əkin sahələrini suvarmaq üçün zəruri olan sudur.
Nəticədə, Tərtərdə hazırda 404 belə quyu var. Həmin quyulardan əkin sahələrinin suvarılmasında da geniş istifadə edilir.
Lakin Tərtər rayonunu əkin sahələrini suvarmaq işlərini hələ sovet dövründən Tərtərçay Hidroqovşağı İstismarı İdarəsi həyata keçirirdi.
Qarabağ müharibəsindən sonra situasiyanın dəyişməsi səbəbindən bu idarənin işləri də çətinləşdi. Böyükkişi Cümşüdov hazırda idarəyə rəhbərlik edir.
Saytlar yazır ki, kifayət qədər qaranlıq adam olaraq xarakterizə edilən Cümşüdovun Tərtər çayının suyundan da pul çıxardığını bilməyən yoxdur.
Ulus.Az-ın mediaya istinadla verdiyi xəbərə görə, Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin ştat cədvəli üzrə 344 işçisi var.
Onlardan dondurulmuş əmək haqqı alan işçilərin sayı 180 nəfərdir. İdarənin əsas fəaliyyət növü əkin sahələrinin suvarılmasını həyata keçirməkdir.
Sözügedən qurumun rəhbəri qısa müddət ərzində özünə kəhkəşan qurmaqla yanaşı, həm də yeni qazanc mənbələri də yaradıb.
Onun fermerlərdən, kasıb kəndlilərdən suvarma üçün aldığı pullar sonradan karxana yaradılmasına sərf olunub.
Hazırda onun Tərtər çay üzərində daş karxanasının olduğu bildirilir. Bundan başqa, Böyükağa Cümşüdov özünə heyvandarlıq kompleks idə yaradıb.
İdarə müdirinin obyektlərinin, villalarının, evlərinin sayını isə bilən yoxdur. Deyilənlərə görə, sadalananların böyük əksəriyyəti Bərdə və Bakıdadır.
Həmçinin Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin müdirinin möhkəm maşın həvəskarı olduğu da vurğulanır. İddialara görə, Cümşüdovun evlərindəki maşınların sayı faktiki mənzillərinin sayından iki dəfə çoxdur. Ulus.Az/
teref.az olaraq adları çəıkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!
teref.az