Fazil Məmmədov Aydın Qasımovun oğluna vəzifə verdi – MARAQLI FAKTLAR

22-04-2017, 20:47           
Fazil Məmmədov Aydın Qasımovun oğluna vəzifə verdi – MARAQLI FAKTLAR
Vətəninfo.Az “Aydın Qasımov və yeni oyunları” başlıqlı məqaləni 19.04.2017-ci il tarixdə yayımladıqdan sonra, redaksiyamıza Aydın Qasımovla bağlı maraqlı məlumatlar daxil olmağa başldı.
Qeyd edək ki, ədliyyə general-mayoru Aydın Qasımovla bağlı daxil olan məlumatlar doğurdan da insanda təccüb yaradır.Amma qeyd edək ki, Aydın Qasımov kimilər çox təssüflər olsun ki, müasir Azərbaycanımızın qurucusu və memarı mərhum prezidentimiz Heydər Əliyevin humanizim pirinsiplərindən geninə-boluna yararlanmağı da bacarırlar.

Bunun bariz nümunəsi 2003-cü ildə Ulu Öndərimizin layiqli davamçısı İlham Əliyevin Azərbaycan Respublikasının prezidneti seçilməsinə qarşı çıxan Aydın Qasımov kimi birinin övldadları bu gün yüksək vəziflər tuta bilməzdilər.
Ola bilsin ki, bəzi “ağzıgöyçək”lər deyəcəklər ki, atanın hansısa hərəkətinə övladlar cavabdeh deyil.Amma siyasi müstəvidə bu yanaşma elə də qəbul edilmir.
Əgər elə olmuş olsaydı Eldar Sabiroğlunun oğlunun ortaya qoyduğu siyasi mövqeinə görə Eldar Sabiroğlu hədəf taxtasına çevrilməməli idi. Aydın Qasımov ortaya qoyduğu mövqeinə görə olabilsin bugünə kimi özünü sğortalaya bilib və Əli İnsanov kimi barmaqlıqlar arxasına düşməyib.
Ancaq görünən o dur ki, ədliyyə general-mayoru həm də uyanıq olub və müxtəlif zamanlarda əlinə düşən fürsətlərdən yararlanaraq övladlarını vəzifələrə çəkdirə bilib.
Fazil Məmmədov necə oldu Aydın Qasımova inandı?
Maraqlısı budur ki, Aydın Qasımov mövcud hakimiyyətə qarşı Rəsul Quliyev komandasında görərək,müxalif düşərgəni gizli şəkildə dəstəkləsə də, oğlu Ramiz Qasımzadəni Vergilər nazirliyində babat bir posta otuzdura bilib.Amma sual oluna bilər ki, Vergilər nazirliyində işə götürülənlərin yeddiarxa dönəni araşdırılaraq işə alındığı halda necə oldu ki, Fazil Məmmədov Aydın Qasımovun oğlunu nazirliyin Hüquq İdarəsinin rəisi postuna təyinatına göz yumdu.
Bununla bağlı apardığımız araşdırma zamanı Vergilər Nazirliyindəki adını açıqlamaqdan imtina edən mənbədən maraqlı məlumat daxil oldu.
Məlumatda qeyd edilir ki, Ramiz Qasımzadənin vergi orqanlarında yüksəlişinin arxasında Vergilər nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi olmuş, MTN işi ilə bağlı adı davamlı medianın gündəmindən düşməyən Vidadi Məmmədovun böyük rolu olub.Məlumata görə, Ramiz Qasımzadə ona vəzifə pillələrində böyük dəstək olan Vidadi Məmmədova heç də borclu qalmırmış və əlindəki səlhiyyətlərdən istifadə edərək nazirliyin vergi ödəyiciləri və sistemidə qeydiyyatda olan iş adamlarının,əsasən də vəzifəli şəxslərə yaxın MMC və digər şirkətlərin ümumi siyahəsən Vidadi Məmmədova çatdırırmış.
İddialara görə, Vidadi Məmmədovla Aydın Qasımov arasındakı münasibətlər yüksək olduğundan, Vidadi Məmmədov MTN işi məsələsində sorğu-suala çəkildiyi zaman onun bu qədər məlumatı əldə edərək Akif Çovdarov çetesinə ötürməsində kimlərin yardımından istifadə etdiyi soruşulanda hər vəclə məlumatları Ramiz Qasımzadə vasitəsi ilə əldə etdiyini boynundan atıb.
Məlumata görə, Ramiz Qasımzadə və başqa bir dövlət orqanında yüksək post tutan digər qardaşı ataları ilə bağlı gündəmə gələn xəbərlərdən çiddi şəkildə narahat olmağa başlayıblar. Əgər belə olmasaydı saytımızın baş redaktoruna yaxın olan şəxslərə minnətçi düşməzdilər. Çünki, Heydər Əliyev ideya və dəyərlərinə xəyanət edən birinin övladları atalarının bəyənmədiyi mövcud hakimiyyətin müxtəlif sahələrində belə belə yüksək postlarının silkələndiklərinin fərqindədirlər. Vergilər naziri cənab Fazil Məmmədov ola bilsin ki, elə də uzağ olmayan yaxın keçmişdə baş verənləri unudub.Amma cənab nazirin 2003-cü ildə baş verənləri unutması doğurdan da qəbuledilməzdi.
Çün ki, 2003-cü ildə baş verən olaylar göstərdi ki, əgər İlham Əliyev hakimiyyətə gələrək prezidnet seçilməsəydi bəlkə də bu gün Şərq dünyasının inkişaf edən ölkələrindən birinə Azərbaycan çevrilə bilməyəcəkdi.
Qeyd edək ki, Aydın Qasımovla bağlı yayımladığımız məqalədə deyilirdi ki,bir çoxları Ulu Öndər Heydər Əliyevin vəfatından sonra, hakimiyyət daxilində parçalanmaların baş verəcəyini, Heydər Əliyevin yaratdığı komandanın İlham Əliyevi dəstəkləməyəcəyini düşünərək oturduqları kereslolarını qorumaq məqsədi ilə özlərinə yeni qəyyum axtarışına çıxdıqları heçkəsə sir deyil.
2003-cü ildə Müasir Azərbaycanımızın qurucusu və memarı olan Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin prezident seçilməsi və Azərbaycanda sözün həqiqi mənasında ciddi və rezonans yaradacaq addımlar atması belə qüvvələri möhkəm silkələdi.
Amma belə masqalanmışlar hesab edirdilər ki, İlham Əliyevin prezident seçilməsinə kölgə salınması ilə bağlı təşkil olunan qaralama kompaniyalarına verdikləri dəstəklər üzə çıxmayacaq və onlar yenə də bildiklərini edəcəklər.Amma atalar demiş “Evdəki qiymət bazardakına uyğun gəlmədi”. Yəni belə oyunbazlar bir-bir ortaya çıxarılaraq tutduqları vəzifələrdən süpürülüb atıldılar.
Belələrindən biri də keçmiş səhiyyə naziri Əli İnsanovu və keçmiş iqtisadi inkiçaf naziri Fərhad Əliyevin qruplaşmasında yer alan və birbaşa keçmiş spiker Rəsul Quliyevin əmirləri ilə hərəkət edən “Petensiar Xidməti”nin rəisi general-mayor Aydın Qasımov idi. Aydın Qasımov ona general rütbəsi verən Heydər Əliyev siyasi xəttinə dönük çıxaraq Rəsul Quliyevin əlaltısına çevrilməsi və prezident İlham Əliyevə qarşı yaradılmış olan qrupda gizlin olaraq fəaliyyət göstərməsi ilə necə bir “sədaqətli”general olduğunu göstərdi. Aydın Qasımovun belə bir “Dönük” hərəkəti ona ehtimad göstərənləri pis vəziyyətə salmaqdan başqa bir şey deyildi. Aydın Qasımovun belə bir addım atmasının səbəblərindən biri kimi onun gözünün Ədilyyə Naziri postuna dikməyi əsas gətirilsə də, heç də əsas vermirdi ki, oturduğu kresloya xəyanaət etsin.
Məlumatlara görə,Aydın Qasımovla Rəsul Quliyevin qaydışına o qədər inanmışdır ki, hətta hakimiyyət əleyhinə keçirilməsi nəzərdə tutulan aksiyalarda iştirak etmək üçün hətta lazım gələcəyi təqdirdə bir gecədə bütün həbsxanaların qapısını açaraq cəmiyyət üçün olduqca təhlükəli olan əksər məhbusların qaçmasına və hakimkiyyət əlehinə təşkil olunacaq mitinqlərdə iştirakını belə şərait yarada bilərmiş.
Məlumata görə, Okianın o tayında Azərbaycan üçün qurulan planların tərkib hissələrnindən bir məs belə olub. Hətta “vor v zakone” kimi tanınan kriminal aləmdə ad san qazanan adamları da bu işə cəlb etmək belə planın parçası olub. Aydın Qasımovu tanıyan hər kəs bilir ki, onun kriminal aləmdə olan qanuni oğrularla çox yaxşı və isti münasibətləri olub. Ancaq bütün bu məsələdən öncədən xəbər tutan ölkənin xüsusi xidmət orqanları Aydın Qasımovun planlarının üstündən xətt çəkiblər. Hətta Rəsul Quliyev və dövlət çevrilişində əli olan digər şəxslər sonradan öz müsahibələrində bildirirdilər ki, əgər çevrilş baş tutsaydı ölkənin bir çox məmurları və generalları və xüsusən də ədiliyyə generalları bizi dəstəkləyəcəkdi. Bütün bu proseslərin üstünü isə hazırki DİN naziri Ramil Usubov açdı. Çünki Ramil Usubov Aydın Qasımovu çox yaxşı tanıyırdı və bir zamanlar Aydın Qasımov polis əməkdaşı olmuş, bir neçə rayonun polis rəisi də olmaq şansı əldə etmişdi və olmuşdu. Bəs Aydın Qasımovun bu xəyanətinə görə niyə onu həbs etmədilər?
Ancaq yəqin ki, nə zamansa ədalət öz yerini tapacaq və Aydın Qasımov da Əli İnsanovun taleyini yaşamalı olacaq. Aydın Qasımov hazırda hansı işlərlə məşğul olur, dövlət əlehinə daha hansı işlərdə fəaliyyəti var və övladları, qardaşları hansı görəvlərdədir sualına növbəti sayımızda görə biləcəksiniz.
-Aydın Qasımovun digər oğlu hansı vəzifədə işləyir?
-Onu bu vəzifəyə kim irəli çəkib?
Bizi izləyin
Qarşı tərəfin fikirlərini işıqlandıramağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.