Deputata qarşı ağır ittihamlar... - Avtoritet, sələmçi, nömrə həvəskarı, “pasportstol”, yoxsa..?

5-05-2017, 11:52           
Deputata qarşı ağır ittihamlar... - Avtoritet, sələmçi, nömrə həvəskarı, “pasportstol”, yoxsa..?
Xeyli müddətdir Qafqaz Xəbər Agentliyi Tibb Universitetinin keçmiş rektoru, Milli Məclisin üzvü Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovun əməlləri ilə bağlı maraqlı yazılar dərc edir. Əvvəlcə həmin yazıların çox qısa xülasəsinə nəzər salaq. Deməli, Bakı şəhər sakini Vüqar Bağırov Prezident İlham Əliyevə müraciət edərək bildirir ki, şəriki olduğu şəxsdən 3 milyon 500 min dollarını ala bilmədiyi üçün yaxın qohumu Azər Əmiraslanovla məsləhətləşir. Və Azər Əmiraslanov deyir ki, heç hara müraciət etmə, mən pulunu qaytaracam.

Həqiqətən də bir müddət sonra Azər Əmiraslanov qohumunun pulunu geri ala bilir. Ancaq 2 milyon qohumuna versə də, 1 milyon 534 min dolları özü mənimsəyir. Və şikayətçi öz pulunu Azər Əmiraslanovdan tələb edir..

Birincisi, Azər Əmiraslanov niyə qohumuna hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət bilmir..? Məgər Azər Əmiraslanov avtoritetdir, nədir ki, milyonlarla pulun “razborka”sına gedir..? İkincisi, pulu geri ala bilibsə, niyə pulun az qala 50 faizini mənimsəyir..? Heç ən biabırçı sələmçilər belə hərəkət etmir..? İndi isə Azər Əmiraslanovun başqa bir əməlinə nəzər salaq. Azər Əmiraslanov Milli Məclisin maşın qarajına məxsus avtomobil nömrəsini mənimsəyərək ona məxsus ”Azər Türk Med” MMC klinikasının balansına keçirib. Bəlkə, Azər Əmiraslanov atası ilə birgə deputat seçilib? Bəlkə, deputatlıq sizin ailəyə icarəyə verilib, cənab professor Azər Əmiraslanov..?

Bəli, professor… Allah qoymasa, bu əməllərin sahibi professordur… Görəsən, hansı normal cəmiyyətdə professor pul “razborka”sında iştirak edir..? Hansı özünə hörmət qoyan profeessor ona aid olmayan “deputat avtomobili”ndə gəzmək istəyər..? Bütün bunlar Azər Əmiraslanovun əməllərinin bir hissəsidir.

İndi isə məlum olub ki, Azər Əmiraslanov şəxsiyyət vəsiqəsi həvəskarıdır. Professorun belə bir hobbisi də varmış. Bəli, Azər Əmiraslanov düz 13 dəfə şəxsiyyət vəsiqəsini dəyişib. Görəsən niyə, nə məqsədlə..? Qoy bunu hüquq-mühafizə orqanları araşdırsın. Əlbəttə, hər bir vətəndaşın nəinki itmiş sənədini, pasportunu, şəxsiyyət vəsiqəsini dəyişdirmək hüququ var. Hətta yaşla da bağlı 15-20 ildən bir qanunla şəxsiyyət vəsiqəsi dəyişməlidir.

Biz hətta vətəndaşların adını, soyadını dəyişməsini də normal qəbul edirik. Belə hallar çoxdur. Vətəndaş müəyyən yaşa çatandan sonra adı xoşuna gəlmir və müvafiq orqanlara ərizə ilə müracit edərək adını dəyişdirir. Amma belə hal insan ömründə bir dəfə, iki dəfə, lap üç dəfə ola bilər. Sonra adamın öz həqiqi adı öz yadından çıxar və qohum-əqrəbadan soruşar ki…Mənim adım nədir..?

İndi görəsən Azər Əmiraslanov niyə düz 13 dəfə şəxsiyyət vəsiqəsini dəyişib..?

Bizə elə gəlir ki, bunun arxasında ciddi mətləblər dayanır.

Amma biz yazını yumora bitirmək istəyirik: Ümumiyyətlə, siz kimsiniz, cənab professor..?dia.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.