YAP-dan AXCP-yə kütləvi axın gözlənilir- Babaşova etraz

5-05-2017, 07:03           
YAP-dan AXCP-yə kütləvi axın gözlənilir- Babaşova etraz
Redaksiyaya göndərilən bəyanatda deyilir ki, Rəcəb Babaşova görə Yeni Azərbaycan Partiyasını tərk edib Xalq Cəbhəsi Partiyasının sıralarına qoşulmağa hazırlaşırıq
Bir qrup Qazax YAP-üzvləri Rəcəb Babaşovun əməllərinə etiraz olaraq Yeni Azərbaycan Partiyasının sıralarını tərk etməyə hazırlaşır. Belə ki, Qazax şəhərində Rəcəb Babaşovun göstərişi, əmr və tapşırıqlarına əsasən, əsassız yerə işdən çıxarılmış dövlət qulluqçuları, təhsil və məktəbəqədər müəssisə işçiləri, şəxsi mağazalarının qarşısından bir gecədə hasar cəkilmiş sahibkarlar, müxtəlif bəhanələrlə obyektləri bağlanan icarədarlar, bir sözlə bir qrup şəxs bir araya gələrək siyasi addım atmaq qərarına gəliblər. Dövlət tərəfindən Rəcəb Babaşovun əməllərinə son qoyulmasa növbəti ay bu bir qrup şəxs öz ətrafına zərərçəkmişləri toplayaraq rəsmi müraciətlə və mətbuata bəyan edərək Yeni Azərbaycan Partiyasının sıralarını tərk edib Azərbaycan Xalq Cəbhəsi Partiyasının sıralarına qoşulacaqlarını bildiriblər. Rəcəb Babaşovun əməllərindən zərərçəkmiş və bu işdə bizimlə həmrəy olan bütün şəxslərdən qeyd olunmuş email ünvanımıza məktub yazmağı xahiş edirik. Email yap.qazax@mail.ru
1-ci Bəyanat
Rəcəb Babaşovun şəxsiyyətini kifayət qədər araşdırmışıq. Mətbuatda çox geniş şəkildə Rəcəb Babaşovun vaxtıilə Eldar Mahmudov və Çovdarov komandasının fəal üzvü olduğu barədə məlumatlar və faktlar var. Cinayətkar dövlət xainləri Mahmudov və Çovdarov komandasında vaxtıilə yer almış Rəcəb Babaşov kimi bir şəxsdən, biz Qazaxlılara heç bir xeyir və fayda gələcəyini düşünmürük. Rəcəb Babaşov cinayətkar MTN komandasında yığdığı çirkli təcrübəni Qazaxlıların üzərində tətbiq etməyə başlayıb. Görünən mənzərə bunu deməyə tam əsas verir. Rəcəb Babaşov öz aqressiv xarakteriylə və qeyri adekvat davranışları və qərarlarıyla cəmi 1 il ərzində Qazax rayonuna kifayət qədər narahatçılıq yarada bilmişdir. Ona görə də biz Rəcəb Babaşovdan narazıyıq. Bu şəxsin əməlləri Qazaxda ictimai narazılıq yaradır.
Keçmişi şübhəli olan, şəxsiyyəti şübhə doğuran bir şəxsin Qazax şəhərinə rəhbər olması biz Qazaxlıları çox narahat edir. Babaşovun mənfi əməlləri artıq ictimayyətdə hər kəsə bəllidir. Rəcəb Babaşovun psixi durumu onunla bircə dəfə ünsiyyətdə olmuş hər bir şəxsdə şübhə doğurur. Rəcəb Babaşovun davranışlarına diqqətlə fikir verəndə, onun tam sağlam bir şəxs olduğuna inanmaq çox çətindir. Rəcəb Babaşovun tabeçiliyində olan şəxslərə qarşı söyüş və təhqirlə davranışı, təhdid diliylə danışması, dövlət işində işləyən şəxslərin günahsız işdən çıxarılması çoxlu sayda obyektlərin bağlanması, və s. əməlləri Qazaxlılarda ciddi narahatlıq yaradır. Sahibkarlara və iş adamlarına etdiyi basqılardan da hər kəsin xəbəri var. Rəcəb Babaşov vəzifəsindən sui istifadə edərək öz çirkin niyyətlərini həyata keçirmək üçün polis və prokurorluq orqanlarından istifadə edir.
Bütün bunları nəzərə alaraq biz Rəcəb Babaşovun əməllərindən və qərarlarından zərərçəkmiş bir qrup YAP üzvləri növbəti ayların birində rəsmi bəyanatla YAP-ın sıralarını tərk edib AXCP-yə üzv olmaq haqqında qərar qəbul etmişik.
Rəcəb Babaşovun əməlləri daha ciddi və arzuolunmaz fəsadlara gətirib çıxarmamış dövlət ciddi qərar qəbul etməlidir. Ona görə də rəsmi Bakıdan xahiş edirik, Qazaxlılara hörmət əlaməti olaraq Rəcəb Babaşovun vəzifəsindən kənarlaşdırılmasıyla bağlı qərar verəsiniz.
Hörmət və Ehtiramla bir qrup Qazax YAP-üzvləri
/gundemxeber.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.