Ukrayna diasporumuzda nələr baş verir - Azərbaycanlı diaspor rəhbəri və xalq artisti ermənilərin soyqırım tədbirində - FOTO

2-05-2017, 20:27           

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın dəvəti ilə 24 apreldə uydurma erməni soyqırımı ilə bağlı keçirilən anım mərasiminə qatılıb. R.Tağıyevlə birgə tədbirdə Ukrayna xalq artisti adını almış azərbaycanlı Qurban Abbasov da iştirak edib.

Bu iddia ilə Ukraynada fəaliyyət göstərən diaspora nümayəndələrindən biri "Bizim Yol”a bildirib. Mənbə həmin tədbirdə çəkilmiş fotogörüntüləri də göndərib.

"Qondarma erməni soyqırımı ilə bağlı keçirilən anım mərasimində iştirak etdiklərinə görə onlara sərt reaksiya göstərən azərbaycanlıları Rövşən Tağıyev "ictimai fahişə” adlandırıb. Onu da bildirim ki, R.Tağıyevin ötən ilin sonunda da ermənilərlə birgə yeni il şənliyinə qatılması fotoları mətbuatda yayılaraq Ukraynada azərbaycanlıların sərt tənqidinə tuş gəlmişdi. O isə mətbuata açıqlama verərək bunu vecinə almadığını, Aşot Avanesyanla yaxından dost olduğunu bildirdi. Hətta mətbuatdakı dostları vasitəsi A.Avanesyanın adından Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlama yaydırdı. Az keçməmiş Avanesyan bu fikirləri təkzib edərək, separatçı Dağlıq Qarabağı dəstəklədi. Bu R.Tağıyevin timsalında Azərbaycan diasporunun imicinə zərbə oldu”,-deyə mənbə bildirib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev iddialara cavab vermək istəməyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru