Neft oliqarxının qardaşı Neftçala rayon sakinlərə “gün verir, işıq vermir”

3-05-2017, 00:18           
Neft oliqarxının qardaşı Neftçala rayon sakinlərə “gün verir, işıq vermir”
Neftçala rayon işıq idarəsinin müdiri Vurğun Şirəliyev qardaşı Kompleks Qazma İşləri Trestinin rəisi Şirəliyev İsgəndərə arxayın olub rayon sakinlərə “gün verir, işıq vermir”.
İdarə rəisi Vurğun Şirəliyev abonentlərin gününü qara edib. “Azərişıq” ASC sədri Baba Rzayevə üz tutan Neftçalalılar yeni rəis təyinatı gözləyir. Sakinlər rayon İşıq İdarəsinin müdiri Vurğun Şirəliyevdən ciddi şəkildə narazıdır. Buna səbəb abonentlər qeyri-qanuni borcların yazılması, işıq təchizatında fasilələr, kəndlər və ətraf ərazilərdə işıqların tez-tez sönməsi, şikayətə gələnlərin isə kobud şəkildə təhqir olunmasıdır.Maraqı məqamlardan biri də dövlət idarə və müəssisələrinin, kənd məscidlərinin işıqlarını da kəsdirir.
Neftçala camaatının gününü zindan edən Vurğun Şirəliyev şikayətçiləri hədələyir və onları qapıdan içəri buraxmır. Abonentlərə qarşı kobud rəftarı və danışığı ilə rayonda tanınan bu məmur yuxarı instansiyalardan qorxmur. Vurğun Şirəliyev Belasuvar rayonunda İşiq idarəsinin müdiri işləyərkən ordan qovulmasına baxmayaraq qardaşı İsgəndər Şirəliyevin sahəsində yenidən Neftçala rayonunun işiq idarəsinin müdiri təyin olunub.
Dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan regionlarda elektrik xətlərinin yenilənməsi üçün pul ayrılır, ancaq həmin pullarla elektrik xətlərini yeniləmək əvəzinə kor təbi təmir edilir. Həmin pulları isə Vurğun Şirəliyev rayonda özünə böyük biznes imkanları yaradıb. Onun xeyli sayda süni gölləri (danba 70 ha) otlaq və əkin sahələri var (təxminən 500 ha).
İddia olunur ki, işıq idarəsi müdiri əldə etdiyi gəlirlərdən öz kommersiya şəraitini qurub. Bu azmış kimi, qaba xarakterə malik olan idarə rəisinin öz obyektlərində enerji istifadəsində maxinasiyalara yol verildiyi iddia edilir.Neftçala sakinlərinin bu məlumatları əsasında “Azərişıq” ASC-yə sorğu göndərməyə hazırlaşırıq.
Neftçala rayon sakini İbrahim Məmmədovun da başına anoloji hal gəlib. Beləki, işığı kəsilən abonent “Azərişıq”ın Neftçala filialından rayon prakurorluğuna şikayət etsədə , baxılmayıb.Bu da ona əsas verir ki, uzun illər rayonun işıq idarəsinə rəhbərlik etmiş Vurğun Şirəliyev dövlət büdcəsindən ayrılan vəsaitləri tək yeməyib.Əgər elə olmasaydı müxtəlif icra orqanları Vurğun Şirəliyevin qarşısını alardı.Onu da xatırladaq ki, Vurğun Şirəliyev Neftçala rayonunda xalqı hakimiyyətə qarşı qaldıran məmurlardandır.İstədiyi vaxt istədiyi yerdə işığı kəsən, tranformatorlara pul ayrılıb amma yalandan təmir aparan, qəzalı işıq dirəklərii və s. Bütün bunlara sərf olunacaq pullar isə yuxarıda qeyd etdiyimiz balıq nohurlarında və əkin sahələrində.
Mətbuatda Vurğun Şirəliyevin qardaşı Kompleks Qazma İşləri Trestinin rəisi Şirəliyev İsgəndər barəsində Gülənçiləri maliyyələşdirməsi barəsində yazılar gedir.Dövlətimizə, millətimizə zərər verəcək işlər və qurumlarla əməkdaşlıq etməsi halı mətbuatda dərc olunursa, deməli müvafiq qurumlar bu barədə ölçü götürəcək.Mətbuat olaraq yenidən xatırlatmağı məqsədə uyğun hesab etdik.
İsgəndər Şirəliyevin Neftçala rayonundakı milyonluq villaları hansı pulla tikdirib? Villanın həyətinə keçib işıqlandırmaq imkanımız olmasada, tikinti zamanı fəhlə kimi çalışmış rayon sakininin bildirməsinə görə villanın dəyəri milyonlarla ölçülür.”Kənardan belə görünməyinə baxmayın, rayonda ikinciu belə imarət, villa yoxdur.Həyətində bir hovuz var ki, onun qiymətinə iki -üç ev tikmək olar.Bütün şəraitlə təhciz edilib.”nia.az/
teref.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
teref.az
Həmin villanın əldə etdiyimiz fotolarını təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.