Cüdo federasiyasında "LİPA" idmançılar - Federasiya rəıhbərliyinin bu məsəl\ələrdən xəbəri var?
24-04-2017, 07:52
teref.az-nun elektron poçtuna gələn bu şikayət məktubu ilə sizləri tanış edirik. Şikayətçi Akif bəy yazır:
Cəfər Əkbərov 1997-ci il təvəllüdlü olsa da yarışlara qatılması üçün yaşı azaldılaraq 2000-ci il kimi göstərilib. Beləliklə də o, özündən üç yaş kiçik cüdoçularla yarışa qatılır və onların idman karyerasının üstündən qara bir xətt çəkilr. Bu təvəllüd dəyişikliyi təbii ki məşqçilərin işidir. Onlar bu üsulla asanlıqla uğur əldə etmək məqsədi güdürlər. Lakin bu LIPALAR yeniyetmə idmacilarimizin gələcək ugurlarinin qabagini alir və onlarin gələcək həyatinda boyuk bir yara olur!
Mən bu haqda cüdo federasiyasına etirazımı bildirmişəm. Lakin oradan mənə Cəfər Əkbərlinin 2000 – ci il doğumlu olması haqda məlumatlı olduqlarını bildirdilər. Daha sonra Akif bəy teref.azya yazır ki, ancaq onlar da bunun yalnış olduğunu bilməmiş deyillər. Bildirmək istəyirəm ki, Cəfər bu günlərdə Avropa çempionu olmuş Hidayət Heydərovla bir sinifdə oxuyub. Hidayət böyüklərlə güləşdiyi halda Cəfər Əkbərli özündən üç yaş kiçiklərin qrupunda mübarizə aparır.
Mən Yaqubov Akif Yəhya oğlu bu məsələnin qanunlarımız çərçivəsində həll olunması üçün əlimdən gələni edəcəyimi bildirirəm. Və bu işdə əli olan bütün insanların cəzalanmasını tələb edəcəm.
Dövlət başçımız gənc nəslin tərbiyəsinin sağlam təməl üzərində qurulması üçün əlindən gələni edir. Fiziki cəhətdən yüksək hazırlıqlı gənclərin gələcək karyeraları üçün təhlükənin olmaması üçün rahat şərait yaradılmışdır. Təəssüflər olsun ki bəzi saxtakar mütəxəssislər bu sahədə də özlərinə kök salmağa nail olublar.Və istedadlı gənclərimizin yolunu kəsməklə məşğuldurlar. Digər valideynlər də bu işdən çox narazıdırlar.
İdman növlərində dəqiq qaydalar mövcuddur. On yeddi yaşlı idmançılar iyirmi yaşlılarla yarışa bilməzlər. Mən əminəm ki, federasiyanın rəhbəri Rövnəq Abdullayevin belə məsələlərdən xəbəri yoxdur. Çünki o, bu federasiyaya rəhbərliyə gələndən sonra bu idman növündə xeyli irəliləyiş baş vermişdir. Mən onun bu lipa məsələsini ədalətlə həll edəcəyinə və bu məsələdə verəcəyi qərarla yeniyetmə idmançılara dəstək olacağına inanıram.
Yaqubov Akif Yəhya oğlu
teref.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
teref.az