Mütəllibovçu Əhliman Əmiraslanov 1993-cü ildə mövqeyini necə DƏYİŞDİ..?
6-05-2017, 08:25
Qafqaz Xəbər Agentliyi Tibb Universitetinin keçmiş rektoru, Milli Məclisin üzvü Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovun əməlləri ilə bağlı maraqlı yazılar dərc edir.
Həmin yazıları oxuyanda adam istər-istəməz düşünməli olur ki, Moskva mühütində, ziyalı ailəsində böyüyən, təhsil alan, hazırda professor adı daşıyan bu şəxs görəsən bu əməlləri necə törədə bilir..?
Bu adam öz qohumunun 1 milyon 534 min dollarını necə mənimsəyir..?
Axı, qohumluq-əqrəbalıq müqəddəs dəyərdir.
Peyğəmbər əfəndimiz də deyirdi ki, qohumları ziyarət etmək savabdır, imandandır.
Amma Əmiraslanovlar nəinki qohumlarını ziyarət edir, hətta onlara “atırlar”. Əmiraslanovlar düşünür ki, “Yada yarısı, qohuma hamısı…”
Azər Əmiraslanovun başqa bir əməlindən söz açaq.
Bu adam parlamentin maşın qarajına məxsus avtomobil nömrələrini mənimsəyərək sahibi olduğu Azər Türk Med klinikasının balansına keçirib. Görəsən, Azər Əmiraslanovun əli Milli Məclisə necə çatır..?
Bəlkə ata-bala parlamenti özəlləşdiriblər..?
Azər Əmiraslanovun daha bir hobbisi barədə məlumat vermişdik.
Deməli, Azər Əmiraslanov 13 dəfə şəxsiyyət vəsiqəsini dəyişib. Adamdan soruşarlar ki, şəxsiyyət vəsiqəsini zəruri hallarda ( itəndə, korlananda, yaşla bağlı ) 2-3 dəfə dəyişərlər. Yoxsa 13 dəfə şəxsiyyət vəsiqəsini dəyişmək nədən xəbər verir..?
DƏYİŞMƏK…
Görünür təkcə şəxsiyyət vəsiqəsini deyil, çox dəyərləri tez-tez DƏYİŞMƏK ata-oğul Əmiraslanovlar üçün çox vacib və genetik bir xüsusiyyətdir.
Yoxsa 1990-cı ildə qatı Ayaz Mütəllibovçu olan, Mütəllibovdan deputat mandatı alan ata Əmiraslanov necə oldu ki, bir gündə mövqeyini dəyişdi..?
Bəlkə, o vaxtlar Əhliman Əmiraslanovun Ümumilli Liderimiz Heydər Əliyev barədə dediklərini yada salaq..?
Bəlkə, 12 balla Tibb Universitetinə qəbul olunan tələbələri deputatın yadına salaq..?
Bəlkə “cehiz verilən” ATU-nun diplomlarını keçmiş rektora xatırladaq..?
Bəlkə, keçmiş MTN şefi ilə dostluq əlaqələrinə işıq salaq.?
Bəlkə…
Amma indi aydın oldumu oğul-bala niyə 13 dəfə şəxsiyyət vəsiqəsini dəyişib..?
Çünki DƏYİŞMƏK bunlar üçün həyat tərzidir.
Mahmud Rasimoğlu
LEGİON
Mövzu ilə bağlı linklər:
Yol polisi özü özünü təkzib edir
Sənin adın nədir, cənab professor: Avtoritet, sələmçi, nömrə həvəskarı, “pasportstol”, yoxsa..?
Arif Əsgərovun baldızı deputat oğluna 1,7 milyon dollar verməsindən danışdı – NÜANSLAR
Əhliman Əmiraslanovun oğlundan Prezidentə şikayət olundu – MƏTN
Deputatın oğlu milyon yarıma “kollektor” xidməti göstərir?
Əhliman Əmiraslanovun oğlunun başına Sloveniyada nə gəlib? – NÜANSLAR
Klinika rəhbəri müstəqil mətbuatı şantajda ittiham edir – ABSURD
Əhliman Əmiraslanovun qohumları mətbuata müharibə elan etdilər? – MARAQLI MƏQAMLAR(FOTO)
Əmiraslanov qardaşları ilə “Yeni Bakı”nı inşa edən Elnur Hüseynovu nə birləşdirir?
Azər Əmiraslanov Milli Məclisə məxsus avtomobil nömrəsini necə özününküləşdirib..?