21 əsrdə Əkbər Hacıyev Bakıda neft rayonlarını qazsız qoyub, odun yandırılır - Faktlar

27-04-2017, 09:02           
21 əsrdə Əkbər Hacıyev Bakıda neft rayonlarını qazsız qoyub, odun yandırılır - Faktlar
“Azəriqaz” İstehsalat Birliyindən heç qışda olmadığı qədər narazılıq, qəzəb və şikayət var

Ulus.Az-ın xəbərinə görə, abonentlər qazın tez-tez kəsilməsi, təzyiqin aşağı olması, evlərdə odun yandırmağa məcbur qalması barədə müraciətlər ünvanlayır.
Təhminə Babayeva yazır ki, Nizami rayonu Qaz İdarəsindən cana doyublar6 “Qış uzunu çox zəif qaz gəldi. Mən də körpə uşaqlıyam, bir düz-əməlli uşağı çimizdirə bilmədik. Hələ özümüzü demirəm.

İndi də nə yemək bişirmək olur, nə hamam isitmək, nə bir iş görmək olur. Bu problem haçana kimi davam edəcək? Nizami neftçi rayonudur, qaz problem olmamalıdır. Rövnəq Abdullayev özü bu rayondan deputat seçilib. Ancaq biz normal təzyiqlə qaz görmürük”.

Ulus.Az-ın xəbərinə görə, eyni problemlə Səbayel rayonu, 2-ci Mədən massivi, Arif İsmayılzadə küçəsinin sakinləri də üzləşiblər.

A.İsmayılzadə 33 ünvanında yaşayan sakinlər qeyd edirlər ki, neft buruqlarının üstündə yaşayırlar, gəl ki qaza həsrət qalıblar. Bakının heç bir yerində Nizami və Səbayel rayonlarında olduğu kimi qaz fəlakəti yaşanmır.

Hər ikisi neft-qaza bağlı olan rayonlardır. Amma İB sədri Əkbər Hacıyev camaata müsibət yaşadır.

Bu qış “Azəriqaz”ın fəaliyyətindən saysız-hesabsız şikayətlər olub. “Azəriqaz” İstehsalat Birliyindən şikayətlər artır.

Ölkə qaz problemindən əziyyət çəkir. Soyuqlar düşər-düşməz paytaxt Bakı da daxil olmaqla bütün yaşayış məntəqələrində mənzillərə verilən mavi yanacağın təzyiqi aşağı düşüb.

Tarif Şurası noyabrın 28-də kommunal xidmətlərin bahalaşması ilə qərar verib. Təbii qazın qiyməti Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında artırılıb.

Bakı və Abşeron yarımadasında mavi yanacaq fəlakəti yaşanır. Paytaxtın müxtəlif rayonlarında, o cümlədən Xırdalan, Abşeron, Sumqayıt kimi ərazilərdə qazın verilişində ciddi problemlər yaşanır.

Hər gün abunəçilər “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyindən şikayətlənir. Onların sözlərinə görə, Əkbər Hacıyevin yarıtmaz idarəçiliyi nəticəsində mənzillər, məktəblər donur.

Abunəçilər qeyd edirlər ki, qaz kartının balansı dolu olsa da, evlərə az verilmir. “Azəriqaz” bu il heç vaxt olmadığı qədər vətəndaşlara işgəncə yaşadır.
P.S. teref.az olaraq qeyd etmək istəyirik ki, Səbail rayonu 20-ci sahə deyiln ərazidə nəinki yuxarıda adı çəkilən ünvanda bütün Salyan yolu şossesinin ətrafında qaz deyilən məvhuma həsrətdirlər.Ya qaz verilmir, ya da elə verilir ki, buna qaz demək olmaz.Sadəcə qazın işıltısı gəlir.
21-ci əsrdə şəhərin mərkəzi sayılan Səbail rayonu 20 sahədə camaat odunla xörək bişirib, odun peçi ilə qızınrlar.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.