HƏM DÖVLƏTİ,HƏMDƏ MİLLƏTİ ALDADAN SAHİBKAR -ARAŞDIRMA +VİDEO

21-04-2017, 19:32           

Azərbaycanda sahibkarlığın inkişafına dövlətimiz xüsusi qayğı göstərir.Amma çox əfsuslar olsun ki,bəzi sahibkarlar saxta yollarla həm dövləti,həmdə milləti aldadaraq saxta yollarla ciblərini doldururlar. Onuda qeyd edək ki,dələduzluq yolu ilə fəaliyyət göstərən yalançı sahibkarlardan şikayət edənlər az deyil. BakuPress.Az saytı olaraq, vaxtaşırı vətəndaşların şikayətlərini dərc edir və bu cür problemləri araşdırır və işıqlandırırıq. Bu günlərdə redaksiyamıza Qəhrəmanov Anar Yaşar oğlunun rəhbərlik etdiyi mənbəyi və işində ciddi saxtakarlıq olan "Ebru firması" haqqında məlumat daxil olmuşdur.Həmin firmanın fəliyyəti sintetik boyaların istehsalından ibarətdir.Onuda qeyd edək ki,adı çəkilən müəssənin istehsal yeri məhsulların üzərində Sumqayıt şəhəri ,9-cu mikrarayon qeyd edilsədə həmən ünvanda heç bir firma yaxud istehsalat obyekti aşkarlanmadı.Adı çəkilən Qəhrəmanov Anar Yaşar oğlu bu firmaya rəhbərlik etsədə heç bir rəsmi sənədlərdə onun adını aşkarlamaq mümkün deyil. Araşdırmamız zamanı adı çəkilən müasisənin ilk istehsal sexi Sumqayıt şəhər 3-cü məhəllə Xəzər bağları massivində Anar Qəhrəmanova məxsus villada və villanın içindən keçidlə birləşən arxa tərəfdən naveslə birləşən kiçik evdə sex kimi fəaliyyət göstərən yerdə başlayıb. Qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qəhrəmanov Anara məxsus müəssisədə boya məhsullarının istehsalı üçün standartın tələblərinə uyğun heç bir şəraitin olmadığı müəyyən olunub,həmçinin oradakı bütün dəzgahlar standartdlara uyğun olmayan usta Mayıl və usta Buzər tərəfindən qeyri satandart yiğilmışdır.Onuda qeyd edək ki,boyanın istehsalı üçün texnoloji reqlamentlə təmin edilməyib, məhsullarda boyanın markası düzgün təyin olunmur.Bundan başqa Suraxanıda Anar Qəhrəmanova məxsus villada depo kimi fəliyyət göstərir ki,bura gecələr onlara məxsus yük maşınları mal yükləyir.Buda sakinlərin narahatçılığı və şikayətinə səbəb olur.2016-cı ilin sentyabr ayından Sumqayıtdakı 3-cü məhəllə Xəzər bağları massivindəki yerləşən istehsalat avadanlıqları Binəqədiyə icarəyə götrülmüş müəsisəyə köçrülür.Hazırda adı çəkilən ünvan depo kimi fəliyyət göstərir.Məsələnin ən maraqlı məqamı isə Anar müəllim "Metak" şirkətinin işçisi olduğu halda sahibkar kimi fəaliyyət göstərir və eyni zamanda bazara məhsullarını "Metak" firmasının adı ilə yayımlayır.Görəsən Metak şirkətinin bundan xəbəri varmı?Əgər varsa hansı səbəblərdən bu cür saxtakarlığa göz yumur.Oda məlumdur ki,"Metak" şirkətində plastik ,polad boru və müxtəlif çeşidli məhsulların hazırlanması ilə məşğuldur boya istehsalı ilə heç bir elaqəsi yoxdur.Amma Sumqayıtda 42-ci məhəllədə yerləşən "Metak" şirkətinə məxsus mağazada boya olaraq Ebru firmasının müxtəlif çeşidli malları satılır təqdim etdiyimiz fotolardada ora bu məhsulları boşaladan yük maşınlarını görə bilərsiniz.Bundan əlavə adı çəkilən qondarma "Ebru firması"nda qeyri qanuni işçilər çalışır.Bir sözlə bu firma qanuni yox qanundan kənar qanunlarla fəaliyyət göstərir.Məsələ ilə bağlı Anar müəllimlə görüşüb mövqeyini bilmək istədikdə,Anar müəllimdən çox özünü onun dayısı kimi təqdim edən Vaqif müəllim bizə sualımıza sualla cavab verdi.Yaxşı bunu araşdırmağınızın məqsədi nədir?Guya bilmirsiniz bu ölkədə əyri yollar olmasa iş görmək olmaz.Hətta hədə- qorxu gələrək bunuda bildirdi ki,bizimlə dost olanla dostuq,sataşana isə bizdə sataşırıq.05.04.2017-ci il Anar müəllim bizə möveqiyini bildirməkdənsə iş yerinə qayıdaraq bir neçə qeyri qanuni çalışan işçiləri işdən azad edib.Anar müəllim ,təpədən dırnağa çirkab içindəsiniz, 5 işçini azad etməklə siz o çirkabı təmizləyə bilmərsiniz.Ən əsas və dövlətimizin qanunlarına zidd və cinayət əməlli bir məsələyə aydınlıq gətirmək üçün Agentliyimiz araşdırmasını davam etdirərək,Binəqədi rayonu Biləcəri qəsəbəsi,Yasamal rayonu,Sədərək ticarət mətkəzindəki,Bakı şəhəri 9-cu mikrarayon və 6-cı mikrarayondakı tikinti materialları dükanlarında məhsullara baxış zamanı" Ebru" boyalarının üzərində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinın qoyduğu qaydanı pozaraq AZS 035 98 rəqəminin üzərinə qeyri qanuni özləri standart markanı AZS 034 98 yapışdırlmışdır.Bunu həmin dükanlarda məhsullara baxış zaman təqdim etdiyimiz fotoşəkillərdə görə bilərsiniz.Dövləti və milləti saxta yollarla aldadaraq böyük biznesə malik olan bir qrup mütəşəkkil dəstə təkcə Bakı və Sumqayıtda deyil eyni zamanda Yevlax,Gəncə və Lənkəranda böyük depolara malikdirlər.Hər kəsə məlumdur ki,yalnız əmtəə nişanı ondan istifadə edilməsi üçün firmaya müstəsna hüququ təmin edir və firmanı "oxşarları çaşdıran" nişanların rəqiblər tərəfindən tətbiqini qoruyur. Məşhur firmalar firma adını və ya nişanını çox zaman görünən yerdə yerləşdirirlər. Dilerlərin, topdansatış və pərakəndə ticarət firmalarının markaları çox zaman malın qabında (qablaşmasında) yerləşdirilir.Araşdırmamız zamanı" Metak" şirkətinə yollandıq ki,məsələyə aydınlıq gətirək.Şirkətin ictimayyətlə əlaqələr şöbəsinə müraciət etdik.Abbas müəllim işdə olmadığı üçün telefon əlaqəsi saxladıq.Abbas müəllimə "Ebru" boyalarının araşdırmamız zamanı bütün dükanların bu qanunsuz satılıan boyaların Metak şirkətindən aldıqlarını bildirdilər.Bizədə məlumdur ki,"Metak" şirkəti boya istehsal etmir.Bunlardan şirkətin xəbəri varmı? Abbas müəllim belə açıqlama verdi:"Əvvəla bzim bundan xəbərimiz yoxdur.Metak şirkəti sizə məlum olduğu kimi boya istehsal etmir.Metak.az saytında bütün məhsullarımızla tanış ola bilərsiniz.Görünür hansısa müştərimiz bizim məhsulları satarkən boyaları bizim adımızdan təqdim edir.Metak şirkəti bu cür qanunsuzluğa yol verə bilməz.Hazırda məzuniyyətdəyəm.Satış müdirimizdə şirkətdə yoxdur.17.04.2017-ci ildə şirkətimizə gəlin bu məsələni araşdırıb bizdə nəticəni sizə təqdim edək.Yəqin ki,şirkətin nüfuzuna xələl gətirən bu qanunsuzluqlara bizdə öz növbəmizdə xüsusi tədbirlər görəcik." Geniş miqyasda məşhur olan və bazarda möhkəm nüfuza malik olan digər firmanın əmtəə nişanından istifadə etməyi arzu edən firma yalnız müqavilə lisenziya ayırmalarına görə bu marka üçün patentin sahibinin icazəsi ilə bunu edə bilər.Metakın adından istifadə hələdə bizə qaranlıqdır təbii ki,qarşı tərəf olaraq Metak şirkətinində mövqeyini öyrənib təqdim edəcik.Qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə Qəhrəmanov Anar Yaşar oğluna məxsus müəssisə barəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə, həmçinin sexdə istismar edilən dəzgahlar və sexin texniki təhlükəsizlik standartlarına, normalarına, qaydalarına və texniki sənədlərə uyğun olmasını təsdiq edən sənədlərinin yoxlanılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə,AZS saxta yolla məhsulun üzərinə yapaışdırlması barəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə apardığımız araşdırmanı təqdim edib aidiyyəti olan digər orqanlardan rəsmi araşdırılıb qiymət verilməsini gözləyəcik .Qeyd edək ki, 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi-cənab Prezidentin qarşıya qoyduğu başlıca hədəflərdir.Amma bu cür saxtakar yolla yalnız ciblərini düşünən bir çox yalançı sahibkarlar dövlətə və millətə ziyan vururlar.Baş nazirin müavini Əli Əhmədov mətbuata son açıqlamasında göz vurğuladı ki,bəzi sahibkarlar vicdan hisslərini itiriblər.Araşdırmamız davam edir .Yazıda adı çəkilən hər bir kəsin qarşı tərəf olaraq mövqeyini dərc etməyə hazırıq
Biləcəri tikinti dükanı



Yasamal İnşaatçılar metrosunun yanında tikinti dükanı


Sədərək ticarət mərkəzi Anar Qəhrəmanovun

öz dükanı


Sumqayıt, 3-cü məhəllə Xəzər bağları massivində

Anar Qəhrəmanova məxsus ev. Evin arxa tərəfində

evə bitişik kiçik ev. Əvvəl istehsalın getdiyi yer hazırda

isə bu ev depo kimi fəaliyyət göstərir


9-cu mkr tikinti dükanı


9-cu mkr tikinti dükanı 2




Suraxanıdakı villa depo kimi fəaliyyət göstərir

gördüyünüz isə depodan yük daşıyan maxınlardır





Sumqayıq 42-ci məhəllədə Metakın məhsullarına aid

dükan. Dükanda yalnız Ebru firmasına aid boyaların

satışı gedir





6-cı mkr-da tikinti dükanı



Binəqədidəki sentyabrdan arendaya götürülmüş

istehsal sexi, labaratoriya ve depo

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.