Deputatın qohumu ilə bağlı şok fakt - audio +16
17-04-2017, 10:11
70 saylı Masallı şəhər seçki dairəsindən namizəd olan Nəriman Əliyev Parlamentdə olub, səsi çıxmayan deputatlarımızdandır. Cənub bölgəsində onu daha çox İranla yaxşı ticarət əlaqələri olan oliqarx kimi tanıyırlar. Onun Masallı rayonunda "Könhə bazar” kimi tanınan bazarda da pay sahibi olduğu iddia olunur. Ölkəyə İran İslam Respublikasından idxal olunan xurma və kişmişlə yanaşı düyü məhsulu da Nəriman Əliyevin vasitəsi ilə daşınır. Vaxtilə bu biznesdə N.Əliyev İrandan olan şəriki ilə çalışıb. Lakin günlərin birində şəriki ilə birlikdə N.Əliyev həbs edilir. Onlar dəbdəbəli ofislərdən başlarında qara maska MTN-nin təcridxanasına gətirilir. Bəs görəsən, bu həbsin səbəbi nə imiş? Niyə biznesi gündən-günə çiçəklənən Nəriman Əliyev bir də gözünü MTN-nin "podval”ında açır? O, niyə iranlı biznesmen ortağı ilə birlikdə Eldar Mahmudovun çetesinin diqqətini cəlb edib? Deyilənə görə, onların vasitəsilə Azərbaycana gətirilən düyülərin içindən narkotik maddələr aşkarlanıb. Bu planın kim tərəfindən hazırlandığını, və ya gerçək olduğunu deyə bilmərik. Çünki ətraflı bilgiyə sahib deyilik.
Sosial şəbəkələrdə dolaşan məlumatlara görə, N.Əliyevin ortağı hətta işgəncə dəzgahından belə keçirilir. Külli miqdarda pul müqabilində N.Əliyevin ortağı azad olunur və İrana keçəndən sonra orada müəmmalı şəkildə dünyasını dəyişir. Şəriksiz qalan N.Əliyev bir müddət biznesindən də əlini üzür.
Eldar Mahmudovun qəbuluna çağırılan N.Əliyevə təklif olunur ki, həmin qaydada işini davam etdirsin.
Orada biznesinin N.Əliyevə külli miqdarda pullar qazandırdığını söyləməklə ölkəyə gətirilən mallarının yoxlanmayacağını da deyirlər. Beləcə, şəriki müəmmalı şəkildə ölən N.Əliyev Eldar Mahmudovun adamına çevrilir. Məlumat üçün vurğulayım ki, Nəriman Əliyevin adı bu ilin mart ayında həmkarı Elmira Axundova və Masallının icra başçısı Rafiq Hüseynovla bağlı qalmaqallarda hallanırdı.
Saxta diplomla bir müddət ölkə mətbuatının gündəmini zəbt edən Nəriman Əliyevin hərbi xidmətdə olmadığı ilə bağlı xəbərlər də yayılmışdı. Hərbi xidmətə yararsız olan şəxsin deputatlığa nə qədər yararlı olması isə şübhə doğuran məsələlərdəndir. Bundan başqa, Nəriman Əliyevin şəxsi avtomaşınına 90 AA 133 dövlət nömrə nişanını almaq üçün 50 min dollar pul xərclədiyi də söylənilir.
Nəriman Əliyevə məxsus olan "Ştutqart MMC”-də işçilərə küllü miqdarda məbləğ yükləmə faktı
Ştutqart MMC-nin direktoru Əfqan Abdullayev Arif oğlunun işçilərə küllü miqdarda məbləğ yükləmə faktı ortalığa çıxıb. Dayısı Milli Məclisin Deputatı Nəriman Əliyevin vəzifəsindən istifadə edən Əfqan Abdullayev bir neçə dəfə işçilərini Polisə gətirərək hədə qorxu ilə boyunlarına küllü miqdarda pul yükləyib. Bunu etməkdə əsas məqsədi işçilərin ömrü boyu başqa mağazada işləməməsi, işçini özünə borclu edib həmişəlik şirkətdən aslı etmək istəyidir. Əlacsız qalan vətəndaşın hüquqlarını qoruyan Azərbaycan Respublikasının Baş Prokurorluğunu, DİN-in "102” xidmətini, Prezident Administrasiyasını təhqir edən Əfqan Abdullayevin səs yazması qeydə alındı. Səsyazmadan da görünür ki, deputat dayısına güvənən Əfqan Abdullayev bu təhqirinə görə qanun qarşısında cavab verəcək.
Deputatın bacısı oğlu ilə bağlı sosial mediada geniş kampaniyaya başlanılıb. Artıq sosial şəbəkələrdə deputatın bacısı oğlunun cəzalandırılması tələb olunur. Şikayəti isə olduğu kimi təqdim edirik. "Mən Rəfiyev Fərhad Rasim oğlu başıma gələn məmur özbaşınalığı ilə bağlı Azərbaycan ictimaiyyətinə müraciət edirəm. Bu ilin Yanvar ayında 10 il satıcı işlədiyim Ştutqart mağazalar şəbəkəsinin rəhbəri Əfqan Abdullayev və dayısı şirkətin qeyri rəsmi sahibi millət vəkili Nəriman Əliyevin mənə və ailəmə göstərdikləri qorxu və təzyiq nəticəsində mənim bütün əmlakım əlimdən alındı. Millət vəkili Nəriman Əliyevin mənə telofanla və şəxsən görüş zamanı etdikləri təzyiqdən sonra mənim 109 kvadratlıq evim bacısı oglu Əfqan Abdullayevin adına keçirildi. Mənim, həyat yoldaşımın və qardaşımın idarə etdiyimiz 3 avtomaşın isə deputat Nəriman Əliyevin qardaşı olgu Əliyev Qubad İmran oglunun adına keçirildi. Bir gün içində mən və həyat yoldaşım göz yaşları içində qorxaraq bütün əmlakımızı millət vəkili Nəriman Əliyevin bacısı və qardaşı oglanlarının adına keçirdik. Bütün Azərbaycan ictimaiyyətindən xahiş edirəm ki məsələni gündəmdə saxlayasınız. Mən iki övladımla evsiz qalmışam.”
QEYD: Növbəti audio-video faktları da təqdim edəcəyik.(7news.az)