Goranbayda “G Group”un prezidenti Qalib Mustafayevin Amon və İsida adlı itlərinə toy etməsi məsələsi hələ də gündəmdədir.
teref.az xəbər verir ki, məsələ ilə yayılan növbəti xəbərdə məclisdə badə qaldırıb sağlıq deyən polkovnik-leytenant rütbəli şəxsin kimliyi açıqlanıb. Belə ki, 3 dəqiqə 1 saniyəlik videoda kadra düşənlərdən birinin dövlət məmuru olduğu deyilir. Ulus.az-ın yazdığına görə, videonun 57-ci saniyəsində aşıqların arxasında kadra düşən 2 nəfər var. Hündürboylu “bəy”lə “gəlin”in sabibi Qalib Mustafayevdir, digəri isə qudası, Goranboy Rayon Polis İdarəsinin şəxsi heyətlə iş üzrə rəis müavini, polis polkovnik-leytenantı Sulduz Məmmədovdur. S.Məmmədov Amon və İsidanın toyunda badə qaldırıb sağlıq dedyi yerdə də videokadrlara düşüb. Lakin həmin kadrlar dünya torunda yayılan videoparçada yer almayıb. Polis polkovnik-leytenantı S.Məmmədov "toya" iş vaxtı qatılıb.